Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 170 171 172 173 174 175 176 177 178 » #
    Bakıda "NATO Lissabon sammitindən sonra: yeni strateji konsepsiya" adlı beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda "NATO Lissabon sammitindən sonra: yeni strateji konsepsiya" beynəlxalq konfrans keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda NATO ilə Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov, Polşanın Azərbaycandakı səfiri Mikal Labenda, Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyinin rəhbəri Nikolae Ureke və bir sıra ekspert və siyasi partiyaların rəhbərləri iştirak edir.
    07.12.10 Məqaləni oxumaq
     
    Ekspert: “Astana sammiti göstərdi ki, Dağlıq Qarabağla bağlı danışıqların səviyyəsi çox aşağıdır”
    Astana sammiti göstərdi ki, Dağlıq Qarabağla bağlı danışıqların səviyyəsi çox aşağıdır. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunu Böyük Britinayida Cənubi Qafqaz üzrə ekspert Amanda Pol bildirib. Onun sözlərinə görə, Astana sammiti tərəflərin hirsli ritorikasından və ATƏT-in Minsk Qrupunun zəif bəyanatlarından başqa bir şey vermədi. “Hərbi forma geyinmiş Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş Ağdam rayonunda etdiyi çıxışlar kimi bu yaxınlarda baş verən hadisələr, xüsusilə fitnəkar xarakterli olmaqla, vəziyyətin inkişafına öz qeyri-konstruktiv töhfəsini verib. Ermənistan prezidenti Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyanın və yüksək vəzifəli zabitlərdən ibarət nümayəndə heyətinin müşayiəti ilə noyabrın 13-də Azərbaycanın işğal olunmuş ərazilərində olaraq, hərbi təlimlərdə iştirak ediblər. Düşünürəm Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qərarların hazırlanması mərhələsinin vaxtı çatıb. Minsk qrpunun həmsədrlərini günahlandırmaq asandır, lakin danışıqlarda çox şey iki ölkənin liderindən asılıdır.
    07.12.10 Məqaləni oxumaq
     
    Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli qəbul edib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli qəbul edib. YAP-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə 7 noyabr, 2010-cu il tarixində ölkədə keçirilən parlament seçkiləri və onların nəticələri, parlamentin gələcək fəaliyyəti və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.
    YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.
    04.12.10 Məqaləni oxumaq
     
    Politoloq: “Astanada Ermənistanın bütün hiylə və metodlarının üsrü açıldı”
    ATƏT Astana sammiti ərəfəsində Ermənistanın bütün hiylə və metodlarının üsrü açıldı. KƏLAMİNFO xəbər veir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.
    03.12.10 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu aylıq hesabat verdi
    Bu gün Trend Xəbərlər Mərkəzində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ayın yekunları ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər veir ki, konfransda M.Əhəmdoğlu ilk olaraq diqqəti “WikiLeaks” saytında dərc olunan məlumatlara və Turqut Ərin yazdığı Azərbaycan hakimiyyətini ittiham edən “Azadlıqdan Tiranlığa” doğru kitabına yönəldib.
    03.12.10 Məqaləni oxumaq
     
    ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayıb
    Birləşmiş Ştatlar məxfi məlumatın qanunsuz və ittihamlı yayımını kəskin formada pisləyir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən veriblər.
    03.12.10 Məqaləni oxumaq
     
    Azərbaycan kimlərinsə maraqlarının mübarizə mərkəzi ola bilməz
    Son proseslər bizi bu qənaətə gəlməyə vadar edir ki, Azərbaycanın qonşu ölkələrlə mehriban münasibətləri bəzi qüvvələrə sərf etmir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Onun sözlərinə görə, bu gün Türkiyə ilə Azərbaycan və Azərbaycanla İran arasındakı münasibətlər kimlərəsə sərf etmir. “Bir çoxları istəyir ki, Azərbaycan onların İrana basqısında bir meydan olsun. Burdan İranı bombalasınlar. Məgər İranı bombalamaq üçün Amerikanın başqa imkanları yoxdur? Nəyə görə Azərbaycan və İran xalqları üz-üzə qoyulmalıdır? İranda bu gün 30 milyona yaxın azərbaycanlı yaşayır. Onların taleyi bizi bu gün şox düşündürür”,-deyə Ə.Həsənov vurğulayıb. Ə.Həsənovun sözlərinə görə, Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətə görə, Azərbaycan qonşu xalqların dostluq, iqtisadi yarış mərkəzi ola bilər: “Sözün yaxşı mənasında, rəqabət mərkəzi ola bilər, ancaq Azərbaycan qarşıdurma mərkəzi ola bilməz. Azərbaycan kimlərinsə maraqlarının mübarizə mərkəzi ola bilməz.”
    03.12.10 Məqaləni oxumaq
     
    Əli Həsənov: “ATƏT-in Astana sammitində Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib"
    ATƏT-in Astana sammitində Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə üzləşib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov verib. Ə.Həsənov bildirib ki, əgər gələcəkdə də Ermənistan bu mövqesində dayanmaqda davam edərsə, Azərbaycan ərazilərini öz gücü ilə azad etməyə məcbur olacaq.
    02.12.10 Məqaləni oxumaq
     
    PA-nın şöbə müdiri: "Mən həm Türkiyə, həm də Azərbaycan KİV-ni xarici maraqlara tribuna olmamağa çağırıram"
    "Mən həm Türkiyə, həm də Azərbaycan KİV-ni xarici maraqlara tribuna olmamağa çağırıram". KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, səhifələrinizi, ekranlarınızı, dalğalarınızı millətinizə, dövlətinizə, milli-mənəvi dəyərlərinizə, birliyinizə qarşı istifadə etmək istəyən qlobal qüvvələrin təsiri altına düşməyə imkan verməyin. Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç isə Türkiyə və Azərbaycan mətbuatının Dağlıq Qarabağ məsələsinin işıqlandırılmasında birgə çalışmağa çağırıb. "Beynəlxalq aləmdə iki ölkənin mətbuatının mövqeyi bir olmalıdır, çünki biz eyni yolla irəliləyirik. Bu baxımdan mətbuatın üzərinə böyük məsuliyyət düşür",-deyə səfir bildirib.
    02.12.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Türkiyə prezidenti Abdullah Güllə görüşüb
    Bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyevlə Niderlandın Baş naziri Mark Ruttenin görüşü olub. KƏLAMİNFO xəbər verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib, bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, səfirliklərin açılması ölkələrimiz arasında əməkdaşlığa töhfə verir.Görüşdə Azərbaycan ilə Niderland arasında əməkdaşlığın Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından əhəmiyyəti vurğulanıb. Bu gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Türkiyə prezidenti dövlət başçısını parlament seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
    02.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 170 171 172 173 174 175 176 177 178 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30