Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Prezident İlham Əliyev: Azərbaycan ilə bu münaqişə və bu rəqabət Ermənistana heç də yaxşı nəticələr vəd etmir
    "Keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir. Onların arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni mən xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşmışdır və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olmuşdur. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilmişdir. 
    17.01.13 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
    Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.Dövlətimizin başçısı iclası giriş nitqi ilə açmışdır. İqtisadi inkişaf naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik etdikləri qurumların il ərzində gördüyü işlər barədə məlumat vermişlər. 
    16.01.13 Məqaləni oxumaq
     
    “Əli qədəmgahı” ziyarətgahı son illərdə bir çox xeyirli işlər görür
    Buzovna qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahı son illərdə bir çox xeyirli işlərlə yanaşı, Respublikada olan Buzovna qəsəbəsində yerləşən 9 saylı ixtisaslasdırılmış ruhi-əsəb xəstəlikləri qoca və əlillər evində, ətrafda olan imkansız və bivaris, bədvaris dünyaların dəyişən insanların dəfni ziyarətgahın hesabına davam etdirilir. Mərhumların yuyulması, kəfnə tutulması ziyarətgahın hesabına aparılır. Hal hazırda kimi ziyarətgah 562 nəfəri dəfn etmişdir. Dəfn olunanların qəbrləri nömrələnir, sonraki dövrlərdə meyid sahibləri sorğu etdikləri zaman, qəbirlərin nömrəsi ilə qəbrin yeri bildirilir ki, onlar ölülərini ziyarət edirlər.
    16.01.13 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Pakistan dövlət başçısına başsağlığı verib
    Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdariyə başsağlığı verib. Başsağlığında deyilir:  Ölkənizdə törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu qanlı əməllərdən hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Bu hadisələr, eyni zamanda, terrorizmə qarşı mübarizədə davamlı və birgə səylər göstərilməsi zərurətini bir daha təsdiq edir. 

    15.01.13 Məqaləni oxumaq
     
    Erməni tərəfin növbəti təxribatı
    Son günlər erməni mətbuatında Bütün ermənilərin katolikosu II Qaregin tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış Azərbaycan və Ermənistan dini liderlərinin növbəti görüşünün Azərbaycan-Ermənistan sərhəddində keçirilməsi barədə təklifi müxtəlif formalarda yozulur. QMİ bəyan edir ki, Şeyxülislam A. Paşazadə Gürcüstana səfəri zamanı Tbilisidə olarkən, erməni kilsəsinin Gürcüstan yeparxiyasının yepiskopu Vazgen Mirzəxanyan ona II Qareginin yuxarıda göstərilən təklifini çatdırmışdır və görüşün, erməni mətbuatının iddia etdiyi kimi, nə cəbhə xəttində, nə də Dağlıq Qarabağ ərazisində baş tutması təklifi olmamış, söhbət yalnız Azərbaycan-Ermənistan sərhəd məntəqələrinin birindən getmişdir.
    13.01.13 Məqaləni oxumaq
     
    ABŞ-dakı səfirimiz Vaşinqtonda Mədəniyyət Diplomatiyası üzrə İllik Konfransda çıxış edib
    Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda keçirilmiş Mədəniyyət Diplomatiyası üzrə İllik Konfransın iştirakçıları qarşısında məruzə ilə çıxış edib. Mərkəzi qərargahı Berlin şəhərində yerləşən, Mədəniyyət Diplomatiyası üzrə İnstitut tərəfindən cari ilin 9-11 yanvar tarixlərində təşkil olunmuş konfransda ABŞ və digər dövlətlərin fəaliyyətdə olan və sabiq rəsmiləri, bir sıra ölkələrin Vaşinqtonda akkreditə olunmuş səfirləri, akademik və ictimai dairələrin təmsilçiləri çıxış etmiş və öz düşüncələrini iştirakçılarla bölüşüblər. Konfransın açılış günündə ABŞ Dövlət katibinin İctimai Diplomatiya və İctimai İşlər üzrə müavini Tara Sonenşayn da məruzəçilər arasında olub. Konfransın ikinci günü çıxış edən səfir Elin Süleymanovun məruzəsi “Ekstremizm və radikalizmin digər formalarına qarşı mübarizədə “yumşaq güc” və mədəniyyət diplomatiyasının tətbiqi” mövzusuna həsr olunub. Çıxışında mədəniyyətlərarası dialoqun dünyada sülh və əmin-amanlığın təmin edilməsi və ekstremizmin müxtəlif təzahürlərinin qarşının alınması sahəsində malik olduğu əvəzedilməz təsir imkanlarını önə çəkən səfir E.Süleymanov Azərbaycanın bu dialoqun təşviqi və gerçəkləşdirilməsi sahəsində göstərdiyi səylər və həmin prosesin uğuru üçün nümayiş etdirdiyi sadiqliyi konfrans iştirakçılarının diqqətinə çatdırıb.
    11.01.13 Məqaləni oxumaq
     
    Ziyafət Əskərov: Ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə ilk gündən ABŞ-ın yanında olub
    “Bir sıra beynəlxalq təşkilatlar Ermənistanı işğalçı ölkə kimi tanısalar da, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam edir”. Bu barədə açıqlama ilə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin Texas ştatından seçilmiş üzvü Henri Roberto Cuellar ilə görüşündə çıxış edib. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasətindən və törətdiyi terror hadisələrindən əziyyət çəkən ölkəmiz beynəlxalq terrorizmə qarşı mübarizədə ilk gündən  ABŞ-ın yanında olub. Azərbaycan NATO qüvvələri tərkibində beynəlxalq sülhyaratma və antiterror əməliyyatlarında fəal iştirak edib. Z.Əsgərov bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində ikinci dəfə müstəqillik qazandıqdan sonra diplomatik münasibətlər yaratdığı ilk ölkələrdən biri də ABŞ-dır. 
    11.01.13 Məqaləni oxumaq
     
    Daşkəsənə 2 milyon manat ayrılıb
    Prezident İlham Əliyev Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
    11.01.13 Məqaləni oxumaq
     
    Azərbaycanda daha bir dini icmanın fəaliyyəti qadağan edilib
    Azərbaycanda daha bir dini icmanın fəaliyyətinə qadağa qoyulub. “Abşeron rayon Xırdalan qəsəbəsi Dini İcması”nın qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şikayəti əsasında məhkəmə tərəfindən ləğv olunub.
    10.01.13 Məqaləni oxumaq
     
    Barak Obama İlham Əliyevə təşəkkür edib
    ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Barak Obama prezident seçilməsi münasibətilə onu təbrik edən Azərbaycan dövlət başçısına təşəkkür edib. “Göndərdiyiniz xoş təbrik məktubunuza görə Sizə minnətdarlığımı bildirirəm. Növbəti dörd il ərzində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin davam etdirilməsini və daha da möhkəmləndirilməsini arzulayıram. Əminəm ki, birgə səylərimiz nəticəsində dünyanın bir çox yerində üzləşdiyimiz çağırışların öhdəsindən uğurla gələcəyik. Bir daha xoş sözlərinizə görə təşəkkür edirəm”, - deyə Obamanın məktubunda bildirilir.
    10.01.13 Məqaləni oxumaq
     
    Səhifələr : #  13 14 15 16 17 18 19 20 21  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30