Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 181 182 183 184 185 186 187 188 189 » #
    PA-nın rəsmisi: “Azərbaycanda Türkiyə bayrağına böyük hörmət var”
    Azərbaycanda heç bir zaman Türkiyə bayrağına hörmətsizlik olunmayıb. Təəssüf ki, bəzi mətbuat orqanları Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq əlaqələrinə məqsədyönlü şəkildə xələl gətirmək üçün bu cür vasitələrdən istifadə edirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administirasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdüri Əli Həsənov bildirib. O, qeyd edib ki, iki ölkə arasındakı qardaşlıq münasibətlərini zaman-zaman ayrı-ayrı ölkələrin maraqlı dairələri, anti-türk qüvvələr pozmağa çalışırlar. “Bəzi qüvvələr bu sahədə müxtəlif tədbirlər keçirməkdə davam edirlər. Təssüf ki, belə tədbirlərin müəyyən şaxələri Azərbaycana da gəlir və bəzi mətbuatlara da yol tapır. Bunlardan biri də Türkiyə bayrağı ilə bağlı yayılan şayələrdir. Azərbaycanda keçmişdə də, indi də, gələcəkdə də Türkiyə bayrağına böyük hörmət və ehtiram olub. Sadəcə ayrı-ayrı maraqlı qüvvələr var ki, həm Türkiyədə Azərbaycan bayrağına qarşı, həm də Azərbaycanda Türkiyə bayrağı ilə bağlı bu tipli informasiyaları yaymaqla iki ölkə arasında münasibətləri korlamağa çalşırlar. Ona görə də Azərbaycanda Türkiyə bayraqlarının haradansa yığışdırlması faktının heç bir əsası yoxdur. Bu bir qəzetin kənaq qüvvələrin təsiri altında yaydığı dezinformasoyadır”,-deyə PA-nın rəsmisi vurğulayıb.
    09.10.10 Məqaləni oxumaq
     
    DQİDK sədri Hidayət Orucov mətbuat konfransı keçirib
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, H.Orucov cari il ərzində rəhbərlik etdiyi qurumun gördüyü işlər və gələcək perspektivlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmiz vicdan azadlığı, eləcə də dini durumun səviyyəsinə görə təkcə regionda deyil, dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur. Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkə vətəndaşlarının vicdan azadlığını tam şəkildə təmin edir və dini durumu nəzarətdə saxlayır.
    08.10.10 Məqaləni oxumaq
     
    ATƏT Azərbaycanın nəzarətində olan ərazilərdə də faktaraşdırıcı missiya həyata keçirəcək
    ATƏT-in qiymətləndirici missiyasının növbəti mərhələsinin predmeti Dağlıq Qarabağın Azərbaycanın nəzarəti altında olan ərazinin araşdırılması olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Məlumata görə, bu barədə öz niyyətlərini ötən gün Ermənistan prezidenti Serj Sarkisyanla görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri -Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik İrəvanda Serj Sarkisyanla görüşündə bildiriblər. Həmsədrlər Ermənistan prezidentinə ATƏT-in qiymətləndirici missiyasının Qarabağ münaqişəsi zonasındakı proqramını və Azərbaycanda keçirdikləri danışıqların nəticələrini təqdim ediblər. Həmsədrlər bildiriblər ki, mümkün olan kimi onlar Naxçıvanda dağıdılmış Cuqi qəbristanlığına baş çəkəcəklər. Panorama.am xəbər verir ki, S.Sarkisyan ATƏT-in səhra missiyasının başa çatdıqdan sonra obyektiv hesabat təqdim edilməsinin vacibliyini qeyd edib. Qeyd edək ki, bu dəfəki missiya Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonları əhatə edir.
    08.10.10 Məqaləni oxumaq
     
    TÜRKPA-nın müşahidəçilər missiyası Bişkekə yola düşüb
    TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Qırğızıstanda keçiriləcək Parlament seçkilərini müşahidə etmək məqsədilə Bişkekə yola düşüb. TÜRKPA-nın mətbuat katibliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, missiyanın tərkibinə Azərbaycan, Qazaxstan və Türkiyə Parlamentlərinin millət vəkilləri, həmçinin TÜRKPA Beynəlxalq katibliyinin əməkdaşları daxildir. Səfər çərçivəsində TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Bişkek və ətraf rayonlarda seçki öncəsi təbliğat prosesini və seçkilər günü səsvermə prosesini müşahidə edəcək. Seçkilərdən sonra TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası seçkilərin yekunlarına dair Bişkek şəhərində mətbuat konfransı keçirəçək.
    07.10.10 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk Qrupu həmsədrlərinin də daxil olduğu qiymətləndirmə missiyası Xankəndinə gəlib
    ATƏT-in Minsk Qrupu həmsədrlərinin də daxil olduğu qiymətləndirmə missiyası İrəvandan Xankəndinə gedib. KƏLAMİNFO erməni KİV-nə istinadən xəbər verir ki, missiya üzvləri Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşəcək. Qeyd edək ki, dünən İrəvanda olan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sarqsyan və xarici işlər naziri Edvard Nalbandyanla danışıqlar aparıblar. Xatırladaq ki, qiymətləndirmə missiyası bir həftə ərzində Dağlıq Qarabağ ətrafında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında olan rayonlarda qeyri-qanuni məskunlaşma ilə bağlı araşdırma aparacaq.
    07.10.10 Məqaləni oxumaq
     
    R.T.Ərdoğanın Azərbaycana səfəri zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur
    Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. "Türkiyənin Baş naziri Azərbaycana Əməkdaşlıq Şurasının toplantısı ilə bağlı gələcək. Səfər zamanı iki ölkə arasında yeni anlaşmanın üzərində çalışacağıq",-deyə H. Kılıç vurğulayıb. Səfirin sözlərinə görə, R.T.Ərdoğanın səfəri bu ilin sonu, gələn ilin əvvəlində baş tuta bilər.
    07.10.10 Məqaləni oxumaq
     
    “Azərbaycan İranı Qafqazdakı proseslərə cəlb edir”
    Son vaxtlar ABŞ-ın Azərbaycana qarşı tutduğu haqsız mövqedən və iki ölkə arasında yaran soyuqluqdan İran məharətlə istifadə etməyə çalışır. İran rəıhbərliyinin Bakıya ardıcıl səfərləri də elə buna hesablanıb. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib. Politoloqun fikirincə, son aylar Vaşinqtonun dolayı yollarla tanınmamış “Dağlıq Qarabağ Respublikası”ı ilə əlaqələr qurması və ona maliyyə yardımları ayırması Azərbaycana qarşı açıq-aşkar ədalətsiz mövqedir. “Belə bir məqamı da region ölkəsi olan İran əldən vermək istəmir.
    06.10.10 Məqaləni oxumaq
     
    Xələf Xələfov Lixtenşteyn Knyazlığının xarici işlər naziri ilə görüşüb
    Xarici işlər nazirinin müavini Xələf Xələfov Vaduz şəhərində Lixtenşteyn Knyazlığının xarici işlər naziri xanım Aureliya Friklə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsini müzakirə edib. Görüşdə hər iki tərəf Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli və çoxtərəfli səviyyədə mövcud olan dostluq münasibətlərini müsbət qiymətləndiriblər. Danışıqlarda müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib. Tərəflər həmçinin siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
    05.10.10 Məqaləni oxumaq
     
    A.Miloşosk: “Dağlıq Qarabağ münaqişəsi AŞ-ın daim diqqət mərkəzində olan məsələdir”
    “Dövlətlərin ərazi bütövlüyü Avropa Şurası üçün ən ali prinsipdir. Bu baxımdan AŞ həmin prinsipin istər üzv dövlətlər arasında, istərsə də ümumiyyətlə dünyada tam bərqərar olmasının tərəfdarıdır. Biz AŞ üzvlərinin birinin digərinin ərazisini hər hansı şəkildə zəbt etməsi, ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını pozmasını heç vəchlə qəbul etmirik”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun suallarını cavablandırarkən AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşosk çıxış edib. A.Miloşosk bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi AŞ-nin daim diqqət mərkəzində olan məsələdir. “Biz bu problemin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma bu istiqamətdə irəliləyişlər də vardır.
    05.10.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov səfir M. Okini diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okini ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüş zamanı səfir M.Oki Azərbaycanda Yaponiyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib. Öz növbəsində nazir E.Məmmədyarov səfir Yan Masamitsu Okiyə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
    05.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 181 182 183 184 185 186 187 188 189 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30