Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 167 168 169 170 171 172 173 174 175 » #
    Türkiyәnin Azәrbaycandakı sәfiri Hulusi Kılıç Azәrbaycan xalqını tәbrik edib
    Türkiyәnin Azәrbaycandakı sәfiri Hulusi Kılıç qarşıdan gәlәn 31 dekabr Dünya Azәrbaycanlılarının Hәmrәylik Günü vә Yeni 2011-ci il münasibәti ilә Azәrbaycan xalqını tәbrik edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Türkiyәnin Azәrbaycandakı sәfirliyindən veriblər. “Yeni ilin Azәrbaycanda yaşayan bacı vә qardaşlarıma vә bütün Türk dünyasına sülh, әminamanlıq, cansağlığı, bәrabәrlik, sevinc, xoşbәxtlik vә bәrәkәt gәtirmәsini dilәyirәm”,-deyə təbrikdə vurğulanır.
    27.12.10 Məqaləni oxumaq
     
    Bu gün Prezident İlham Əliyevin doğum günüdür
    Bu gün Prezident İlham Əliyevin doğum günüdür. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ), oranı bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.
    25.12.10 Məqaləni oxumaq
     
    Komitə sədri: "Son bir ildə Azərbaycanda 300-dən çox dini icma qeydiyyatdan keçib"
    Ötən il müvafiq qanunun qəbulundan sonra son bir ildə Azərbaycanda 300-dən çox dini icma qeydiyyatdan keçib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib. O, qeyd edib ki, bir qrup icmanın isə qeydiyyatından imtina olunub. "Əgər milli maraqlara uyğun gəlməyən dini icmalar varsa, onların qeydiyyata alınmasından imtina olunmalıdır. Bundan qorxmaq lazım deyil. Anoloji addımı Fransa da atır, digər ölkələr də. Bu gün Azərbaycanda müəyyən mənada ciddi canlanma baş verirsə, bunun səbəbləri ilə maraqlanmaq lazımdır. Eynilə bu, hicabla da bağlıdır. Dinin canlanması qədər qorxulu məqam yoxdur. Bu sahəyə cavabdeh olan qurumlar məsələyə ciddi yanaşmalıdır",-deyə komitə sədri vurğulayıb.
    23.12.10 Məqaləni oxumaq
     
    “Ermənistan- Rusiya birgə Hava Hücumundan Müdafiə Mərkəzi Azərbaycana ciddi ismarıcdır”
    “Ermənistan ilə Rusiya arasında Hava hücumundan birgə Müdafiə Mərkəzinin yaradılması iki ölkə arasında sıx hərbi əməkdaşlığın yüksəlişə doğru məntiqi davamı və eyni zamanda “müharibə kürsüsün”dən düşməyən Azərbaycan üçün ciddi ismarıcdır”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Ermənistan prezidentinin hərbi məsələlər üzrə keçmiş müşaviri, Ermənistan Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Ruben Mehrabyan bildirib.
    22.12.10 Məqaləni oxumaq
     
    Milli Məclisin sessiyası öz işinə başlayıb
    Bu gün Milli Məclisin növbəti sessiyası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. KƏLAMİNFO xəbər verir ki, iclasda Azərbaycan Respublikası Ali Məhkəməsi Hakiminin təyin edilməsi, Türkdilli Ölkələrin Dövlət Başçılarının 10-cu Zirvə toplantısının Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Strateji Tərəfdaşlıq Haqqında müqavilənin təsdiq edilməsi, Azərbaycan Respublikası Gürcüstan, Rumıniya prezidentləri, Macarıstan baş nazirinin Bakı Bəyannaməsinin təsdiq edilməsi, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi Haqqında müqavilənin təsdiq edilməsi məsələsi müzakirə olunacaq. İclasda həmçinin bir sıra qanunlara əlavə və dəyişiklik ediləcək. Bura AR Cinayət Prosessual Məcəlləsi, AR İnzibati Xətalar Məcəlləsi, İnsan Hüquqları üzrə Müvəkkil haqqında Konstitusiya Qanunu və digər qanunlara ediləcək əlavə və dəyişikliklər daxildir. Bundan əlavə plenar iclasda “Normativ Hüquqlar haqqında” AR Qanun layihəsi də ikinci səsverməyə çıxarılacaq.
    22.12.10 Məqaləni oxumaq
     
    Səməd Seyidov: "Tomaş Parobenin Cənubi Qafqazda gələcək fəaliyyəti dayandırılmalıdır"
    "Avropa Birliyi və Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, təəssüflər olsun ki, bu qurumun nümayəndəsi öz təşkilatının qətnaməsinə qarşı çox hörmətsiz çıxıb". KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. O, qeyd edib ki, Avropa Parlamentinin nümayəndəsi olan Tomaş Parabe Dağlıq Qarabağa səfər etməklə Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozub. "T.Parabenin bu hərəkəti nəinki Azərbaycanın maraqalarını, hətta Avropa Birliyinin öz siyasətinə ziddir. Biz buna dərhal reaksiya verməliyik. Müvafiq məktublar göndərməliyik. Çünki bu hadisədən sonra T.Parabe gələcəkdə regionda obyektiv fəaliyyət göstərə bilməz. O bütün beynəlxalq prinsipləri pozub. Biz Avropa Birliyinin özündən də tələb etməliyik ki, onun regionda gələcək fəaliyyəti dayandırılsın. Bu məqsədlə də komitəmiz tərəfindən Avropa Parlamentinə etiraz məktubları göndərəcəyik",-deyə S.Seyidov vurğulayıb.
    21.12.10 Məqaləni oxumaq
     
    Bu gün səhər Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə Gürcüstana səfərə yola düşüb
    Bu gün səhər Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfərə yola düşüb. QMİ-dən KƏLAMİNFO-ya daxil olan məlumata görə, bir günlük səfər çərçivəsində A.Paşazadəni, müavinləri Hacı Salman Musayev, Hacı Sabir Həsənli, Fətva komissiyasının sədri Hacı Mirəziz Seyidzadə, millət vəkilləri Fəttah Heydərov və Cavanşir Paşazadə müşayiət edir. Bütün Gürcüstanın katalikosu II İlyanın qonağı olacaq A.Paşazadə səfər zamanı prezident Mixel Saakaşvili ilə də görüşəcək.
    21.12.10 Məqaləni oxumaq
     
    Türkiyə ilə Azərbaycanın müştərək tarixi yenidən araşdırılır
    Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) növbəti layihə üzərində iş aparır. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər. Layihə “Türkiyədə azərbaycanlıların tarixi, sosial, siyasi və mədəni fəaliyyətləri” adlı kitabın nəşrə hazırlanmasından ibarətdir. Kitabda Türkiyədə yaşayan azərbaycanlıların siyasi, iqtisadi, hərbi, mədəni və sosial fəaliyyətlərinə dair ətraflı məlumatlar yer alacaq.
    20.12.10 Məqaləni oxumaq
     
    BMT Azərbaycanın silah alışına dair hesabatını açıqlayıb
    BMT Azərbaycanın ötən ildə silah alışına dair hesabatını açıqlayıb. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu qurumun Adi Silahlar Registrinin 2009-cu ildə silah alışına dair hesabatında yer alıb. Hesabatda qeyd olunub ki, rəsmi Bakı 2009-cu ildə Belarusdan 9 ədəd 203 mm çaplı 2C7 “Pion” özüyeriyən artilleriya qurğusu (Rusiya istehsalı), Ukraynadan 29 ədəd 122 mm çaplı 2C1 “Qvozdika”, 6 ədəd 152 mm çaplı 2C3 “Akatsiya” özüyeriyən haubitsa alıb.
    20.12.10 Məqaləni oxumaq
     
    Hillari Klinton prezident İlham Əliyevə zəng edib
    ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. KƏLAMİNFO xəbər verir ki, telefon danışığı zamanı xanım Klinton “Wikileaks” saytı vasitəsilə Azərbaycan haqqında yayılan məlumatlarla bağlı dərin təəssüfünü bildirərək Amerika Birləşmiş Ştatlarının Azərbaycanı özünün mühüm strateji tərəfdaşı hesab etdiyini və Azərbaycan ilə münasibətlərini bundan sonra da inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.
    18.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 167 168 169 170 171 172 173 174 175 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30