Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 174 175 176 177 178 179 180 181 182 » #
    Mahmud Əhmədinejad: “Azərbaycanın izzəti, təhlükəsizliyi İranın izzəti, təhlükəsizliyidir”
    “Azərbaycan və İran arasında əlaqələr qonşu və dost ölkə arasında olan münasibətlərdən daha yüksəkdir. Dostluq azalıb çoxala bilər, qardaşlar isə hər zaman qardaş olaraq qalır”. KƏLAMİNFO xəbər verir ki, bunları Bakıda səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad keçirdiyi mətbuat konfransında deyib.
    18.11.10 Məqaləni oxumaq
     
    Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Bakıya gəlib
    Bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Azərbaycana səfəri başlayıb. KƏLAMİNFO xəbər verir ki, prezidentin səfərində məqsəd Xəzəryanı ölkələrin dövlət başçılarının IV zirvə toplantısında iştirak etməkdir. Bu gün başlayacaq zirvə toplantısına Türkmənistan prezidenti ilə yanaşı, Rusiya, İran və Qazaxıstan prezidentləri də qatılacaq. Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsinin aparılması, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin müzakirə olunması gözlənilir. Dövlət başçılarının sonda Birgə Bəyannamə, əməkdaşlıq və təhlükəsizlik haqda iki Saziş imzalayacaqları nəzərdə tutulur.
    18.11.10 Məqaləni oxumaq
     
    İran Prezidenti: “Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı irəliləyişin əldə olunacağına ümid edirəm”
    “Artıq Xəzər sərhəd ölkələr arasında sülh və konstruktiv əlaqələr dənizi olmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə İran Prezidenti Mahmud Əhmədinejad Bakıda keçirdiyi mətbuat konfransında söyləyib. O, bildirib ki, Xəzərin bütün imkanlarından ədalətli istifadə olunmalıdır. İran prezidenti dənizin hüquqi statusu ilə bağlı keçirilmiş 2 sammitdə müəyyən razılıqların əldə olunduğunu xatırladıb. “Bu gün Bakıda keçiriləcək sammitdə də bu istiqamətdə irəliləyişə nail olunacağına ümid edirəm”,-deyə M.Əhmədinejad bəyan edib. İranın “Nabucco”ya qoşulmaq niyyətinin olub olmaması ilə bağlı prezident vurğulayıb ki, Avropa İran qazını istəsə, Tehran danışıqlara gedər. “Amma biz Avropaya qaz satmaqda israrlı deyilik”,-deyə İran prezidenti fikirini açıqlayıb.
    18.11.10 Məqaləni oxumaq
     
    Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyaya Moskva tərəfdən yeni sədr təyin olunub
    Rusiya baş nazirinin müavini, Şimali Qafqaz federal dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi Aleksandr Xloponi energetika naziri Sergey Şmatkonun əvəzinə Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Rusiya hissəsinin sədri vəzifəsinə təyin edilib. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə əmri Rusiya hökumət başçısı Vladimir Putin imzalayıb. Qeyd edək ki, S.Şmatko 2008-ci ilin iyun ayından komissiyanın Rusiya hissəsinin sədri vəzifəsini tutub.
    18.11.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə təbrikdə deyilir: “Dünya müsəlmanlarının əziz günü - mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən rica edirəm. Peygəmbərlər sələfi Həzrət İbrahimin (ə) yadigarı olan Eydül-Əzha – Qurban bayramı İslam ümmətinin ən müqəddəs və şərəfli günlərindəndir. Bəşər nəslinin Uca Yaradanına təqva və məhəbbəti, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin təcəssümü olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir”,-deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib.
    13.11.10 Məqaləni oxumaq
     
    Minsk Qrupunun həmsədrləri və xüsusi nümayəndəsi Anji Kaspşik illik hesabatla çıxış ediblər
    ATƏT-in Daimi Şurasının Vyanada keçirilmiş iclasında Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik illik hesabatla çıxış ediblər. KƏLAMİNFO xəbər verir ki, A.Kaspşik çıxışında bildirib ki, ötən ilin noyabrından indiyədək keçən dövrdə qoşunların təmas xəttində vəziyyət sabit, lakin gərgin olub. Xüsusi nümayəndə bu kontekstdə Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşündən sonra qəbul edilmiş bəyanatı alqışlayıb. Həmsədrlər Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) çıxışlarında hesabat dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistan və Azərbaycan arasında keçirilmiş görüşlər və aparılan danışıqlar barədə məlumat veriblər.
    13.11.10 Məqaləni oxumaq
     
    Qurban bayramı ilə bağlı aksiya keçiriləcək
    Milli QHT Forumu və “Damla” Aztəminatlı Ailələrə İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qurban bayramı-2010” layihəsi həyata keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli QHT Forumundan veriblər. Məlumata görə, bununla bağlı noyabrın 16-17-i tarixlərində “Aydınlığa doğru” İctimai Birliyinin ofisində aksiya keçiriləcək.
    12.11.10 Məqaləni oxumaq
     
    ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu yeni layihəyə start verib
    ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu yeni layihəyə start verib. Qarabağ Fondu Vaşinqtonun tanınmış New World Radiosu (www.wust1120.com) ilə muqavilə imzalayaraq ABŞ tarixində ilk dəfə olaraq Azərbaycanın mədəniyyəti, incəsənəti və musiqisinə həsr olunmuş “Qarabağın səsi” adlı həftəlik proqramın yayımlanmasına başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Qarabağ Fondundan veriblər. Bu proqram vasitəsi ilə Qarabağ Fondu Fredericksburg, Virginia, Baltimore və Maryland əyalətlərini əhatə edərək ümumilikdə 5 milyonluq auditoriyaya Azərbaycan mədəniyyətini tanıdacaq. Bu radio proqramda tanınmış ekspertlər, mədəniyyətşünaslar və ictmai xadimlər Azərbaycan mədəniyyəti, musiqisi, mətbəxi və muğamı haqqında ətraflı məlumat verəcək və müzakirələr aparacaqlar. Proqramda həmçinin Azərbaycan xalq mahnıları, muğam və klassik musiqilər səsləndiriləcək. “Qarabağın Səsi” radio proqramı iki hissədən ibarət olacaq, proqramın birinci hissəsi İngilis, ikinci hissə isə Azərbaycan dilində yayımlanacaq. ABŞ-da yaşayan hər kəs proqrama canlı yayımla aşağıdakı telefon nömrəsi ilə qatıla bilər : 712-432-6620. “Qarabağın Səsi” radio proqramını həmçinin Qarabağ Fondunun veb saytına daxil olaraq dinləmək olar (www.karabakhfoundation.org).
    12.11.10 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin NATO PA-da müzakirəsi Azərbaycanın təklifi əsasında təxirə salınıb”
    Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin NATO Parlament Assambleyasında müzakirəsinin təxirə salınması Azərbaycan nümayəndə heyətinin təklifi əsasında olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Z. Əsgərov qeyd edib ki, Azərbaycan nümayəndə heyəti NATO PA-nın noyabrın 13-dən 16-dək Polşada keçiriləcək toplantısına qatılmayıb. Onun sözlərinə görə, buna səbəb Azərbaycanda keçirilən parlament seçkiləridir. Z. Əsgərov bildirib ki, bununla əlaqədar qətnamə layihəsinin müzakirəsinin növbəti sessiya qədər təxirə salınması ilə əlaqədar NATO PA-nın prezidentinə rəsmi müraciət olunub və bununla bağlı müsbət qərar verilib: “Ermənistan tərəfinin qətnamə layihəsinin təxirə salınmasını özlərinin ciddi səyi kimi qələmə vermələri yanlışdır. Biz bunun təxirə salınması üçün müraciət etmişik və təklif qəbul olunub”,-deyə Z.Əsgərov əlavə edib. O, qətnamə layihəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı da əksini tapdığını vurğulayıb.
    12.11.10 Məqaləni oxumaq
     
    Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verdi
    Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-dən veriblər. Fətvada deyilir: Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir. Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsüsilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq.
    12.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 174 175 176 177 178 179 180 181 182 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30