Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 179 180 181 182 183 184 185 186 187 » #
    M.Əhmədoğlu: “Almaniya Ermənistanla Azərbaycan arasında konfliktogenliyi mümkün qədər azaltmağa çalışır”
    Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu “Qarabağ saatı” adlı növbəti Dəyirmi masa keçirib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə M.Əhəmədoğlu ilk növbədə Qarabağ problemi ilə bağlı Qərbin münasibətini şərh edib. Onun sözlərinə görə, hazırkı məqamda Avropa Birliyinə (Aİ) həmsdər keçən Almaniyanın Cənubi Qafqaz regionunda baxışları digər qərb ölkələrindən fərqlənir. Almanlar Dağlıq Qarabağla bağlı çalışırlar ki, Ermənistanla Azərbaycan arasında konfliktogenliyi mümkün qədər azaltsınlar. “Bu konfliktogenliyi azaltmaq üçün Almaniya Ermənistanla müəyyən işlər aparır. Məhz bu məqamdan irəli gələrək Ermənistanda müəyyən mətbuat orqanları yaranır ki, onlar Azərbaycanda yumşaq danışan şəxslərlə təmasa keçirlər. Elə bunun davamı olaraq Almaniyanın Potsdam şəhərində Azərbaycan və Ermənistan da daxil olmaqla liberal partiyaların sənədi imzalandı. Bu da o deməkdir ki, Aİ Almaniyanı həmsədrliyə gətirməklə Ermənistanda və Azərbaycanda rəsmi mövqeyə nativ nisbətən yumşaq bir mövqelər də ortaya gətirmiş oldu”,-deyə politoloq açıqlayıb.
    21.10.10 Məqaləni oxumaq
     
    Azad Rəhimov Meksikada Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Baş Assambleyasında iştirak edir
    Meksikanın Akapulko şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Baş Assambleyasına start verilib. Assambleyada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə təmsil edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. Assambleya əsnasında milli olimpiya komitələri və hökumətlər arasında razılaşma, dopinqə qarşı mübarizə, peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya Hərəkatının rolu, qadın, idman və sosial İnkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzuların müzakirəsi nəzərdə tutulub. Dünyanın bütün ölkələrinin idmana məsul nazirlərinin iştirak edəcəyi assambleyada gənclər və idman naziri Azad Rəhimovun Meksikanın, o cümlədən digər ölkələrin mötəbər şəxsləri ilə görüşləri planlaşdırılır. Tədbir 24 oktyabr tarixinədək davam edəcək.
    20.10.10 Məqaləni oxumaq
     
    Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycana rəsmi səfərə gəlib
    Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri, Britaniya parlamentinin üzvü Devid Lidinqton Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən veriblər. D.Lidinqtonu iş adamlarından ibarət böyük nümayəndə heyəti müşayiət edir. Oktyabrın 22-dək davam edəcək səfər zamanı D.Lidinqton Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, xarici işlər, iqtisadi inkişaf, nəqliyyat nazirləri, Azərbaycanın tanınmış iş adamları ilə görüşəcək. D. Lidinqton Azərbaycan Dillər Universitetində “Azərbaycan və onun Avropada rolu” adlı məruzə ilə çıxış edəcək, müəllim və tələbələrin suallarını cavablandıracaq. Qeyd edək ki, səfərin məqsədi ikitərəfli əlaqələrin gücləndirilməsi, Britaniya və Azərbaycan iş adamları ünsiyyət qurulması, birgə fəaliyyət imkanlarının öyrənilməsidir.
    20.10.10 Məqaləni oxumaq
     
    SAM-da “Regional kontekstdə qlobal çağırışlar” mövzusunda Dəyirmi masa keçiriləcək
    Oktyabrın 22-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Regional kontekstdə qlobal çağırışlar” mövzusunda Dəyirmi masa keçiriləcək.
    20.10.10 Məqaləni oxumaq
     
    Almaniya Bundestaqının üzvləri Bakıda səfərdədir
    Almaniya Bundestaqının üzvü Ştefan-Klaudio Lemmenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Almaniyanın Azərbaycandakı səfirliyindən veriblər. Səfər çərçivəsində nümayəndə heyəti sabah Milli Məclisin sədr müavini Valeh Ələsgərov və Milli Məclisin Azərbaycan-Almaniya dostluq qrupunun üzvləri ilə görüşəcək. Görüş zamanı Bundestaq tərəfindən keçirilən “Beynəlxalq parlament təqaüdü” proqramında iştirak etmək üçün Azərbaycan tələbələrinin seçimi müzakirə olunacaq. Oktyabrın 22-də “Odlar Yurdu” universitetində nümayəndə heyətinin alman dilini öyrənən tələbələrlə görüşü keçiriləcək.
    20.10.10 Məqaləni oxumaq
     
    Avstriya prezidenti Azərbaycana səfər edəcək
    Avstriya prezidenti Haynts Fişer Azərbaycana səfər edəcək. Avstriyanın Azərbaycandakı səfirliyindən AZADFİNFORM-ya verilən məlumata görə, səfərin dəqiq vaxtı təyin edilməsə də, H.Fişerin Azərbaycana gələn il gələcəyi planlaşdırılır. Səfrə çərçivəsində iki dövlət arasında münasibətlər müzakirə ediləcək. Xatırldaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya səfəri zamanı prezident Haynts Fişeri Azərbaycana dəvət edib.
    20.10.10 Məqaləni oxumaq
     
    C.Nuriyev: “Azərbaycanda müxalifət əvəzinə xaricdən sifariş alan qruplaşmalar var”
    Hazırda Azərbaycanda müxalifət əvəzinə açıq-aydın xaricdən sifarişlə işləyən bir qrup təşkilatlar var. Məsələn, AXCP və Müsavat blokunda birləşən qruplaşma və s. Bu barədə açıqlamanı KƏLAMİNFO-a müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib. O, qeyd edir ki, bu fikirə gəlməsi bizdəki partiyaların fəaliyyətinin bir çox dünya ölkələrindəki müxalifət partiyalarının fəaliyyətindən fərqli olmasından irəli gəlir. “Müxalifət odur ki, öz xalqının mənafeyindən çıxış edərək iqtidarın görə bilmədiyini görüb və onun həlli yollarını təklif edənlərdir. Lakin, mən prosesləri yaxından izləyən bir şəxs kimi indiyədək belə bir təkliflə rastlaşmamışam. İndi onların yeganə cəhdi də odur ki, seçkiqabağı istənilən yola gedib iqtidara təzyiq göstərərək parlamentdə mümkün qədər çox yer qopartsınlar. Ən bağışlanmazı da odur ki, özləri sağçı olaraq solçu partiyalarla, özü də düşmən ölkəyə məxsus və Azərbaycan qanına əli bulaşmış Daşnak partiyası ilə beynəlxalq miqyasda əməkdaşlığa gediblər.
    19.10.10 Məqaləni oxumaq
     
    Bu gündən MDB müşahidə missiyasının qərargahı fəaliyyətə başlayıb
    Noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkiləri izləyəcək Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının qərargahı bu gündən fəaliyyətə başlayıb. KƏLAMİNFO xəbər verir ki, qərargaha MDB İcraiyyə Komitəsinin seçkilər şöbəsinin müdiri Yevgeni Sloboda rəhbərlik edir. Qərargahda 6 uzunmüddətli müşahidəçi çalışır. MDB uzunmüddətli müşahidəçiləri seçkilər bitənə kimi Bakıda qalacaqlar. Seçkilər günü isə MDB müşahidəçilərinin sayı təxminən 350 nəfər olacaq. Müşahidə missiyasına MDB icra katibi Sergey Lebedev rəhbərlik edəcək.
    19.10.10 Məqaləni oxumaq
     
    Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula yola düşüb
    Türk Asiya Strateji Araşdırmalar mərkəzinin (TASAN) təşkilatçılığı ilə 20-23 oktyabr tarixlərində İstanbulda Dünya Türk Forumu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya TÜRKPA-dan veriblər. Forumda 60 ölkədən Türk Diasporlarının nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Forumun işində iştirak etmək məqsədilə TÜRKPA-nın Baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula yola düşüb. Forumun açılış mərasimində Türkiyənin Baş naziri R.T.Ərdoğanın, Türk Dövlətləri Əməkdaşlıq Şurasının Baş katibi səfir Halil Akıncının, Türkiyə Prezident Administrasiyasının Baş katibi Mustafa İsenin iştirakı və çıxışları nəzərdə tutulur. TÜRKPA-nın Baş katibi R. Həsənov da forumun açılışında çıxış edəcək.
    18.10.10 Məqaləni oxumaq
     
    Prezident: “Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər”
    Prezident İlham Əliyev Azərbaycan millisinin futbol üzrə Avro 2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Türkiyə üzərində qazandığı qələbəyə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, prezident Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin açılışından sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə idmanın, o cümlədən futbolun inkişafından danışıb. “Çox şadam ki, futbolçularımız da nəhayət, uzun fasilədən sonra bizi sevindirdilər. Biz onlara inanırdıq. Komandamız gənc komandadır və çox böyük əzmkarlıq göstərir. Əlbəttə ki, hələ peşəkarlıq üzərində işləmək lazımdır. Ancaq artıq görürük və sevinirik ki, milli komandamız və klublar beynəlxalq yarışlarda ləyaqətli oyun göstərirlər, özlərini çox ləyaqətli aparırlar. Srağagünkü qələbəmiz, əminəm ki, bizi daha da ruhlandıracaq. Mən əminəm ki, Azərbaycanda idmanın futbol növü də yüksək zirvələrə çatacaq. Buna vaxt və səbir lazımdır. Əminəm ki, bir neçə ildən sonra futbolçularımız hər bir oyunda azarkeşləri sevindirəcəklər”,-deyə preziden vurğulayıb.
    16.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 179 180 181 182 183 184 185 186 187 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30