Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 160 161 162 163 164 165 166 167 168 » #
    Sevinc Fətəliyeva: “AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti sülh prosesinə dəstək verəcək”
    “Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün göstərilən bütün təşəbbüsləri dəyərləndirir. Bu mənada Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ üzrə Alt Komitə öz fəaliyyəti ilə münaqişənin həllinə dəstək verə bilər”. KƏLAMİNFO xəbər verir ki, ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, Ermənistan tərəfinin ciddi-cəhdlə bu qurumun bərpasına qarşı çıxması başadüşülən deyil. Onun sözlərinə görə, əgər ermənilər problemin sülh yolu ilə həllini istəyirsə, onda Alt Komitənin işində iştirak etməlidirlər.
    04.02.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “İran Azərbaycana qarşı Livanda yürütdüyü siyasəti təkrarlamağa çalışır”
    Bu gün Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ayın yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, hesabatda M.Əhmədoğlu diqqəti ilk növbədə İranın son zamanlar regionda yeritdiyi siyasətə yönəldib. Politoloqun fikrincə, İran Azərbaycana qarşı Livanda yürütdüyü siyasəti təkrarlamağa çalışır. “Tehran Livanı son illər iranlaşdırmağa cəhd edir. Orada İranın bu siyasətinə ən yaxın dəstək verən Livan erməniləridir. Məhz bunun qarşılığında İran Ermənistanının enerji ilə təchizatını genişləndirir.
    04.02.11 Məqaləni oxumaq
     
    Yunanıstan XİN-nin müavini Heydər Əliyev Fondunda olub
    Bakıda keçirilən Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclasının iştirakçıları bu gün Heydər Əliyev Fondunu ziyarət ediblər. Fonddan KƏLAMİNFO-ya verilən məlumata görə, qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilib. Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.
    03.02.11 Məqaləni oxumaq
     
    Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli mənim üçün prioritet məsələ olacaq”
    Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli səfir kimi mənim üçün prioritet məsələ olacaq. AZADINFORM xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza ABŞ-Azərbaycan Ticarət Palatasının onun şərəfinə verdiyi ziyafətdə bildirib. O, səfir olduğu müddətdə ABŞ-Azərbaycan arasında münasibətlərin genişləndirilməsini daim diqqətdə saxlayacağını deyib. Səfir qeyd edib ki, səlahiyyətlərinə başlamaq üçün bu həftə Bakıya yola düşəcək ABŞ-Azərbaycan Ticarət Palatasının yaydığı məlumata görə, tədbirdə Palatanın əməkdaşları, səfir M.Brayza və onun ailə üzvləri, həmçinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin əməkdaşları iştirak ediblər.
    03.02.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Münhen Təhlükəsizlik konfransında iştirak edəcək
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 4-6-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov məlumat verib. Qeyd edək ki, 47-ci Münhen konfransının gündəliyinə maliyyə böhranı, nüvə silahının yayılmaması, silahsızlaşdırma və s. kimi aktual məsələlər daxil edilib. Münhen konfransında 350-yə yaxın qonağın iştirak edəcəyi gözlənilir. Münhen konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin "müdafiə nazirlikləri nümayəndələrinin iclası" kimi qoyulub.
    03.02.11 Məqaləni oxumaq
     
    Musa Qasımlı: “Ərəb ölkələrində baş verən inqilabların Azərbaycanda təkrarlanması sıfırdan da aşağıdır”
    “Misir və Tunisdəki hadisələr ilə Azərbaycan arasında müqayisə aparmaq istəyənlər əvvəlcə Tunisin və Misirin ictimai-siyasi vəziyyətinə, quruluşuna və idarəçiliyinə diqqət yetirməlidirlər”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib. Onun sözlərinə görə, bu ölkələr ilə Azərbaycan arasında vəziyyət tamamilə fərqlidir və oxşarlıq axtarmaq belə yersizdir. “Azərbaycanda hər hansı təlatümə zəmin belə yoxdur”,-deyə M.Qasımlı vurğulayıb. Ekspert qeyd edib ki, sosial-iqtisadi problemlər neçə on illərdir ki, Tunis və Misiri məngənədə boğurdu, orada hakimiyyət neçə illərdir islahatları sanki unutmuşdu. Ona görə də bu ölkələrdə baş verən inqilablar da başa düşüləndir.
    02.02.11 Məqaləni oxumaq
     
    AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ali Məhkəmədə olublar
    Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ali Məhkəmədən veriblər.
    02.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “DQMK işini TQDK kimi tənzimləsə daha yaxşı olar”
    “Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) irəli gedərək dövlət qulluğuna qəbul imtahanlarını daha da şəffaf keçirməlidir”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Elmira Axundova bildirib. Onun sözlərinə görə, qəbul zamanı xüsusilə müsahibə mərhələlərinə diqqət yetirilməlidir. “Burada əksər vaxtlar “qohumluq, tanışlıq” prinsipləri özünü göstərir. Ona görə də müsahibə mərhələsində hansısa təhsil məsələləri ilə məşğul olan QHT üzvləri və ya millət vəkilləri müşahidəçi kimi dəvət olunmalıdır”,-deyə E.Axundova vurğulayıb. O, qeyd edib ki, belə imtahanları KİV daha geniş işıqlandırmalıdır ki, prosses bütün cəmiyyətin diqqət mərkəzində olsun. “Məsələn, DQMK işini TQDK kimi tənzimləsə daha yaxşı olar. Necə ki, TQDK sədri hər qəbul imtahanından sonra mətbuat konfransı təşkil edir, bunu DQMK sədri də etsə daha münasib olar”,-deyə millət vəkili iradını bildirib.
    02.02.11 Məqaləni oxumaq
     
    Milli Məclisin ötən ilki payız sesiyasında 4 iclas keçirilb, 44 qanun və qərar qəbul edilib
    Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclası giriş sözü ilə açan spiker Oqtay Əsədov cari ilin yaz sesiyasının başlanması münasibətilə parlamentin üzvlərini təbrik edib. O, qeyd edib ki, ötən ilin payız sesiyasında 4 iclas keçirilb və 44 qanun və qərar qəbul edilib. “Milli Məclis öz fəaliyyətində daim prezident İlham Əliyevin siyasətini dəstəkləyib, prezidentin uzaqgörən siyasəti nəticəsində ölkəmiz dinamik ölkəyə çevrilib. Şübhə yoxdur ki, bu sessiyada da Milli Məclis ölkədə aparılan islahatları, qanunvericilik işlərini daha da möhkəmləndirəcək. Bu sessiyada qanun layihələri ilə yanaşı, Nazirlər Kabinetinin heabatını dinlənəcək, büdcəyə dair məsələ gündəliyə çıxarılacaq. Bundan əlavə yaz sessiyasında Bələdiyyələrin fəaliyyəti ilə bağlı, Hesablama Ppalatasının və İnsan hüquqları üzrə Müvəkkilin hesabatları dinləniləcək”,-deyə O.Əsədov vurğulayıb.
    02.02.11 Məqaləni oxumaq
     
    Deputat: "ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin bəyanatları ciddi araşdırılmalıdır"
    "ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin terror təşkilatı ilə bağlı yaydığı bəyanat ciddi araşdırılmalıdır". KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı bildirib. O, qeyd edib ki, adıçəkilən səfirliklər bir neçə gün bundan öncə Azərbaycanda öz ölkələrinin vətəndaşlarına dair terror təhükəsinin olması ilə bağlı bəynat yayıblar.
    02.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 160 161 162 163 164 165 166 167 168 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30