Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 165 166 167 168 169 170 171 172 173 » #
    J.M.Barruzo: “Avropa İttifaqı Azərbaycanla münasibətlərin dərinləşdirilməsini mühüm vəzifə hesab edir”
    “Azərbaycan və Türkmənistan "Şərq tərəfdaşlığı" və Mərkəzi Asiya strategiyası çərçivəsində Avropa İttifaqı üçün əsas tərəfdaşlardır.” KƏLAMİNFO xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barruzonun Azərbaycana səfəri ərəfəsində qrumun Bakı ofisi açıqlama yayıb.
    12.01.11 Məqaləni oxumaq
     
    Ekspert: “Hicab məsələsi İranın Azərbaycana qarşı təzyiq-təxribat oyununda ən azı üçüncüsüdür”
    “Hicab məsələsi İranın Azərbaycana qarşı təzyiq-təxribat oyununda ən azı üçüncüsüdür, amma sonuncusu deyil”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politolqun fikirincə, İranın prizmasında belə oyunların sonu Azərbaycanda islam inqilabının baş tutması ilə tamamlanmasıdır. “Bunun mənşəyini, iştirakçılarını, arqumental bazasını və perspektivlərini araşdırdıqda qəribə nüanslar ortaya çıxır. Məsələn, hicab məsələsində mənbə kimi götürülən Azərbaycan rəsmilərinin dinə qarşı kompromis münasibəti, azan verilməsinə və “Fatimeyi-Zəhra” məscidinin tikintisi ilə bağlı Azərbaycan hökumətinin verdiyi qərardan geri çəkilməsi İran kimi mahir oyunçunun diqqətindən yayına bilməzdi. Bu getdikcə İranın iştahını artırır”,-deyə M.Əhmədoğlu vurğulayıb. Onun fikirincə, Azərbaycanda olan dini tolerantlıq bu kimi qüvvələr üçün geniş şərait yaradır.
    11.01.11 Məqaləni oxumaq
     
    Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək
    Yanvarın 13-də Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqat Proqramı Mərkəzinin elmi araşdırmalar üzrə direktoru Svante Kornelin müəllifi olduğu “Azərbaycan müstəqillikdən sonra” kitabı ətrafında fikir mübadiləsi aparılacaq. Bundan əlavə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri ilə bağlı məsələlər müzakirə olunacaq. Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr da tədbirdə iştirak edəcək.
    11.01.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Küveyt diplomatlar üçün viza rejiminin sadələşdirilməsinə dair saziş imzalayıblar
    Azərbaycan və Küveyt iqtisadi və mədəni əməkdaşlıq sahəsində, eləcə də diplomatlar üçün viza rejiminin sadələşdirilməsinə dair saziş imzalayıblar. KƏLAMİNFO Küveytin KUNA agentliyinə istinadən xəbər verir ki, sazişi Küveytin xarici işlər naziri Məhəmməd Sabah əs-Salam əs-Sabah və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.
    11.01.11 Məqaləni oxumaq
     
    Hacı Allahşükür Paşazadənin hicabla bağlı moizə edəcəyinə dair yayılan məlumatlar həqiqətə uyğun deyil
    Bəzi KİV-lərdə yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Azərbaycanda orta ümumtəhsil məktəblərində yaranan hicab probleminin müsbət həll edilməsi üçün moizə edəcəyinə dair məlumatlar yayılıb. Məsələ ilə bağlı QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova KƏLAMİNFO-ya bildirib ki, yayılan məlumatların heç bir əsası yoxdur. “Belə bir məlumat olsaydı, ilk öncə biz bilərdik. O, zaman biz daha düzgün və şəffaf şəkildə KİV nümayəndələrini məlumatlandırardıq”,-deyə R.Dadaşova söyləyib.
    11.01.11 Məqaləni oxumaq
     
    “Türkiyədəki ermənipərəstlərin fikirlərinə görə, Ankara Bakını sındıra bilmədi”
    “Son bir-neçə ayda Türkiyənin Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyi sırf azərbaycanpərəst olmaqla getdikcə daha da sərtləşir”. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloqun fikrincə, İstanbulda İƏT-in tədbiri zamanı DQ məsələsi danışıqlarda əsas müzakirə mövzusu olması buna bariz misaldır. “Azərbaycan prezidenti ilə bağlı qapılar arxasında keçirilən bu görüşlərə münasibət bildirərkən prezident Abdullah Gül DQ məsələsi ilə bağlı “açdığımız və açmadığımız məsələlər var” dedi. A.Gülün fikrincə, Azərbaycan və Türkiyə arasında tam qarşılıqlı etimad var. Məhz bu ərəfədə Azərbaycanla Türkiyə arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqavilənin mətni açıqlandı və ratifikasiya olundu. Eləcə də bu iki dövlət arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında birgə bəyannamə də ratifikasiya edildi.
    11.01.11 Məqaləni oxumaq
     
    Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramı açıqlanıb
    Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramı açıqlanıb. KƏLAMİNFO Avropa Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, J.M.Barrozo Azərbaycana Türkmənistandan gələcək. O, yanvarın 13-də Türkmənistana səfərini başa vurduqdan sonra Bakıya gələcək. Yanvarın 14-də J.M.Barrozonun prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü keçiriləcək. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Səfər zamanı Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlıq, o cümlədən “Cənub dəhlizi” və “Nabucco” layihələri müzakirə olunacaq. Avropa Komissiyası prezidentini səfərdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger müşayiət edəcək.
    08.01.11 Məqaləni oxumaq
     
    C.Nuriyev: “Müsavatdakı istefalar yeni Demokratik Müsavat Partiyasının yaradılmasına hesablanıb”
    “Son iki ayda Müsavat Partiyasının rəhbərliyində baş verən ciddi istefalar həmin partiyanın liderinin yerində olmaması ilə bağlıdır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib. Politoloq təəssüflə qeyd edib ki, bu hal bizim müxalifətdə ənənəyə çevrilib. “Yəni, müxalifətdə artıq belə bir ənənə formalaşıb ki, hansısa seçkidə üzləşdikləri uğursuzluğdan sonra onun daxilində mütləq ciddi istefalar baş verir. Bu hal praktikada dəfələrlə olub. Məsələn, 2005-ci il seçkilərindən sonra AXCP-də də belə parçalanma getdi. Bu həmin partiyanın əsaslarının və prinsiplərinin yalnış olmasından irəli gəlir”,-deyə ekspert vurğulayıb.
    07.01.11 Məqaləni oxumaq
     
    İ.Panarin: “Rusiya bu il Bakı və İrəvan arasında çox fəal olacaq”
    “Şüphəsiz ki, 2012-ci ildə prezident seçkilərinin keçiriləcəyi Rusiya Bakı və İrəvan arasında ən fəal danışıqlar aparan rolunda mövqeyini möhkəmləndirmək üçün bütün imkanlara malikdir”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı siyasi ekspert İqor Panarin bildirib. Onun sözlərinə görə, Rusiyada seçkiqabağı vəziyyət Minsk Qrupunun həmsədri olan digər iki ölkədə olan vəziyyətdən köklü şəkildə fərqlənir. “Keçmiş Sovet İttifaqı ölkələrinin işində iştirak çox güman ki, Kremlin imici üçün xeyirlidir. Prezident Dmitri Medvedevin göstərdiyi “üstün maraqlar zonası” Rusiya sakinlərinin düşüncəsində yad ölkələr deyil, köməyin göstərilməsinin lazım olduğu yaxın qonşulardır”,-deyə ekspert vurğulayıb. İ.Panarin bu deyilənləri nəzərə alaraq, 2011-ci ildə Dağlıq Qarabağ ətrafında sülh prosesi üzrə təşəbbüslərin əksəriyyətinin məhz Rusiyaya məxsus olacağını iddia edib.
    07.01.11 Məqaləni oxumaq
     
    Qabil Hüseynli: “Müsavatdan istefam şəxsi deyil, siyasi xarakter daşıyır”
    “Müsavat Partiyasından istefa verməyim şəxsi deyil, siyasi xarakter daşıyır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində partiyanın sabiq sədr müavini, politoloq Qabil Hüseynli bildirib. O, istefanın səbəbləri üzərində çox dayanmaq istəmədiyini bildirib. “Bundan sonra mənimlə bir yerdə istefa verən partiyanın divan üzvü Adil Qeybulla ilə birlikdə “Müsavat irsi və müasirlik” adlı yeni maarifləndirici qurum təsis etmək qərarına gəlmişik. Hazırda fəaliyyətimizi bu istiqamətdə qurmağı planlaşdırırıq”,-deyə Q.Hüseynli vurğulayıb.
    06.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 165 166 167 168 169 170 171 172 173 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30