Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 161 162 163 164 165 166 167 168 169 » #
    Siyasi ekspert: “Avropa Birliyi “dondurulmuş münaqişələr”in həllində öz prinsiplərinə uyğun hərəkət edir”
    Avropa Birliyi “sözükeçən” ölkələrin daxil olduğu bir qurumdur. Təhlükəsizlik Şurasının iki daimi üzvü varsa, bu da Avropa Birliyinə daxil olan ölkələrdir. Təbiidir ki, Təhlükəsizlik Şurasında qəbul edilən qərarlarda, işğalçı ölkələrə təzyiq mexanizminin həyata keçirilməsində, “dondurulmuş münaqişələr”in həllində məhz Avropa Birliyinin rolu böyükdür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Elçin Mirzəbəyli bildirib. Politoloqun fikrincə, Avropa Birliyi təsiredici imkanlara malikdir. Bu imkanlara təkcə siyasi deyil, həm də iqtisadi mexanizmlər daxildir. Siyasi ekspert bildirib ki, təsir gücü baxımından Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin həllində böyük rol oynamağa qadirdir, ancaq imkanlarından istifadə etmir.
    01.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Radikal müxalifət İranın Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı konkret mövqe ortaya qoymalıdır”
    “Azərbaycanda radikal müxalifət mövqeyində olan partiyalar İranın Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı mövqelərini aydın şəkildə ortaya qoymalıdırlar”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib. Onun sözlərinə görə, həmin partiyalardan bəzilərinin İranın “Səhər” televiziya kanalında Azərbaycan əleyhinə edilən təbliğata bənzər mövqedən çıxış etmələri istənilən halda ölkəmiz üçün zərərlidir. “Düşərgəsindən asılı olmayaraq hər bir partiya ilk növbədə ölkəsinin mövqeyinə xidmət etməlidir. Hesab edirəm ki, Azərbaycanda bəzi müxalifət partiyaları bu məsələdə konkret mövqe göstərməlidirlər”,-deyə millət vəkili vurğulayıb. Qeyd edək ki, ötən həftə İranın “Səhər-2” televiziyası Azərbaycan əleyhinə silsilə verilişlər yayımlayıb.
    01.02.11 Məqaləni oxumaq
     
    A.Quliyev: "Milli Məclis İranın iki üzlü siyasətinə qarşı qəti münasibət bildirməlidir"
    "Son günlər İran-Ermənistan arasında Azərbaycanın milli maraqlarını təhdid edəcək dərəcədə olan Saziş imzalanıb". KƏLAMİNFO xəbər verir ki, bunu millət vəkili Azay Quliyev Milli Məclisin bü gün keçirilən iclasında bildirib. O, qeyd edib ki, Saziş imzalanan zaman İranın neft naziri Məsud Mirkazimi böyük fəxrlə elan edib ki, artıq bu Sazişlə Ermənistanın enerji problemi həll olunub. "Bu Sazişlə Təbrizdən Ermənistana xüsusi neft kəməri istifadəyə verildi. Nəzərə alsaq ki, Təbriz Azərbaycanın yaralı yeridir. "Mən hesab edirəm ki, parlamentdə bununla bağlı qərar qəbul olunmalıdır. Mən bir deputat olaraq İranın iki üzlü siyasətinə etirazımı bildirirəm. Hesab edirəm ki, həmin siyasətin nəticəsidir ki, Ermənistan enerji təchizatını balanslaşdıraraq Dağlıq Qarabağın işğalını davam etdirir və Ermənistan prezidenti Serj Sarkisyan KİV-də sərt bəyanatlarla çıxış edir. Düşünürəm ki, Milli Məclis İranın bu iki üzlü siyasətinə qarşı qəti münasibət bildirməlidir",-deyə A.Quliyev vurğulayıb.
    01.02.11 Məqaləni oxumaq
     
    Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin həllinə kömək edə bilər
    Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin həllinə kömək edə bilər. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə İsveçin Avropa işləri üzrə komitəsinin sədri Karl Hamilton çıxış edib. Onun sözlərinə görə, Avropa Birliyi Cənubi Qafqazda münaqişələri həll edə bilər. “Hesab edirəm ki, Avropa Birliyi regional münaqişələrin həllində böyük rol oynaya bilir. Bu, həm də Avropa ölkələrinin xarici siyasət maraqlarındandır. Məncə bu maraq konfliktlərə diqqət ayırmaq üçün yaxşı vasitə ola bilər”,-deyə diplomat vurğulayıb. O həmçinin bildirib ki, bu məsələdə yalnız Avropa Birliyinə arxalanmaq da olmaz: “Avropa Birliyi yalnız siyasətinə uyğun olaraq "Şərq Tərəfdaşlığı" çərçivəsində dondurulmuş münaqişələrin həllində iştirak edir”.
    01.02.11 Məqaləni oxumaq
     
    Sabah Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfər edəcək
    Sabah Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki günlük rəsmi səfər proqramı ilə Qırğızıstana yola düşəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.T.Ərdoğan Qırğızıstanda yeni hökumətin formalaşmasından sonra bu ölkəyə ilk yüksək səviyyəli rəsmi səfər həyata keçirəcək.
    01.02.11 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamenti vətandaşlarına Azərbaycanda “terror” olması barədə xəbərdalıq edib
    ABŞ Dövlət Departamenti vətəndaşlarına Azərbaycanda terrorla bağlı xəbardarlıq edib. KƏLAMİNFO xəbər verir ki, “The Washington Post”un yaydığı məlumata görə, “Xəzər dənizində neftlə zəngin olan keçmiş Sovet Respublikası Azərbaycan”da ABŞ vətəndaşlarına qarşı terror təhdidləri mövcuddur.
    01.02.11 Məqaləni oxumaq
     
    MTN ABŞ Dövlət Departamentinin Azərbaycanda terror təhlükəsi ilə bağlı yaydığı məlumata münasibət bildirib
    Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev ABŞ Dövlət Departamentinin Azərbaycanda terror təhlükəsi ehtimalı ilə bağlı yaydığı məlumata münasibət bildirib. A.Babayev KƏLAMİNFO-ya açıqlamasında qeyd edib ki, Azərbaycanın milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. “Bu proses ölkəmizin aidiyyəti orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat şəraitinə nəzarət olunur”,-deyə A.Babayev məsələyə münasibət bildirib. Qeyd edək ki, ABŞ Dövlət Departamenti vətəndaşlarına Azərbaycanda terrorla bağlı xəbardarlıq edib. “The Washington Post” qəzeti yayıb ki, Xəzər dənizində neftlə zəngin olan keçmiş Sovet Respublikası Azərbaycanda ABŞ vətəndaşlarına qarşı terror təhdidləri mövcuddur. Məhz bu “terrordan” narahatlıq keçirən ABŞ öz vətandaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, Azərbaycanda Amerika maraqlarına qarşı potensial hücumlar ola bilər.
    31.01.11 Məqaləni oxumaq
     
    General Karlos Branko: “Azərbaycanın NATO ilə əlaqələri yüksək şəkildə inkişaf edir”
    “Azərbaycan və NATO əlaqələri yüksələn xətlə inkişaf edir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində NATO-nun Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəhbəri general-mayor Karlos Branko bildirib. Onun sözlərinə görə, Azərbaycan həmçinin bir sıra digər birgə layihələrdə, o cümlədən hərbçilər üçün keçirilən treninqlərdə və müdafiə sahəsinə dair islahatlarla bağlı layihələrdə fəal iştirak edir. “Cari ilin fevral ayında da treniqlərin keçirləcək. Bu layihələr gələcəkdə də davam etdiriləcək. Artıq NATO-nun yeni strateji konsepsiyası çərçivəsində əməkdaşlığımızı daha da genişləndirmək və dərinləşdirmək üçün yeni imkanlar yaranıb”,-deyə general vurğulayıb.
    31.01.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Son 15 il ərzində Azərbaycana 95 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırılıb”
    Son 15 il ərzində Azərbaycana 95 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırılıb. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə nahar mərasimində çıxış edərkən bildirib.
    29.01.11 Məqaləni oxumaq
     
    Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi təsdiqlənmək üçün yenidən Senata göndərilib
    Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi təsdiqlənmək üçün yenidən Senata göndərilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
    ABŞ Konstitusiyasına görə, prezidentin müxtəlif postlara irəli sürdüyü namizədlər Senat tərəfindən təsdiq olunmalıdır. Lakin Konqres sessiyalararası fasilədə tətildə olarkən prezident təkbaşına kadr təyinatları həyata keçirə bilər.
    29.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 161 162 163 164 165 166 167 168 169 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30