Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 176 177 178 179 180 181 182 183 184 » #
    Səfir Karolin Braun Yasamalda səsvermə prosesi ilə tanış olub
    Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun bir sıra seçki məntəqələrində səsvermə prosesi ilə tanış olub. KƏLAMİNFO xəbər verir ki, K. Braun 17 saylı Yasamal üçüncü seçki dairəsinin 24 və 19 saylı seçki məntəqələrinə baş çəkib. Diplomat seçicilərin fəallıq səviyyəsi ilə tanış olub, seçki komissiyasının üzvləri və müşahidəçilərlə söhbət edib. Qeyd edək ki, Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Parlament seçkilərində 690 namizəd mübarizə aparır.
    07.11.10 Məqaləni oxumaq
     
    Baş nazir Artur Rasizadə səs verib
    Azərbaycanın Baş naziri Artur Rasizadə Milli Məclisə keçirilən seçkilərdə səs verib. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan hökumətinin başçısı səhər saatlarında Bakı şəhərinin 16 saylı Yasamal II seçki dairəsinin 29 saylı seçki məntəqəsinə xanımı ilə gələrək səs verib. Qeyd edək ki, bu məntəqədə 1426 seçici qeydiyyata alınıb. Seçkiləri 10-dan artıq yerli və beynəlxalq müşahidəçilər qrupu izləyir. Xatırladaq ki, parlamenti formalaşdıracaq 125 deputat mandatı uğurunda 690 namizəd mübarizə aparır.
    07.11.10 Məqaləni oxumaq
     
    Səsvermə prosesini YAP-ın 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir
    Bu gün ölkəmizdə keçirilən parlament seçkilərinin səsvermə prosesini Yeni Azərbaycan Partiyasının 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir. Bu barədə məlumatı YAP-ın mətbuat xidmətindən veriblər. YAP-ın yerlərdəki seçki qərargahlarından verilən məlumatlara görə, noyabrın 7-də səhər saat 8-də seçki məntəqələri tam hazır vəziyyətdə seçicilərin üzünə açılıb, səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməkdədir. Bütün namizədlərin səlahiyyətli nümayəndələrinə və müşahidəçilərə məntəqələrdə səsvermə prosesini izləmək üçün tam şərait yaradılıb.
    07.11.10 Məqaləni oxumaq
     
    MSK saat 10:00-a olan məlumatı açıqlayıb
    Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzi ölkəmizdə keçirilən parlament seçkiləri ilə əlaqədar saat 10:00-a olan məlumatı açıqlayıb. Saat 10:00-a olan məlumata görə, ölkə üzrə seçicilərin 524 926 nəfəri səsvermədə iştirak edib. Bu, ölkə üzrə seçicilərin 10,61%-i deməkdir. Qeyd edək ki, səsvermənin gedişi ilə bağlı “Seçkilər” İnformasiya Mərkəzi mütəmadi məlumatları açıqlayacaq.
    07.11.10 Məqaləni oxumaq
     
    ABŞ-ın İrəvandakı səfiri: “Müzakirələrdə “Dağlıq Qarabağ Respublikası” da iştirak etməlidir”
    ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç regionda növbəti skandalın yaranmasına zəmin yaradıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, o, Dağlıq Qarabağ problemi ilə bağlı müzakirərlərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın da tərəf kimi iştirakının labüd olmasını iddia edib. Onun sözlərinə görə, münaqişə ilə bağlı hər hansı danışıqlarda “Dağlıq Qarabağ xalqı” tərəf kimi iştirak etməlidir, lakin burada Azərbaycan da daxil olmaqla bütün tərəflər həmfikir olmalıdırlar. “ABŞ olaraq biz bunu alqışlayırıq”,-deyə səfir vurğulayıb. O, həmçinin qeyd edib ki, regionda problemləri vaxtında həll etmək istəyiriksə Dağlıq Qarabağ məsələsi ilə Ermənistan-Türkiyə sərhədlərinin açılma həllinin bir- birinə qarışdırmamalıyıq. Bu gün AŞPA-nın Azərbaycan üzrə həmmərüzəçiləri seçkini izləmək üçün Bakıya gəlir Bu gün AŞPA-nın Azərbaycan üzrə həmmərüzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt Fon de Mora Bakıya səfərə gələcək.
    06.11.10 Məqaləni oxumaq
     
    Əli Abbasov İstanbulda 24-cü Ümumdünya Konqresinində iştirak edib
    Rabitə və informasiya texnalaogiyaları naziri Əli Abbasov Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının (BLİA) İstanbul şəhərində keçirilmiş 24-cü Ümumdünya Konqresinin açılış mərasimində iştirak etmək üçün Türkiyədə səfərdə olub. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Türkiyənin nəqliyyat və rabitə naziri Binali Yıldırımın dəvəti ilə baş tutub. Konqresin açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan son illər ölkəsinin iqtisadi cəhətdən inkişafı ilə əlaqədar nüfuzunun artdığını qeyd edib və bu işdə ölkədə həyata keçirilən böyük layihələrin mühüm rol oynadığını bildirib.
    05.11.10 Məqaləni oxumaq
     
    Türkiyənin müdafiə naziri Dövlət Sərhəd Xidmətində olub
    Dövlət Sərhəd Xidmətinin rəisi- Sərhəd Qoşunlarının Komandanı general-leytenant Eçin Quliyev Türkiyənin mili müdafiə naziri Vəcdi Könülün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət Sərhəd Xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş zamanı qonaqlara Azərbaycan sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsidə nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib, gələcək hərbi-texniki əməkdaşlığın vəziyyəti və persrektivləri müzkirə olunub.
    04.11.10 Məqaləni oxumaq
     
    Zəvvarlarımızın sanuncu qurupu avtobuslarla Həcc ziyarətinə yola salınıb
    Bu gün səhər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Azərbaycandan olan zəvvarların sanuncu qurupu avtobuslarla Həcc ziyarətinə yola salınıb. KƏLAMİNFO xəbər verir ki, səhər saat 08:00 radələrində zəvvarlarımız yaxınlarının iştirakı ilə Bakıdan, Hökumət evinin qarşısından sonuncu 22 avtobusla Məkkəyə yola düşüblər. Qeyd edək ki, bütövlükdə iki gün ərizində Azərbaycandan Həcc ziyarətinə nəzərdə tutulan 46 avtobus tam olaraq yola salınıb. Həmçinin bu gün də təyyarə ilə zəvvarların daha bir qrupu Həcc ziyarətinə yola düşəcəklər. Təyyarə ilə gündə bir reys olmaqla zəvvarlarımız noyabr ayının 5 kimi Məkkəyə gedəcəklər. Ümumilikdə bu il Azərbaycandan tam olaraq kvota üzrə Həcc ziyarətinə 2 min nəfər zəvvar yola düşəcək ki, onun da 800 nəfəri təyyarə ilə ziyarətə yola salınacaq.
    04.11.10 Məqaləni oxumaq
     
    Erməni deputat: “Serj Sarkisyan Astanada Qarabağla bağlı təklif olunacaq “Yol xəritəs”ni imzalamayacaq”
    Bu gün beynəlxalq ictimaiyyət Qarabağ problemini həll etmək, ardınca Türkiyə-Ermənistan sərhədlərini açmağı özünə hədəf götürüb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aram Karapetyan bildirib. Onun sözlərinə görə, hazırda Qarabağla bağlı mövcud olan status-kvo beynəlxalq aləmə də sərf etmir. “Dekabrın əvvəlində Astanada baş tutacaq ATƏT sammitində Dağlıq Qarabağla bağlı ciddi danışıqların olması qaçılmazdır. Lakin, orada təklif olunacaq hər-hansı “yol xəritəsi”nə gəlincə, inanmıram ki, prezident Serj Sarkisyan belə tələsik hazırlanan sənədin imzalanmasına razı olsun”,-deyə erməni rəsmisi bəyan edib.
    03.11.10 Məqaləni oxumaq
     
    ATƏT-in DTİHB-nin qısamüddətli müşahidə missiyası bu gün Bakıya gəlir
    Noyabrın 7-də ölkədə Azərbaycanda keçiriləcək parlament seçkisini izləmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) qısamüddətli müşahidə missiyası bu gün Bakıya gəlir. Qurumdan KƏLAMİNFO-ya verilən məlumata görə, missiya məlumatlandırıldıqdan sonra regionlara göndəriləcək. Qeyd edək ki, DTİHB Bakıda yerləşdirilmiş 16 seçki prosesi üzrə beynəlxalq ekspert və regionlarda yerləşən 22 uzunmüddətli müşahidəçi qrupuna əlavə olaraq ATƏT-in iştirakçı ölkələrindən 450 qısamüddətli müşahidəçilərin göndərilməsini istəyib. Seçki günü qısamüddətli müşahidəçilər səsvermə məntəqələrinin açılması, səsvermə prosesi, seçki bülletenlərinin sayılması və o cümlədən səslərin hesablanmasını müşahidə edəcək.
    03.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 176 177 178 179 180 181 182 183 184 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30