Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 177 178 179 180 181 182 183 184 185 » #
    Xəzər dənizində təhlükəsizliyə həsr olunan iclas keçirilir
    Bu gün Bakıda Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin razılaşdırılmasına həsr olunan iclas işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Xəzəryani ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən Bakı görüşü sözügedən mövzuya həsr olunan sayca 4-cü toplantıdır. İclasda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, əvvəlki görüşlərdə Xəzərdə təhlükəsizliyə dair əməkdaşlıq sazişi layihəsinin müəyyən maddələri razılaşdırılıb və indiki görüşdə isə razılaşdırılmayan məsələlər üzərində iş aparılacaq. O, ümid etdiyini bildirib ki, hazırkı görüşün nəticələri olacaq və həmin nəticə noyabrın 18-də Xəzəryani ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək sammitində müzakirəyə çıxarılacaq. “Əminik ki, əldə olunacaq saziş Xəzərdə təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığın genişlənməsi üçün yaxşı baza olacaq”,-deyə X.Xələfov əlavə edib. Qeyd edək ki, iclas mətbuatın iştirakı olmadan davam etdirilir. Sabah isə iclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.
    03.11.10 Məqaləni oxumaq
     
    Zəvvarlarımız Həcc ziyarətinə yola düşüblər
    Bu gün səhər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Azərbaycandan olan zəvvarların ilk qruppu avtobuslarla Həcc ziyarətinə yola salınıb. KƏLAMİNFO xəbər verir ki, səhər saat 08:00 radələrində zəvvarlarımız yaxınlarının müşahidəsi ilə Bakıda, Hökumət evinin qarşısından 22 avtobusla Məkkəyə yola düşüblər. Sabah isə daha 24 avtobus Azərbaycandan Məkkəyə yola salınacaq. Qeyd edək ki, bütövlükdə iki gün ərizində Azərbaycandan Həcc ziyarətinə 46 avtobus yola salınacaq. “Həmçinin bu gündən başlayaraq təyyarə ilə ziyarətə gedəcək zəvvarlar ümumilikdə 4 reys olmaqla noyabr ayının 3-ü, 4-ü və 5-də ziyarətə yola düşəcəklər. Ümumilikdə bu il Azərbaycandan Həcc ziyarətinə 2 min nəfər zəvvar yola düşəcək. Onlardan 1200 nəfəri avtobus, 800 nəfəri isə təyyarə ilə yola salınacaq”. Xatırladaq ki, ziyarətə avtobusla getmək istəyənlər 2500 AZN, təyyarə ilə getmək istəyənlər isə 3500 AZN ödəməli olublar. Azərbaycan zəvvarlarının misiya rəhbəri QMİ-nin sədr müavini Hacı Salman Musayev təyin olunub.
    03.11.10 Məqaləni oxumaq
     
    İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Bakıya gəlib
    İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadə Bakıya gəlib. KƏLAMİNFO xəbər verir ki, səfərdə məqsəd Bakıda Xəzərin təhlükəsizliyi ilə bağlı Xəzəryanı ölkələrin prezidentlərinin Xəzər məsələləri üzrə xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinlərinin IV iclasında iştirak etməkdir. İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi bildirib ki, iclasda Xəzəryanı dövlətlərin prezidentlərinin Bakıda olacaq zirvə görüşünün yekun bəyanatı hazırlanacaq.
    02.11.10 Məqaləni oxumaq
     
    DQİDK sədri Hidayət Orucov Kuveytdə səfərdə olub
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Kuveytdə səfərdə olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Küveytdəki səfirliyindən veriblər. Küveyt Dövləti Baş nazirinin hüquq məsələləri üzrə müavini, ədliyyə, vəqflər və islam işləri naziri Raşid Abdel Mohsen Əl-Hamadın dəvəti ilə həyata keçirilən səfər zamanı H.Orucovu Küveyt Dövlətinin Baş naziri Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah qəbul edib. Görüşdə Baş nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Küveyt Dövlətinə və xalqına böyük rəğbət bəslədiyini bildiyini və bütün Küveyt xalqının həmin münasibətə görə təşəkkür etdiyini, bunu dərin hörmət və ehtiramla qəbul etdiyini vurğulayıb. Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri zamanı ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq təməlinin qorunub saxlanıldığını və inkişaf etdiyini böyük məmnunluqla dilə gətirib. Baş nazir Küveyt hökumətinin Azərbaycan ilə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu xüsusi qeyd edib.
    02.11.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən vasitədən, formadan və formatdan istifadə edilməlidir”
    “ATƏT-in Minsk Qrupu həmsədrləri formatındakı danışıqlarla bərabər birbaşa danışıqları, o cümlədən Rusiya prezidentinin iştirakı ilə keçirilən danışıqları yüksək dəyərləndiririk”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. “Düşünürük ki, Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən vasitədən, istənilən formadan və formatdan istifadə edilməlidir. Məsələnin həllini yaxınlaşdıran istənilən təkliflər müzakirə edilməlidir. Dünən Həştərxanda keçirilən görüşün müsbət nəticəsi olaraq iki ölkə başçıları müştərək bəyannamə imzalayıb və bu bəyanat hərbi əsirlərin və müharibə nəticəsində həlak olmuş meyitlərinin qaytarılmasına bir aydınlıq gətirib. Uzun müddətdir ki, bu məsələ Azərbaycan xalqını narahat edirdi, xüsusən də Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı Azərbaycan dövləti neçə vaxtdır ki beynəlxalq təşkilatlarla bərabər fəal iş aparır. Düşünürük ki, dünən imzalanan bəyannamədən sonra bu məsələ öz həllini tapacaq”,-deyə Ə.Həsənov vurğulayıb.
    29.10.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Ukraynada rəsmi səfərdədir
    Azərbaycan prezidenti İlham Əliyev Ukraynada rəsmi səfərdədir. KƏLAMİNFO xəbər verir ki, Kiyevin Borispol hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Milli geyimli qızlar dövlət başçısına duz-çörək təqdim ediblər.
    28.10.10 Məqaləni oxumaq
     
    “Dövlət və Din” ictimai fikir toplusunun 5-ci sayı işıq üzü görüb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2010-cu ildə 5-ci sayı işıq üzü görüb. DQİDK-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, toplu prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və Roş-Ha-Şana - Yeni il bayramı münasibətilə Azərbaycanın yəhudi icmasına təbriki ilə açılır. “Rəsmi guşə”də, həmçinin prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etməsi, Şeyxülislam Allahşükür Paşazadənin Ramazan ayı münasibətilə təşkil etdiyi iftar mərasimində olması haqda məlumat verilib, dövlət başçısının iftar mərasimindəki nitqi geniş işıqlandırılıb. Əvvəlkilərdən fərqli olaraq, bu sayda rus dilində iki məqalə verilib. “Azərbaycan gerçəkliyi” adlı ikinci bölmədə oxucular “Təktanrılıq - Dədə Qorqud dindarlığı”, “Azərbaycan türkcəsində ilk Quran təfsiri”, “Şahdağ xalqları: toy adətləri, yas mərasimləri”, “Azərbaycan ədəbiyyatının əlyazma mətnlərində mərsiyə janrı” yazıları ilə tanış ola bilərlər.
    28.10.10 Məqaləni oxumaq
     
    Rumıniyada Azərbaycanla bağlı Beynəlxalq konfrans keçirilib
    Rumıniyada Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ilə bağlı Beynəlxalq konfrans keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Ruminiyadakı səfirliyindən veriblər. Tədbir Diaspora ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi, Rumıniyadakı səfirliyin və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə paytaxt Buxarestdə baş tutub. Tədbir dörd paneldən ibarət olub: “Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunması: Çağırışlar, siyasətlər və gələcək öhdəliklər”, “Avropa bazarlarına enerji resurslarının daşınmasında əsas iştirakçı və vasitəçilərin rolunun yenidən araşdırılması”, “Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunmasında Azərbaycan etimadlı və strateji tərəfdaş kimi” və “Qloballaşma dövründə Qara Dəniz və Xəzər Dənizi regionlarında əməkdaşlıq.
    27.10.10 Məqaləni oxumaq
     
    SAM-da “Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda müzakirəli görüş təşkil olunacaq
    Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) xüsusi layihə üzrə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə müzakirəli görüşləri davam etdirir. SAM-dan KƏLAMİNFO-ya verilən məlumata görə, layihə çərçivəsində oktyabrın 29-da “Müasir regional geosiyasət kontekstində Azərbaycan-Özbəkistan münasibətləri” mövzusunda müzakirəli görüş təşkil olunacaq. Mərkəzin konfrans zalında keçiriləcək tədbirdə əsas məruzəçi qismində Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşev çıxış edəcək. XİN-in məsul əməkdaşları, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi toplantıda səfir Azərbaycan-Özbəkistan münasibətləri, iki ölkə arasında olan siyasi, iqtisadi və mədəni əlaqələrdən danışacaq, iştirakçıların suallarını cavablandıracaq.
    27.10.10 Məqaləni oxumaq
     
    Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfərinin proqramı açıqlanıb
    Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərinin proqramı açıqlanıb. KƏLAMİNFO Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, rəsmi səfər sabah baş tutacaq. Səfər prezident İlham Əliyevin Ukraynalı həmkarı Viktor Yanukoviç ilə birlikdə Şöhrət Meydanında Naməlum Əsgərin məzarına əklil qoyması ilə başlayacaq.
    27.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 177 178 179 180 181 182 183 184 185 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30