Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 178 179 180 181 182 183 184 185 186 » #
    Bakıda "Quran üslubu və onun ərəb dilinə təsiri" adı altında seminar keçiriləcək
    Oktyabrın 28-də Bakıda Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi nəzdində fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Quran üslubu və onun ərəb dilinə təsiri" adı altında seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Misir Mədəniyyət Mərkəzindən veriblər. Tədbirdə Azərbaycanın tanınmış ərəbşünasları, ziyalılar və Misir Mədəniyyət Mərkəzinin direktoru Adil Dərviş iştirak edəcək.
    27.10.10 Məqaləni oxumaq
     
    ABŞ â€śerməni soyqırımı”nı siyasi oyuncağa çevirib
    ABŞ raketdən müdafiə sisteminə yer verməməsinə görə Türkiyəni “erməni soyqırımı”nı tanımaqla hədələməkdədir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan Miyasi Araşdırmalar Mərkəzinin rəhbəri Ruben Mehrabyan açıqlayıb. Onun sözlərinə görə, Vaşinqton bununla ermənilər üçün müqəddəs olan “erməni soyqırımı”nı siyasi oyuncağa çevirir. “O cümlədən də indiki halda ABŞ və Türkiyə arasında gedən danışıqları nəzərə alsaq razılıq əldə olunduğu təqdirdə “erməni soyqırımı” birdəfəlik unudulacaq. Ümumiyyətlə Vaşinqton real olaraq bu “soyqırımı” tanımaqda maraqlı deyil, sadəcə istifadə edir. ABŞ-ın bu istiqamətdə edə biləcəyi yeganə hal “soyqırımı” ancaq gündəmə gətirməkdir, tanımaq deyil”,-deyə ekspert məsələdən təssüflənib.
    26.10.10 Məqaləni oxumaq
     
    DQİDK sədri Hidayət Orucov Küveytə gedib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Küveyt Dövlətinə rəsmi səfərə gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya DQİDK-nin mətbuat xidmətindən veriblər. Səfər Küveytin Baş nazirinin müavini, Ədliyyə naziri, Vəqflər və İslam İşləri naziri Raşid Abdulmuhsin əl-Həmadın dəvətilə baş tutub.
    26.10.10 Məqaləni oxumaq
     
    Türkiyənin Dövlət naziri Naxçıvana səfər edəcək
    Türkiyənin Dövlət naziri Zəfər Çağlayan Azərbaycan-Naxçıvan-Türkiyə iş forumunda iştirak etmək üçün sabah 125 iş adamı ilə Naxçıvana gələcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində türkiyəli nazir Naxçıvan MR-nın Ali Məcləsinin sədri Vasif Talıbov və iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşəcək. Z. Çağlayan Naxçıvanla Türkiyə arasında ticarət və iqtisadi əlaqələrinin genişləndiriləməsi barəsində müzakirə aparacaq. Həmçinin nazir Azərbaycanın digər bölgələrini təmsil edən iş adamları ilə birgə sərhəd yaxınlığında araşdırılmalar aparacaq. Xatırladaq ki, Türkiyə Naxçıvana 2009-cu ildə 41.5 mln. dollar ixrac həyata keçirib.
    25.10.10 Məqaləni oxumaq
     
    “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd sistemlərinə dəstək” layihəsinin təqdimat mərasimi keçirildi
    Bu gün “Hyatt Regency” otelində Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi “Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd sistemlərinə dəstək” layihəsinin təqdimat mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən layihənin ölkə üzrə meneceri Məzahir Əfəndiyev bildirdi ki, Azərbaycan hökuməti sərhədlərin müasir səviyyədə idarəçiliyi sahəsində böyük işlər görüb. Onun sözlərinə görə, Azərbaycan bu sahədə bir sıra beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq etməkdədir.
    25.10.10 Məqaləni oxumaq
     
    Elxan Poluxov: “Fransada yaşanan iğtişaşlarla bağlı Azərbaycan vətəndaşlarından şikayət daxil olmayıb”
    Xarici İşlər Nazirliyinə (XİN) Fransada yaşayan Azərbaycan vətəndaşlarından bu ölkənin hava limanlarında baş verən iğtişaşlarla bağlı heç bir şikayət daxil olmayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında XİN-in mətbuat katibi Elxan Poluxov bildirib. O, qeyd edib ki, Azərbaycan vətəndaşlarının Fransa hava limanlarından evakuasiyası barədə nazirliyə müraciət edən olmayıb. Onun sözlərinə görə, buna baxmayaraq iğtişaşlar və hava nəqliyyatı ilə bağlı problemlər davam etsə, XİN həmişə olduğu kimi bu ölkəyə səfər etmək istəyən vətəndaşlarımıza xəbərdarlıq edəcək və müvafiq tədbirlər görəcək.
    23.10.10 Məqaləni oxumaq
     
    Nazir:“Ermənistan DQ-nın müstəqlliyini tanısa, bu birmənalı olaraq təcavüz hesab olunacaq”
    Ermənistan parlamenti Dağlıq Qarabağın (DQ) müstəqilliyini tanısa, bu, beynəlxalq hüquq baxımından ciddi səhf addım olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov bildirib.. Onun sözlərinə görə, hansısa ölkənin müstəqilliyi tanınanda, ilk növbədə, beynəlxalq hüquq baxımından hansısa sərhəd əsas götürülür. “Azərbaycanın müstəqilliyi keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının sərhədi çərçivəsində tanınıb. BMT də bu çərçivəni qəbul edib. DQ Azərbaycan Sovet Sosialist Respublikasının bir hissəsi idi. Bunu BMT-yə üzv olan bütün dövlətlər tanıyıb. Əgər Ermənistan bütün bunlara zidd olaraq bir səhv hərəkət etsə - DQ-nın müstəqilliyini tanısa, bu birmənalı olaraq təcavüz hesab olunacaq”,-deyə nazir fikirini açıqlayıb.
    22.10.10 Məqaləni oxumaq
     
    The Times qəzetində Azərbaycan üzrə xüsusi hesabat dərc edilib
    Böyük Britaniyanın The Times qəzetində Azərbaycan üzrə xüsusi hesabat dərc edilib. The Times qəzetinin sifarişi əsasında Upper Reach media agentliyi tərəfindən hazırlanmış hesabatda Azərbaycanın beynəlxalq əlaqələri, iqtisadiyyatı, mədəniyyət və turizm sahəsinin inkişafına həsr edilmiş yazılar dərc edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Böyük Britaniyadakı səfirliyimizdən veriblər. Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin dinamik inkişafı vurğulanmaqla, hazırda 100-dən artıq Britaniya şirkətinin ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərdiyi, ölkədə xarici sərmayədarlar üçün yaradılmış münbit mühit nəticəsində Azərbaycanda çoxsaylı xarici şirkətlərin fəaliyyətindən bəhs olunur.
    22.10.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində fəallıq əvvəlki illərlə müqayisədə çox zəifdir”
    Hazırda Dağlıq Qarabağ (DQ) münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində fəallıq ötən illərlə müqayisədə çox zəifdir və bu yaşı heç nə vəd etmir. KƏLAMİNFO xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bildirib. E.Məmmədyarov qeyd edir ki, münaqişə təkcə Azərbaycan və Ermənistanın deyil, bütün bölgənin inkişafına mane olur və regionda sabitliyə, təhlükəsizliyə ciddi təhdid yaradır. “Ermənistanın mövqeyi hələ də qeyri-müəyyəndir.
    22.10.10 Məqaləni oxumaq
     
    İTV-də növbəti debat axşamı
    Bu gün İctimai Tv-də 6 seçki dairəsini təmsil edən namizədləri iştirakı ilə növbəti debat təşkil olunacaq. MSK-dan KƏLAMİNFO-ya verilən məlumata görə, 23 saylı Nəsimi-Səbail, 38 saylı Nizami ikinci (Gəncə), 77 saylı Astara, 93 saylı Bərdə şəhər və 96 saylı Goranboy- Naftalan seçki dairələrinin namizədləri çıxış edəcək. Bu gecə diqqət mərkəzində olan seçki dairəsi 23 saylı Nəsimi-Səbail olacaq. Bu dairədə ALP sədri Əvəz Temirxan, parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və AXCP-nin xarici əlaqələr üzrə müavini Razi Nurullayev qarşılacaq. Bu gecəki namizədlər arasında həmçinin millət vəkili Zahd Orucun da adı var.
    22.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 178 179 180 181 182 183 184 185 186 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30