Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 162 163 164 165 166 167 168 169 170 » #
    Elmar Məmmədyarov Avstriyanın Sənaye İttifaqının prezidenti Fayt Zorgeri qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Sənaye İttifaqının prezidenti Fayt Zorgeri qəbul edib. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Azərbaycanda olduğundan məmnunluq duyduğunu qeyd edən qonaq onu qəbul etdiyi üçün nazir E. Məmmədyarova dərin təşəkkürünü bildirib.
    28.01.11 Məqaləni oxumaq
     
    AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti yenidən bərpa edilib
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Bürosunun bü gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi üzrə müzakirələr aparılıb.
    KƏLAMİNFO xəbər verir ki, müzakirələrin sonunda Büro Alt Komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar verib. İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xukla i Kosta yekdilliklə (Ermənistan istisna olmaqla) Komitənin yeni sədri seçilib.
    28.01.11 Məqaləni oxumaq
     
    ATƏT-in fəaliyyətdə olan sədri Bakıya martın 14-də gələcək
    Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis bu il martın 14-də Azərbaycana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, bu, Litvanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri kimi regiona ilk səfəri olacaq. Səfər ərəfəsində rəsmi Bakı ilə həm ATƏT çərçivəsində, həm də ikitərəfli formatda əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir. Danışıqlarda əsas diqqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi, münaqişənin həllində Litvanın ATƏT-in sədri kimi səylərinə yönəldiləcək.
    28.01.11 Məqaləni oxumaq
     
    2030-cu ildə dünya müsəlmanlarının sayı 2.2 mlrd. olacağı gözlənilir
    2030-cu ildə dünyadakı müsəlmaların nüfuzu son 20 ildə 35% artacağı gözlənilir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2010-cu ildə Türkiyədə müsəlmanları sayı 74 mln. 660 min nəfər olub, 2020-ci il üçün isə bu rəqəmin 82 mln. 715 min olacağı bildirilir. Keçən il ən çox müsəlmana sahib ölkə kimi liderliyi İndoneziya, ikinci yeri Pakistan, üçüncü yeri isə Hindistan tutur. Türkiyə bu sırada 8-cidir. Dünyada keçən ilin hesablamalarına görə, 1.6 mlrd. müsəlman yaşayır. 2030-cu ildə isə bu rəqəmin 2.2 mlrd-a qədər artacağı qeyd olunur. Avropada hazırda 44 mln. 138 min müsəlman yaşayır. Bu rəqəm 2030-cu ildə 58 mln. 209 minə qədər artacaq.ABŞ-da isə müsəlmanların nüfuzu 2.5 qat artacaq. Ötən il ABŞ-da 5 mln. 265 min müsəlman yaşayırdısa, 2030-cu ildə bu say 10 mln. 927 minə qədər artacağı proqnozlaşdırılır.
    28.01.11 Məqaləni oxumaq
     
    Müdafiə sənayesi naziri Y.Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada rəsmi səfərdə olub
    Müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Sənayesi Nazirliyindən veriblər. Səfər çərçivəsində nazir Y.Camalov Çexiyanın müdafiə naziri Aleksandr Vondra, sənaye və ticarət nazirinin müavini Milan Hovorka, xarici işlər nazirinin müavini Tomaş Dub və bu ölkənin hərbi sənaye kompleksinə daxil olan şirkət və müəssisələrin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanla Cexiya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadilələri aparılıb və bu sahədə ümumi razılıq əldə olunub. Nümayəndə heyəti Cexiyanın hərbi sənaye kompleksinə daxil olan şirkət və müəssisələrlə yaxından tanış olublar.
    27.01.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə Rusiya prezidenti Dmitri Medvedevə başsağlığı verib
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva şəhərinin “Domodedova” beynəlxalq hava limanında baş vermiş və çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktı ilə bağlı Rusiya rrezidenti Dmitri Medvedevə başsağlığı verib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, A.Paşazadə həmçinin RF-nin Baş naziri Vladimir Putinə və Moskva və bütün Rusiya Patriarxı Kirill həzrətlərinə başsağlığı məkubları ünvanlayıb.
    27.01.11 Məqaləni oxumaq
     
    Strasburqda Azərbaycanın Avropa Şurasında üzvlüyünün 10 illiyinə həsr olunan tədbir keçirilib
    Strasburqun mərkəzi Konservatoriyasının konsert zalında Azərbaycanın Avropa Şurasında üzvlüyünün 10 illiyinə həsr olunmuş konsert təşkil olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
    26.01.11 Məqaləni oxumaq
     
    Xarici İşlər Nazirliyi xəbərdarlıq edir
    Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Tunisdə baş verən son hadisələrlə bağlı xəbərdarlıq edir. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, yanvar ayının ortalarından başlayaraq Tunisdə hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar başlayıb.
    26.01.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov : “Dinin siyasiləşdirilməsi, siyasət alət edilməsi yolverilməzdir”
    “Əgər baş örtüyü ilə bağlı aksiyaların təşkilində bu və ya digər formada xaricdən gələn miqrantların iştirak etməsi ilə bağlı faktlar mövcuddursa, müvafiq orqanlar tərəfindən araşdırmalar aparılacaq və lazımi tədbirlər görüləcək”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Onun sözlərinə əsasən, ölkədə dini siyasiləşdirərək, çaxnaşmaların yaradılmasına heç vaxt imkan verilməyəcək: “Dinin siyasiləşdirilməsi, siyasət aləti edilməsi yolverilməzdir. O, daim uca tutulmalıdır.
    26.01.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir”
    Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. H.Orucov bildirib ki, dövlət vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. “Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir. Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır. Azərbaycanda dövlət-din münasibətləri möhkəm qanunçuluq bazası üzərində qurulub. Qeyd etməliyəm ki, dövlətimizin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu nəinki Azərbaycan cəmiyyətində, həmçinin ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırıcılar, dövlət rəsmiləri, politoloqlar, qafqazşünaslar tərəfindən də rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır”,-deyə H.Orucov vurğulayıb.
    26.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 162 163 164 165 166 167 168 169 170 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30