Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 169 170 171 172 173 174 175 176 177 » #
    Z.Əsgərov: “Müharibə həmişə gündəliyimizdə olub, bu gün də var: Sərkisyanla oturub söhbət etməyə vaxtımız yoxdur”
    “Müharibə həmişə gündəliyimizdə olub, bu gün də var. Bütün insanlar buna hazır olmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bubarədə açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının bütövlükdə hərbiləşməsi istiqamətində işlər görülür: “Beynəlxalq hüquq artıq münaqişənin həllinə təsir göstərməkdə acizliyini sübuta yetirib. Beynəlxalq hüquq yalnız istinad etmək hüququna çevrilib. Biz də istinad edirik və torpaqlarımızı işğaldan azad etmək hüququnu özümüzdə saxlayırıq. Azərbaycanın öz hüququnu qoruması üçün hər cür imkanları var və yaxın aylarda bunu görəcəyik. Sərkisyanla oturub söhbət etməyə vaxtımız yoxdur”,-deyə vitse-spiker vurğulayıb. Z.Əsgərov qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini minalaması və yer adlarını dəyişdirməsi ölkə daxili proseslərə hesablanıb.
    10.12.10 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Artıq S.Sərkisyan hakimiyyətin ərköyün siyasətinə dözməyə nə imkanımız, nə də vaxtımız var”
    “Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı etdiyi cəhdlərin heç bir perspektivi yoxdur. Çünki ermənilər özləri də gözəl başa düşürlər ki, qondarma rejimin tanınması Ermənistanın işğalçılığının hüquqi cəhətinin daha bir təsdiqi olacaq”. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
    10.12.10 Məqaləni oxumaq
     
    Bu gün Moskvada MDB üzvü olan ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək
    Bu gün Moskvada Rusiya prezidenti Dmitri Medvedevin sədrliyi ilə MDB-yə üzv olan ölkələrin dövlət başçılarının toplantısı keçiriləcək. KƏLAMİNFO xəbər veriq ki, toplantı Rusiyanın MDB-yə başa çatan sədrliyi çərçivəsində əsas tədbirlərdən hesab olunur. MDB liderlərinin dar və geniş tərkibdə görüşündə Rusiyanın sədrliyinin nəticələri və əsas prioritetlər müzakirə ediləcək. Əsas diqqətin iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönələcəyi gözlənilir. Sammitin gündəliyində Birlik çərçivəsində azad ticarət zonası ilə bağlı müqavilə layihəsinin müzakirəsi də nəzərdə tutulur. 2011-ci ilin MDB-də ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ili elan edilməsi barədə qərar layihəsi də müzakirə ediləcək.
    10.12.10 Məqaləni oxumaq
     
    Milli Məclisin komitə sədrləri H.Rəcəbli, Eİbrahimov və deputat H. Mirələmov Daşkənd şəhərinə gediblər
    Bu gün Milli Məclisin komitə sədrləri Hadi Rəcəbli, Eldar İbrahimov və deputat Hüseynbala Mirələmov Özbəkistanın Daşkənd şəhərinə səfərə yola düşüblər. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, deputatlar Hüseynbala Mirələmovun “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş kitabının özbək dilində təqdimat mərasimində iştirak edəcəklər. Millət vəkilləri görkəmli dövlət xadiminin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verəcək, onunla bağlı xatirələrini bölüşəcəklər. Səfər dekabrın 13-də başa çatacaq.
    10.12.10 Məqaləni oxumaq
     
    Dövlət Dəniz Administrasiyasının mütəxəsissləri beynəlxlaq tədbirdə iştirak edirlər
    Azərbaycannın Dövlət Dəniz Administrasiyasının mütəxəsissləri Ukraynanın Odessa şəhərində Beynəlxalq Dəniz Təşkilatları tərəfindən keçirilən “Gəmilərdə paslanmanın qarşısının alınması üsullarına dair Konvensiya” adlı Beynəlxlaq tədbirdə iştirak edirlər. Administrasiyasının mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirdə Rumıniya, Bolqarıstan, Türkiyə, Albaniya, Rusiya və digər ölkələrin Dəniz Administrasiyasının mütəxxəsisləri iştirak edirlər.
    09.12.10 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə gedir
    Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya işgüzar səfərə gedir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının dekabrın 9-da keçiriləcək iclasında iştirak etməkdir. Şuranın iclasında 18 məsələ müzakirə olunacaq. Nazirlər dekabrın 10-da Moskvada keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasına müzakirə olunacaq məsələlərə baxacaqlar.
    09.12.10 Məqaləni oxumaq
     
    “WikiLeaks”də Azərbaycan-Türkiyə ilə bağlı tez-tez xoşagəlməz məlumatlar yaymaqla bizə qarşı kin yaratmağa çalışırlar”
    “WikiLeaks”in yaydığı qalmaqallı məlumatlarla Azərbaycan- Türkiyə münasibətlərinə tez-tez toxunulması məqsədyönlüdür. Çünki, son illər Türkiyə ictimaiyyətində yüksələn azərbaycançılıq meyilləri ən azı ABŞ-ın maraqlarına uyğun deyildi. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
    08.12.10 Məqaləni oxumaq
     
    “ABŞ Dağlıq Qarabağla bağlı ziddiyyətlərin hələ də qalmasından ciddi narahatdır”
    “Biz Dağlıq Qarabağla bağlı ziddiyyətlərin hələ də qalması, eləcə də son vaxtlar regionda baş verən münaqişələrlə bağlı ciddi narahatlığımızı ifadə edirik. Belə bir vəziyyət olduqca qorxuludur və irəliləyişin əldə olunması üçün bizim səylərimizin intensivliyini zəruri edir”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin köməkçisi Filip Qordon bildirib. O, qeyd edib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın fəaliyyətini alqışlayır və bu istiqamətdə onunla əməkdaşlığa hazırdır. “Bəli, Rusiya bu prosesdə fəal rol oynayır və biz ümid edirik ki, ABŞ kimi o da ATƏT-in Minsk Qrupunun əsas prinsiplərinə əsaslanan sazişin əldə olunmasını istəyir. Vaşinqton bütün tərəflərlə daimi əlaqədədir və bu münaqişənin həllində çox maraqlıdır”,-deyə Ağ Ev rəsmisi bildirib.
    08.12.10 Məqaləni oxumaq
     
    Millət vəkili Qənirə Paşayeva Misir Ərəb Respublikasına gedib
    Bu gün Milli Məclisin üzvü Qənirə Paşayeva Misir Ərəb Respublikasına yola düşüb. Məqsəd dekabrın 08-17 tarixində bu ölkənin Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak etməkdir. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. Misirin Birinci xanımı Suzan Mübarək ilə BMT-nin Baş katibi Pan Gi Munun rəhbərlik edəcəyi tədbir Palermo Konvensiyasının 10 illiyinə həsr olunub.
    08.12.10 Məqaləni oxumaq
     
    QMİ-nin Qazılar Şurası Məhərrəm ayının başlaması ilə bağlı Fətva verib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı Fətva verib. QMİ-dən KƏLAMİNFO-ya verilən məlumatda qeyd olunub ki, yeni 1432-ci ilin başlanğıcı-Məhərrəm ayının 1-ci miladi təqvimi 2010-cu il dekabr ayının 7-nə təsadüf edir. “Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay müqəddəs İslam dinimizdə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura-Məhərrəm ayının 10-cu günü İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Müsəlman ümmətinin tarixinə ən acı, lakin eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olan Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Aşura günü dekabrın 16-a təsadüf edir. Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətilə bütün dindarlara dərin hüznə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əliyhissəlamın azadlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyyə edirik.
    08.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 169 170 171 172 173 174 175 176 177 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30