Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 171 172 173 174 175 176 177 178 179 » #
    Moskvada MDB-nin Baş Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək
    Cabah Moskvada MDB-nin Baş Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. MDB Baş Qərargah Rəisləri Komitəsinin iclaslarında Azərbaycanı Silahlı Qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov təmsil edəcək.
    01.12.10 Məqaləni oxumaq
     
    Rusiya prezidenti: “Münaqişələrin həll olunması üçün vahid prinsiplər olmalıdır”
    Münaqişələrin həll olunmasında vahid prinsiplərə ehtiyac var və bu bütün böhran vəziyyətlərinə aid olunmalıdır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Dmitri Medvedev ATƏT-in Astana sammitində deyib. Onun sözlərinə görə, belə prinsiplər gücün tədbiq edilməməsi, razılaşma və sülh formatlarına hörmət və münaqişədən əziyyət çəkən mülki əhalinin təhlükəsizliyinin qorunmasına kömək edəcək. “Bir daha təkrar edirəm ki, belə sualların həllində mütləq sülh olmalıdır. 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiyaya etdiyi hərbi güc yolverilməzdir”,- deyə D.Medvedev vurğulayıb.
    01.12.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Avstraliyanın xarici işlər naziri Kevin Ruddla görüşüb
    Bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyev Avstraliyanın xarici işlər naziri Kevin Ruddun görüşü olub. KƏLAMİNFO xəbər verir ki, K.Rudd ölkəsinin Azərbaycan ilə həm ikitərəfli, həm də təhlükəsizlik, ekologiya və qlobal məsələlərdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. O, Avstraliyada Azərbaycan icmasının olduğunu bildirib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Avstraliya ilə əməkdaşlığı inkişaf etdirə bilər. Azərbaycanın son illər bütün sahələrdəki inkişafından danışan dövlət başçısı qeyd edib ki, Avstraliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün hər cür şərait var. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsinə toxunulub. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyindən danışıb.
    01.12.10 Məqaləni oxumaq
     
    Astanada ATƏT-in 7-ci sammiti öz işinə başlayıb
    Bu gün Qazaxıstanın paytaxtı Astanada ATƏT-in 7-ci sammiti işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Prezident İlham Əliyev sammitdə iştirak edir. Sammitdə ümumilikdə 56 üzv və 12 tərəfdaş ölkənin dövlət və hökumət başçıları, nümayəndə heyətləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitin keçirildiyi “Müstəqillik” sarayında nümayəndə heyətlərinin rəhbərlərini, həmçinin Prezident İlham Əliyevi qarşılayıb. ATƏT-in 7-ci sammitini Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.
    01.12.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq planına əsasən bir sıra tədbirlərin keçiriləcək
    Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq prlanına uyğun olaraq dekabr ayında bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyi mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirlər Türkiyə və Azərbaycanda təşkil olunacaq. Tədbirlər planına əsasən bu gün Bakıda rabitə mövzusunda təcrübə mübadiləsi və məlumat mübadiləsi üzrə əməkdaşlıq fəaliyyətlərinə həsr olunmuş üçgünlük görüş başlayıb. Bununla yanaşı, Ankarada Azərbaycan və Türkiyə arasında xəritəçilik sahəsində əməkdaşlıq məsələləri üzrə işçi görüşü keçiriləcək. Azərbaycan hərbçiləri həmçinin İstanbulda “Avrasiya ulduzu 2010” təliminə qatılacaqlar.
    01.12.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev ATƏT-in sammitində iştirak etmək üçün Astanaya yola düşüb
    Bu gün Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in sammitində iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfərə yola düşüb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    01.12.10 Məqaləni oxumaq
     
    Tehranda İƏT-ə üzv dövlətlərin gənclər nazirlərinin birinci toplantısı keçirilir
    Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin gənclər nazirlərinin birinci toplantısı işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, toplantıda Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. İki gün davam edəcək tədbirin gündəliyinə gənclərin problemləri, asudə vaxtlarının səmərəli təşkili, yüksək təhsil, gənclər təşkilatları arasında faydalı əməkdaşlıq və s. məsələlər daxil edilib.
    30.11.10 Məqaləni oxumaq
     
    Səfir İlqar Muxtarov etimadnaməsini Kosta Rikanın prezidenti Laura Çinçiya Mirandaya təqdim edib
    Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Kosta Rika Respublikasında səfir təyin edilməsi barədə etimadnamələrini Kosta Rikanın prezidenti Laura Çinçiya Miranda (Laura Chinchilla Miranda) və Xarici İşlər və Dini məsələlər Naziri Rene Kastro Salasara (René Castro Salazar) təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Meksikadakı səfirliyimizdən veriblər. Keçirilmiş görüşlər zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən təhsil, mədəniyyət, iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
    30.11.10 Məqaləni oxumaq
     
    Millət vəkili: “Bu gün Azərbaycanın radikal deyil, konstruktiv müxalifətə ehtiyacı var”
    Bu gün Azərbaycan cəmiyyəti xeyli inkişaf edib və artıq 90-cı illərin əvvəllərindəki kimi deyil ki, onun parlamentində daim radikal müxalifət iştirak etsin. Son seçkilərin nəticələri də göstərdi ki, insanlar daha onları Milli Məclisdə görmək istəmir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib.
    30.11.10 Məqaləni oxumaq
     
    Konstitusiya Məhkəməsi Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri təsdiq etdi
    Bu gün Konstitusiya Məhkəməsinin növbəti iclasında ölkə Konstitusiyasının 86-cı və 109-cu maddəsinə uyğun olaraq noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin nəticələri təsdiq olundu. KƏLAMİNFO xəbər verir ki, iclasın qərarını KM sədri Fərhad Abdullayev elan etdi. Bununla qərar Mərkəzi Seçki Komissiyasının 22 noyabr tarixli protokolunu tam təsdiqləmiş oldu. Qərara əsasən, ayrı-ayrı dairələr üzrə ümumilikdə 46 məntəqədə səsvermənin nəticələri ləğv olunub ki, bu da dairələr üzrə nəticələrə təsir etmir. Beləliklə, noyabrın 7-də 4-cü Çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb.
    30.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 171 172 173 174 175 176 177 178 179 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30