Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  175 176 177 178 179 180 181 182 183  #
    Prezident İlham Əliyev Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində bu gün Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və mərkəzdə yaradılmış şəraitlə tanış olub. Foyedə ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin milli musiqimizə qayğı və diqqətini əks etdirən fotostend vardır. Dövlət başçısına məlumat verilib ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılıb. Üç hektar ərazisi olan mədəniyyət ocağı prezident İlham Əliyevin göstərişi ilə inşa olunub. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxıblar.
    12.11.10 Məqaləni oxumaq
     
    İran prezidenti Azərbaycana səfərə gələcək
    Gələn həftə İran prezidenti Mahmud Əhmədinejad Azərbaycana səfərə gələcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı İranın İSNA Agentliyi yayıb. İran prezidentinin səfərində məqsəd Xəzəryanı dövlət başçılarının sammitində iştirak etməkdir. Səfər çərçivəsində Azərbaycan və İran prezidentləri, eləcə də iki ölkənin digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlər keçiriləcək. Qeyd edək ki, Xəzəryanı dövlət başçılarının sammiti noyabrın 18-də Bakıda keçiriləcək. Ötən gün isə Tehranda Xəzəryani ölkələrin nümayəndələrinin ikigünlük toplantısı keçirilib. Sammit öncəsi keçirilən toplantı bu gün başa çatır.
    11.11.10 Məqaləni oxumaq
     
    Zbiqnev Bjezinski: “Senatın razılığı olmadan da M.Brayzanı Azərbaycana səfir göndərmək olardı”
    Erməni diasporunun Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə təyin olunmasına mane olmaq cəhdi yalnış xarici siyasət metodudur. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları məhşur politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, səfirlərin digər ölkələrə təyin olunmasına mane olmaq cəhdi düzgün xarici siyasət metodu deyil. “Birləşmiş Ştatlar vətəndaşlarının istənilən milli qrupunun xarici siyasətlə bağlı öz fikrini söyləmək hüququ var. Başqa məsələlər hakimiyyətin xüsusilə birtərəfli tələblərini irəli sürən qrupu nəzərə alıb-almamasından ibarətdir. Bu halda baş vermiş hadisələrə dəqiq qiymət vermək lazımdır. M.Brayzanı senatın razılığı olmadan da ABŞ-ın Azərbaycandakı missiyasının prezident nümayəndəsi təyin etmək olardı”,-deyə politoloq vurğulayıb.
    10.11.10 Məqaləni oxumaq
     
    Milli Məclisə keçirilən seçkilərdə 109 dairədə nəticələr açıqlanıb
    Noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkilərində 109 dairədə artıq səsvermənin yekun nəticələri məlum olub. AZADİNFORM Mərkəzi Seçki Komissiyasının (MSK)n saytına istinadən xəbər verir ki, sözügedən dairələrin bütün məntəqələrində protokollar hesablanıb.
    09.11.10 Məqaləni oxumaq
     
    MDB və MDB PA-nın müşahidə missiyaları seçkilərlə bağlı ilkin fikirlərini açıqladı
    Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ölkədə müşahidə aparan MDB və MDB Parlamentlərarası Assambleyanın (PA) müşahidə missiyalarının üzvləri bu gün birgə mətbuat konfransı keçiriblər. KƏLAMİNFO xəbər verir ki, MDB müşahidə missiyasının rəhbəri Serqey Lebedev bildirib ki, parlament seçkiləri Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçirilib.
    08.11.10 Məqaləni oxumaq
     
    Sabah Tehranda Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin 27-ci iclası keçiriləcək
    Sabah Tehranda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı ölkələrin prezidentlərinin Xəzər məsələləri üzrə xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinlərinin 27-ci iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, iki gün davam edəcək iclasda Xəzəryanı dövlətlərin prezidentlərinin noyabrın 18-də Bakıda keçiriləcək zirvə görüşünə dair bəzi məsələlər müzakirə ediləcək.
    08.11.10 Məqaləni oxumaq
     
    Türkiyəli deputat: “İşğal olunmuş torpaqlar azad olmayana qərəd Türkiyə-Ermənistanla sərhədləri açmayacaq”
    Türkiyə rəsmi səviyyədə açıqlayıb ki, Azərbaycanın işğal olunmuş 20% torpağı azad olunmayana qədər Türkiyə və Ermənistan sərhədlərinin açılması müzakirə mövzusu ola bilməz. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin millət vəkili, Ədalət və İkişaf partiyasının sədr müavini Haluk İpek bildirib. “Mətbuatda Türkiyə ilə Ermənistan sərhədlərin açılması ilə bağlı müxtəlif məlumatlar oxuyuruq. Niyə görəsə bir çox jurnalistlər bu məsləni daima gündəmdə saxlamağa və Azərbaycanda Türkiyə sevgisini azaltmağa çalışırlar. Türkiyə hər zaman sərhədlərin nə səbəbə bağlandığını bəyan edib və o səbəb həllini tapmayana qədər də sərhədlər açılmayacaq. Bu problemi gündəmdə saxlayan insanlar bilməlidir ki, “ayıb” bir şey edirlər”,-deyə H.İpək vurğulayıb.
    08.11.10 Məqaləni oxumaq
     
    MSK daha 10 dairədə səslərin hesablanmasını başa çatdırıb
    Mərkəzi Seçki Komissiyası 1 saylı Şərur-Sədərək, 58 saylı Hacıqabul-Kürdəmir, 83 saylı Ağcabədi-Füzuli, 84 saylı Füzuli, 113 saylı Şəki şəhər, 115 saylı Şəki ikinci kənd, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın və 125 saylı Zəngilan-Qubadlı seçki dairələrində səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb. KƏLAMİNFO MSK-nın rəsmi saytına istinadən xəbər verir ki, bu dairələr üzrə qaliblər aşağıdakı şəkildə müəyyənləşiblər:
    08.11.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev səsvermədə iştirak edib
    Azərbaycan prezidenti İlham Əliyev səsvermədə iştirak edib. KƏLAMİNFO xəbər verir ki, dövlət başçısı ailə üzvləri ilə birlikdə 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib. Qeyd edək ki, bu gün Azərbaycanda parlament seçkiləri keçirilir. 125 deputat yeri uğrunda 690 nəfər mübarizə aparır.
    08.11.10 Məqaləni oxumaq
     
    Azərbaycan parlamentinin spikeri səs verib
    Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov Milli Məclisə keçirilən seçkilərdə səs verib. KƏLAMİNFO xəbər verir ki, O. Əsədov 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 22 saylı məntəqəsində səs verib. Qeyd edək ki, parlamenti formalaşdıracaq 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparır.
    07.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  175 176 177 178 179 180 181 182 183  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30