Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 172 173 174 175 176 177 178 179 180 » #
    Müdafiə naziri Səfər Əbiyev Özbəkistana rəsmi səfərə yola düşüb
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin dəvəti ilə Daşkənddə rəsmi səfərə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər zamanı ölkələr arasında hərbi əməkdaşlıq və gələcək perspektivlərinin müzakirə olunacağı, Cənubi Qafqaz və Orta Asiya regionunda hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsinin aparılacağı nəzərdə tutulur. Səfər çərçivəsində Azərbaycanla Özbəkistan arasında 2011-ci il üçün hərbi əməkdaşlıq planının imzalanması planlaşdırılır. S.Əbiyevin Özbəkistanın yüksək səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.
    29.11.10 Məqaləni oxumaq
     
    Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək
    Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, iclasda prezident İlham Əliyevin iştirakı gözlənilir. Milli Məclisin birinci iclasını ən qocaman deputat açacaq. O, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra gizli səsvermə ilə Milli Məclisin sədri seçilir. Sədr vitse-spiker vəzifəsinə namizədlər irəli sürür və gizli səsvermə ilə vitse-spikerlər seçilir.
    29.11.10 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ münaqişəsini ATƏT-in fəaliyyətdə olan sədri ilə müzakirə edib
    ATƏT-in Minsk qrupunun (MQ) rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevlə müzakirə edib. KƏLAMİNFO Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, İ.Popov görüşdən sonra bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi və mən bu gün Qazaxıstanın xarici işlər naziri ilə görüşdük və Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı məsələləri müzakirə etdik. “Biz K.Saudabayevə son bir neçə gündə Bakıda və Yerevanda, Pezident İlham Əliyevlə və Sarksyanla görüşlər, baza prinsiplərinin hazırlanması üzərində işlərin necə getməsi barədə danışdıq",-deyə MQ həmsədri vurğulayıb.
    29.11.10 Məqaləni oxumaq
     
    ATƏT rəsmisi: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Astana sammitinin əhəmiyyətli olacağına ümid edirəm”
    “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Astana sammitinin əhəmiyyətli olacağını ümid edirəm”. KƏLAMİNFO Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu sözləri ATƏT-in münaqişələrin aradan qaldırılması üzrə mərkəzinin direktoru - səfir Herbert Zalber deyib. Onun sözlərinə görə, sammit münaqişələrin problemlərini həll etməyə imkan verəcək. ATƏT-in münaqişələrin aradan qaldırılması üzrə mərkəzinin direktoru vurğulayıb ki, sammitdə yaxşı atmosferin olacağına ümid etmək olar. “ATƏT yalnız münaqişələrin həllində kömək edə bilər, məcburən tərəflərə qərar qəbul etdirə bilməz”,-deyə H.Zalber vurğulayıb.
    29.11.10 Məqaləni oxumaq
     
    Elman Nəsirov: “Hazırkı status- kvonun saxlanmsı iqtisadi baxımdan həm Ermənistan, həm də digər nüfuzlu ölkələr üçün əlverişlidir”
    Dağlıq Qarabağda hazırkı status-kvonun qorunub saxlanması iqtisadi cəhətdən Ermənistan üçün əlverişli olması ilə bərabər ona havadar olan və regionda marağı olan dövlətlər üçün də mənfəətlidir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov şərh verib. Politoloq qeyd edir ki, işğal altında olan ərazilərdə təbii sərvətlərdən qeyri-qanuni istifadə olunması və ərazidən qeyri-qanuni tranzit xətt kimi istifadə olunması Ermənistan da daxil olmaqnla bir sıra ölkələr üçün ciddi gəlir mənbəyidir. “Nəzərə alsaq ki, Dağlıq Qarabağ təbii sərvətlərinə və ehtiyatlarına görə Qafqazda ən mühüm bölgədir, o zaman həmin ölkələrin bu fürsəti tezliklə əldən verməsi real görsənmir. Xüsusilə son zamanlar Ermənistan Kəlbəcərdəki qızıl ehtiyyatlarının kütləvi şəkildə istismarına başlayıb və hətta şərikli istifadə etdiyi yataqların bəzilərini həmin ölkələrdən olan şirkətlərə icarəyə də verib. Bütün bunlar hər ay külli miqdarda gizlin qazanc deməkdir. Ona görə də, Ermənistanın hər vəchlə danışıqlardan yayınması və hazırkı vəziyyəti qoruyub saxlaması heç də təəcüblü deyil.
    27.11.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadə yenidən Almaniyaya gedəcək
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyədən Almaniyaya gedəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində QMİ-nin Xarici Əlaqələr Şöbəsinin müdiri Müqəddəs Payızov bildirib. “Bir neçə gün əvvəl A.Paşazadə müayinə məqsədilə Almaniyaya gedmişdi. Ancaq azərbaycanlı zəvvarları daşıyan avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğraması ilə əlaqədar Bütün Qafqazın Şeyxi təcili olaraq Almaniyadan Türkiyəyə gəldi. Çox güman ki, Türkiyədə işlər qaydasına düşdükdən sonra müayinə və müalicə olunmaq üçün A.Paşazadə yenidən Almaniyaya gedəcək”,-deyə M.Payızov vurğulayıb.
    26.11.10 Məqaləni oxumaq
     
    Oqtay Şirəliyev Polşanin səhiyyə nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
    Səhiyyə naziri Oqtay Şirəliyev ölkəmizdə səfərdə olan Polşa səhiyyə nazirinin müavini A.Froncakın başcılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə O.Şirəliyev qonaqlara ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlığın mövcudluğundan, bu günə kimi birgə həyata keçirilmiş ikitərəfli layihələrin müvəffəqiyyətindən danışıb. Nazir ölkə başçısının səhiyyə sektoruna olan diqqət və qayğısı nəticəsində son illər səhiyyədə görülən işlər, aparılan islahatlar və əldə olunan nailiyyətlər, qoyulan investisiyaların artması sayəsində yeni açılıb istifadəyə verilən tibb müəssisələri haqqında qısaca məlumat verib. Görüşdə ölkələrimiz arasında Səhiyyə və Tibb elmi sahəsində əməkdaşlığa dair müzakirələr, tərəflər arasında kadr hazırlığına dair məsələlərə də toxunulub. Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən qonaq səhiyyənin bütün sahələrində əməkdaşlığa hazır olduqlarını nəzərə çatdırıb.
    26.11.10 Məqaləni oxumaq
     
    İƏT-ə üzv dövlətlərin gənclər nazirlikləri nümayəndələrinin birinci toplantısı Tehranda keçiriləcək
    İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin gənclər nazirlikləri nümayəndələrinin birinci toplantısı noyabrın 29-da Tehran şəhərində işə başlayacaq. KƏLAMİNFO xəbər verir ki, iki gün davam edəcək toplantıda gənclərin problemləri, asudə vaxtın səmərəli təşkili, yüksək təhsil və sair məsələlər müzakirə olunacaq. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
    25.11.10 Məqaləni oxumaq
     
    Azərbaycan Prezidenti Rumıniyada “İlin adamı” elan olunub
    Bu gün Buxarest şəhərində Cənub-Şərqi Avropanın, eləcə də Rumıniyanın nüfuzlu “Balcanii şi Europa” (“Balkanlar və Avropa”) jurnalı tərəfindən 2010-cu ildə ictimai-siyasi həyatın müxtəlif sahələrində mühüm xidmətlərə malik insanlara mükafatların təqdimat mərasimi keçirilib. Siyasi, iqtisadi, sosial, mədəni sahələrdə xüsusi çəkiyə malik olan şəxsiyyətlərdən və ölkənin nüfuzlu qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət münsiflər heyəti cari ilin yekunlarına görə baş nominasiya olan “İlin adamı 2010” Mükafatının Azərbaycan Prezidenti İlham Əliyevə verilməsi barədə yekdilliklə qərar qəbul edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rumıniyadakı səfirliyimizdən veriblər. 2000-ci ildən etibarən mütəmadi olaraq, hər il keçirilən həmin təqdimat mərasimlərində siyasət, iqtisadiyyat, ədliyyə, insan hüquqları, mədəniyyət üzrə nominasiyalarda əlahiddə xidmətləri olan şəxslər mükafatlandırılır. İndiyə qədər jurnalın müxtəlif nominasiyaları üzrə Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçıları, ictimai-siyasi xadimləri mükafata layiq görülüblər.
    25.11.10 Məqaləni oxumaq
     
    Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəyə gedib
    Həcc ziyarətini tamamlayan azərbaycanlı hacıları daşıyan avtobusun Türkiyənin Sivas bölgəsində qəzaya uğraması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyəyə gedib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, A.Paşazadə iki gün əvvəl müayinə məqsədilə Almaniyaya gedib. Faciəli xəbəri eşidən kimi o, Almaniyadan Türkiyəyə yollanıb.
    25.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 172 173 174 175 176 177 178 179 180 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30