Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 180 181 182 183 184 185 186 187 188 » #
    Veronika Kotek: “Seçkilərlə bağlı AŞPA müşahidə missiyasının aralıq hesabatı olmayacaq”
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) seçkiqabağı missiyası oktyabrın 19-21-də Bakıda olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib. Onun sözlərinə görə, missiyaya AŞPA-nın 5 üzvü daxildir və onlar da müxtəlif siyasi partiya qruplarını təmsil edirlər “Səsverməni müşahidə edəcək missiyaya isə 30-dək AŞPA üzvü daxil olacaq. Onlar Azərbaycana səsvermə günündən bir neçə gün əvvəl gələcək, eyni formatda görüşlər keçirəcək, seçki günü həm Bakıda, həm də regionlarda səsverməni izləyəcəklər. Seçki gününün ertəsi isə beynəlxalq müşahidənin nəticələrini açıqlamaq üçün mətbuat konfransı keçiriləcək”,-deyən V.Kotek seçkilərlə bağlı AŞPA müşahidə missiyasının aralıq hesabatının olmayacağını söyləyib. Onun sözələrin görə sçkiqabağı missiya səfərin yekunlarına dair yalnız mətbuat konfransı keçirəcək.
    15.10.10 Məqaləni oxumaq
     
    NATO nazirləri Belçikaya toplaşır
    Bu gün Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə və xarici işlər nazirlərinin görüşü keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tərəflər təşkilatın yeni strateji konsepsiya layihəsini müzakirə edəcəklər. Sənəd NATO-nun yaxın 10 ildə inkişaf prinsiplərini müəyyənləşdirməli və qurum ölkələrinə qarşı əsas təhlükələri qeyd etməlidir. Gündəlikdə dayanan məsələlərdən biri də Şimali Atlantika Müqaviləsi Təşkilatının tərkibində qurumun daha səmərəli fəaliyyəti məqsədilə islahatlar aparılmasıdır. Bu ideyanın tərəfdarı olan NATO Baş katibi Anders Foq Rasmussen və Amerika rəsmiləri təşkilatın 28 üzvünü qlobal maliyyə böhranın nəticəsi olaraq müdafiə xərclərini azaltmamağa çağırıblar.
    15.10.10 Məqaləni oxumaq
     
    Avropa Parlamentinin deputatı: “Aİ DQ probleminin hərbi yolla həllinə imkan verməyəcək”
    Avropa Birliyi (Aİ) Dağlıq Qarabağ (DQ) probleminin hərbi yolla həll olunmasına heç vaxt imkan verməyəcək. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Avropa Parlamentinin deputatı İoannis Kasulides bəyan edib. O, qeyd edib ki, Aİ hər zaman bu problemin Azərbaycan və Ermənistan arasında qarşılıqlı razılaşma ilə həll olunmasının tərəfdarıdır. “Hesab edirəm bu ölkələr kənardan təzyiq altında yox, öz iradələri altında məsələni həll etməlidirlər. Aİ də daim bu ölkələrin əldə edəcəyi razılığı dəstəkləməyə hazırdır. Regionda iki ölkə arasında problem var - Azərbaycan və Ermənistan. Üçüncü dövlətin məsələyə heç bir aidiyyatı yoxdur”,-deyə avropalı diplomat vurğulayıb. Qeyd edək ki, İ.Kasulides regionda məsələ ilə bağlı Azərbaycan və Ermənistanı aidiyyatı tərəf kimi göstərməklə ermənilər tərəfindən qondarılımış “Dağlıq Qarabağ Respublikası”nın da qondarma olduğunu etiraf edib.
    14.10.10 Məqaləni oxumaq
     
    Erməni sosioloq: “Qarabağ probleminin həlli kənar qüvvələrin diktəsi ilə alınmayacaq”
    Qarabağ probleminin müzakirələrlə həlli Ermənistan və Azərbaycanın günahı ucbatından çıxılmaz vəziyyət halına gəlib. Məhz bu səhflər ucbatından “kələfin ucu” digər dövlətlərin əlinə keçib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Ermənistanın Sosioloji Araşdırma Mərkəzinin sədri Aharon Adibeqyan söyləyib. O, qeyd edib ki, münaqişənin həllində Azərbaycan və Ermənistan qarşılıqlı kompromislərdə olmalı idilər. “Təəssüf ki, tərəflər doğru zamanda bunu bacarmadılar və regionda marağı olan qonşular da bundan istifadə edə bildirlər. Problemin həlli üçün Ermənistan öz kompromis yolunu, Azərbaycan da öz kompromis yolunu təyin etməlidir. Çünki, problem ətrafında regionda sakin olan və gələcəyə doğru inkişaf etmək istəyən bu iki dövlətdir. Əks halda kənar qüvvələrin diktəsi ilə bu ya alınmayacaq, alınsa da ömrü qısa olacaq”,-deyə erməni ekspert bəyan edib.
    14.10.10 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Ermənistanın işğal olunmuş ərazilərdə yaşayış məskənləri salması beynəlxalq hüquqa ziddir”
    “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan müxtəlif qanunsuz hərəkətlərə yol verir. Ermənilər tarixi abidələri dağıdır, ətraf mühiti çirkləndirir, ekoloji sistemi pozur və qanunsuz məskunlaşma yaratmağa cəhd göstərirlər. Bütün bunlar beynəlxalq huquq və prinsiplərə ziddir”. Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, deputat Mübariz Qurbanlı söyləyib. M.Qurbanlı bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə bu və digər infrastrukturun yaradılması, xüsusilə yaşayış məskənlərinin salınmasına cəhd göstərilməsi bütövlükdə beynəlxalq hüquqa ziddir. “Çünki bu ərazilərlə əlaqədar danışıqlar prosesi gedir. Eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması ilə bağlı BMT, ATƏT səviyyəsində sənədlər qəbul edilib”,-deyən M.Qurbanlının fikrincə, belə bir şəraitdə Ermənistan hansısa məskən salırsa, bu, bütün hallarda danışıqlar prosesinin əleyhinə yönələn hərəkətdir. Azərbaycan tərəfi bunu qətiyyətlə pisləyir. M.Qurbanlının sözlərinə görə, qiymətləndirmə missiyasının deyəcəyi faktlar ATƏT çərçivəsində müzakirəyə çıxarıldıqda Azərbaycan tərəfinin deməyə kifayət qədər sözü olacaq.
    13.10.10 Məqaləni oxumaq
     
    Politoloq Fikrət Sadıxov: “Azərbaycan və İran müdafiə nazirlərinin görüşündən Tehran ciddi nəticə çıxarmalıdır”
    Tehran Azərbaycan müdafiə nazirinin İrandan olan həmkarı ilə görüşü zamanı ilk dəfə olaraq rəsmi masada üstörtülü verilən bəyanatdan ciddi nəticə çıxarmalıdır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov şərh verib. Politoloqun fikirincə, müdafiə naziri Səfər Əbiyevin iranlı həmkarı Əhməd Vahidi ilə görüşü zamanı “bəzi ölkələr sözdə Azərbaycana dost və qardaş olduqlarını bəyan etsələr də, işğalçı Ermənistana iqtisadi və hərbi yardım göstərirlər” ifadəsi sırf İran və Rusiyaya aiddir. “Bu ilk dəfə olaraq diplomatik görüşdə hərbi nazirlər səviyyəsində İrana edilən xəbərdarlıq formasıdır və eyni zamanda artıq Azərbaycanın kifayət qədər güclü olmasından xəbər verir. Həmçinin, heç də nəzərdən qaçırmaq lazım deyil ki, Əhməd Vahidini Səfər Əbiyev özü Bakıya dəvət eləyib. Azərbaycanın İranla tarixi və mədəni yaxınlığı var. Ona görə də İranın xarici siyasətində Ermənistanla həyata keçirdiyi hərbi və iqtisadi layihələr Azərbaycan tərəfdən bağışlanmazdır. Azərbaycan bunu dəfələrlə bəyan edib, lakin bu dəfə ilk olaraq rəsmi masada xəbərdarlıq formasında üzbəüz elan olundu.
    13.10.10 Məqaləni oxumaq
     
    Bu gün MDB-yə üzv ölkələrin ekspert qrupunun iclası başlayır
    Bu gün Minskdə MDB-yə üzvü ölkələrin əməyin normallaşdırılması sahəsində ekspert qrupunun iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclas əməkdaşlığın Konseptual Əsaslarının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Əsas Tədbirlər Planının layihəsinin tamamlanması üzrə baş tutur.
    12.10.10 Məqaləni oxumaq
     
    Politoloq Rasim Ağayev: “Ermənilərin Bakı səfəri önəmli deyil”
    Ermənistanın “Daşnaksütyun” partiyasının Bakıda keçirilən beynəlxalq konfransa qatılması presidenti olmayan bir hadisədir. Bu barədə KƏLAMİNFO-ya politoloq Rasim Ağayev şərh verib. O, qeyd edib ki, belə hallarda dövlət nümayəndələri tərəfindən müəyyən məqamlara aydınlıq gətirilir. “Ona görə ki, Azərbaycan və Ermənistan müharibə vəziyyətindədirlər. Vaxtilə Ermənistan Azərbaycanla müharibə etdiyini inkar etsə də, 1994-cü ildə faktiki olaraq Ermənistan Azərbaycanla atəşkəs sazişi bağlayıb. “Daşnaksütyun” partiyası Qarabağ müharibəsi zamanı təkbaşına Dağlıq Qarabağda (DQ) ermənilərin yaşadığı ərazidə siyasi və hərbi ab-havanı müəyyən edirdi. “Daşnaksütyun”un hərbi dəstələri DQ-da döyüşlərdə iştirak edirdi və hələ də orada yerləşirlər.
    12.10.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Meksika və Bosniya və Herseqovina səfirlərini qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov iqamətgahı Ankara şəhərində yerləşən Meksika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Enrike İnosensio Qarsiya Amaralanı qəbul edib. Bu barədə məlumaitı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər.
    12.10.10 Məqaləni oxumaq
     
    AŞPA-nın müşahidə missiyası oktyabrın 19-da gəlir
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası oktyabrın 19-dan 22-dək Azərbaycanda olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumat Avropa Şurasının rəsmi saytında bildirilir. Qeyd edək ki, missiya Azərbaycanda parlament seçkiləri öncəsi vəziyyəti müşahidə edəcək.
    12.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 180 181 182 183 184 185 186 187 188 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30