Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 166 167 168 169 170 171 172 173 174 » #
    “M.Brayzanın Azərbaycana səfir təyin olunması Ermənistanın xarici siyasətində cərəyan edən uğursuzluğun nəticəsidir”
    “Metyu Brayzanın Azərbaycana səfir təyin olunması Ermənistanın daxili siyasətində başlayan uğursuzluğun son aylar xarici siyasətində cərəyan edən davamıdır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov bildirib. Onun fikirincə, bu, Ermənistanın xarici siyasətində son zamanlar yaranan dərin çatların təzahür formalarından biridir. “Nəzərə alaq ki, Ermənistanın son bir ildə xarici siyasətinin əsas prioritetlərindən biri M.Brayzanın Azərbaycana səfir kimi gəlməsinin qarşısını almaq idi. Lakin, bu şəxsən ABŞ prezidenti tərəfindən baş verdi. Çünki, İrəvan 2010-cu ildə xarici siyasətdə, xüsusən də ABŞ-la münasibətdə özü üçün heç də xoşa gəlməz sürprizlərlə üzləşdi. Bunların da kulminasiya nöqtəsi ilin sonuna yaxın erməni lobbisinin Birləşmiş Ştatlarda törətdiyi dəhşətli cinayətin üstünün açılması oldu. Bu ABŞ-a 100 milyonlarla ziyan vuran 150 nəfərdən ibarət erməni mafiyasının tutulmasıdır. Həmin qrupun da birbaşa Ermənistan prezidentinin qardaşı ilə, dolayısı ilə Serj Sarkisyanın özü ilə bağlı olmasının aşkarlanması erməni hakimiyyətinin xarici ümidlərini puç etdi”,-deyə ekspert vurğulayıb.
    06.01.11 Məqaləni oxumaq
     
    Bu gün NATO və ABŞ-ın hərbi ekspertlərinin Azərbaycana səfəri başlayır
    Bu gün Silahlı Qüvvələrdə hərbi təlim və təhsil sahəsində aparılan islahatlara NATO yardımının icmalının aparılması məqsədi ilə NATO/ABŞ ekspertləri Azərbaycana səfərə gələcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, səfər Azərbaycan ilə NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq Planına (FTP) əlavə olaraq həyata keçirilir.
    05.01.11 Məqaləni oxumaq
     
    İqbal Ağazadə: “Heç kim fəaliyyətinə görə hansısa partiyanın ləğv olunmasını irəli sürə bilməz”
    “Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun hazırlanarkən heç kim passiv fəaliyyətinə görə hansısa partiyanın digər bir partiya ilə birləşməsi və ya ləğvi təklifini irəli sürə bilməz”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində “Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib. Partiya sədri qeyd edib ki, passiv və ya aktiv fəaliyyət göstərmək siyasi partiyanın öz işidir. “Beynəlxalq təcrübə də göstərir ki, belə hallar yalnız siyasi partiyanın öz Nizamnaməsi ilə həll olunur, kənardan hansısa qanunla onun ləğv olunması tələbini heç kim irəli sürə bilməz. Ən ciddi halda əgər partiya qanunları pozarsa, o zaman müvafiq cəza tədbirləri yalnız məhkəmələrin hökmü ilə verilə bilər. Yəni, bunun yeni hazırlanan qanunda əks olunması mümkün deyil”,-deyə millət vəkili vurğulayıb. İ.Ağazadə təklif edir ki, “Siyasi partiyalar haqqında” qanun qəbul edilən zaman bu məsələnin daha asan həll forması var.
    05.01.11 Məqaləni oxumaq
     
    “Ümid” Partiyası yaz aylarında qurultay keçirəcək
    “Ümid” Partiyasının cari ilin yaz aylarında qurultay keçirməsi planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya partiyadan veriblər. Hazırda partiyanın rayon təşkilatlarında qurultaya hazırlıq işləri gedir. Partiya yeni ildə təşkilatlanma işini gücləndirməyi planlaşdırır. Təşkilatlanma zamanı indiyə qədər Azərbaycanda tətbiq olunmayan metodlardan istifadə olunacağı bildirilsə də bu barədə hələ ki proqramın təsdiq olunmadığı vurğulanıb. Ona görə də indidən istifadə olunacaq metod açıqlanmayıb. Qeyd edək ki, partiya 2002-ci ildə keçirilən III Qurultay zamanı Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib və İqbal Ağazadə sədr seçilib. Hazırda Ümid Partiyası Milli Məclisdə 1 nümayəndə ilə təmsil olunur.
    05.01.11 Məqaləni oxumaq
     
    Veronika Kotek Azərbaycanı tərk edib
    Avropa Şurası (AŞ) baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotekin səlahiyyət müddəti bitib. KƏLAMİNFO xəbər verir ki, V.Kotek artıq Azərbaycanı tərk edib və hazırda AŞ-nin katibliyində çalışır. Yeni xüsusi nümayəndənin təyinatı fevral ayında nəzərdə tutulub. Xatırladaq ki, V. Kotek 2008-ci il iyunun 10-dan bu vəzifədə çalışıb.
    05.01.11 Məqaləni oxumaq
     
    Prezident: “Gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacaq”
    Bu gün Azərbaycan informasiya müharibəsində dünyadakı erməni lobbisinə qalib gəlir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev jurnalistlərin dostu mükafatının təqdimat mərasimində çıxışı zamanı bildirib. Hazırda ölkəmizin informasiya müharibəsi şəraitində yaşadığını, dünyadakı erməni lobbisinin bizə qarşı informasiya müharibəsi apardığını söyləyən prezident İlham Əliyev bu mübarizədə Azərbaycanın qalib gəldiyini diqqətə çatdırıb. Dövlət başçısı deyib ki, bunu ermənilərin son vaxtlar isterik hərəkətləri də sübut edir. “Biz hücum diplomatiyası aparırıq”, - deyən prezident İlham Əliyev vurğulayıb ki, vaxt keçdikcə bu sahədə uğurlarımız daha çox olacaq. Dövlət başçısı jurnalist peşəsinin çətin və məsuliyyətli olduğunu deyərək gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacağını diqqətə çatdırıb. Bildirib ki, 2010-cu ildə bu sahədə həyata keçirilən tədbirlər növbəti illərdə də davam etdiriləcək. “Bu işdən məqsəd jurnalistlərin sosial problemlərinin həllinə yardımçı olmaqdır”,-deyən prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatını almaqdan məmnun olduğunu vurğulayıb.
    31.12.10 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində iştirak edib
    Bu gün prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində iştirak edib. KƏLAMİNFO xəbər verir ki, ümumi uzunluğu 252,4 km olan Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta saniyədə 5 kubmetr su daxil olacaq. Bu da Bakıda suyun verilişində yaranan uzun fasilələrin və su qıtlığı probleminin aradan qalxmasına imkan verəcək. Kəmər Bakının 5 rayonunu su ilə təmin edəcək. Bunlar Yasamal, Nəsimi, Nərimanov, Səbail rayonunun əsas hissəsi və Binəqədi rayonunun bir hissəsidir. Kəmərlə gələn suyun paytaxtda istifadə olunmayan hissəsi isə Ceyranbatan Su Anbarına ötürüləcək. Bildirilib ki, Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən, Oğuz–Qəbələ-Bakı su kəmərinin çəkilməsinə başlanılıb. 2007-ci il martın 1-də Oğuzda dövlət başçısının iştirakı ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən kəmərin təməlqoyma mərasimi keçirilib.
    29.12.10 Məqaləni oxumaq
     
    Bu il Azərbaycan üçün nə olmalı idi, nə oldu?
    Artıq 2010-cu ili yola salmaq ərəfəsindəyik. Bu il əvvəlki illərlə müqayisədə siyasi proseslərin dinamikliyi ilə yadda qaldı. Bu baxımdan da ölkə ictimaiyyətində xüsusilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində 2010-cu ilə daha çox ümidlər var idi. Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa KƏLAMİNFO-ya müsahibəsində bildirib ki, bu il istər-istəməz daha çox seçki ili kimi yadda qaldı. Millət vəkili deyir ki, ümumilikdə ölkə daxili sabitliyin qorunması prinsipilə seçkilərə hazırlıq və onun uğurla keçirilməsi 2010-cu ildə Azərbaycan dövlətinin daxili siyasətinin başlıca meyarını təşkil etdi. “Bu baxımdan düşünürəmki, bu halı uğurlu hesab etmək olar”,-deyə F.Mustafa vurğulayıb. Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi bu ildə Azərbaycan siyasətində əsas arqument xarici siyasətin aktuallığı olub. “Buna səbəb də artıq neçə illərdir yaşadığımız Dağlıq Qarabağ məsələsinin həll olunmamasıdır. Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin baş tutmasına baxmayaraq danışıqlarda heç bir irəliləyiş əldə olunmadı. Əksinə, cəbhə bölgəsində itkilərə məruz qaldıq.
    29.12.10 Məqaləni oxumaq
     
    Şeyxülislam A.Paşazadə Oqtay Şirəliyevə məktub ünvanlayıb
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hacı Allahşükür Paşazadə səhiyyə naziri Oqtay Şirəliyevə məktub ünvanlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Şeyxülislam məktubda Müqəddəs həcc ziyarətindən qayıdan zaman Türkiyə ərazisində qəzaya uğraması nəticəsində dünyasını dəyişmiş və xəsarət almış vətəndaşlarımıza göstərilən diqqət və qayğıya, yaralıların vaxtında xəstəxanalara yerləşdirilməsi və tibbi yardımın təşkili işindəki səylərinə görə Qafqaz müsəlmanları adından minnətdarlığını bildirib. A.Paşazadə məktubda belə bir çətin və fövqəladə vəziyyətdə Azərbaycan tibb işçilərinin nümayiş etdirdiyi operativlik və professionallığın yüksək təqdirə layiq fakt kimi qiymətləndirərək eyni zamanda bunu dövlətə və xalqa xidmətin bariz nümunəsi kimi dəyərləndirib.
    28.12.10 Məqaləni oxumaq
     
    Semyon İxılova Prezident İlham Əliyevin Fəxri Diplomu təqdim olundu
    Bu günlərdə prezident İlham Əliyevin Sərəncamına əsasən Dağ Yəhudiləri Dini İcmasının sədri Semyon İxılov ölkə rəhbərinin Fəxri Diplomu ilə təltif edilib. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) diplomun S.İxılova təqdim edilməsi ilə bağlı tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən DQİDK sədri Hidayət Orucov bildirib ki, S.İxılov Azərbaycanda xalqlar arasındakı səmərəli fəaliyyətinə görə prezident İlham Əliyevin Fəxri Diplomuna layiq görülüb. O, 10 il əvvəl S.İxılovun prezident Heydər Əliyev tərəfindən Şöhrət ordeni ilə də təltif edildiyini xatırladıb. S.İxılovun fəaliyyətindən bəhs edən H.Orucov qeyd edib ki, S.İxılov ölkədə fəaliyyət göstərən bütün dini konfensiyalar üçün böyük işlər görüb.
    27.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 166 167 168 169 170 171 172 173 174 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30