Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 159 160 161 162 163 164 165 166 167 » #
    Ekspert: “M.Brayza Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən işlər görəcək”
    “İstənilən halda Metyu Brayzanın Azərbaycana səfir kimi gəlməsi üstün haldır. Çünki, o, Cənubi Qafqaz regionu, eləcə də Azərbaycanın hökumət və qeyri-hökumət təşkilatları, müxalifəti yaxından tanıyır”. Bunları KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, bir diplomat üçün bu üstünlüklər kifayət qədər vacib haldır. “Ona görə də M.Brayza dərhal işinə başlaya biləcək. M.Brayza hamımıza tanış olan bir şəxsdir. ATƏT-in Minsk Qrupunun həmsədri, Dövlət Departamentinin Cənubi Qafqaz üzrə bölməsində müxtəlif vəzifələrdə çalışıb.
    09.02.11 Məqaləni oxumaq
     
    Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
    Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, iclasda AR Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin müraciətinə baxılaraq onun icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb. Müraciət mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 28-nə təyin edilmiş iclasında baxılacaq.
    09.02.11 Məqaləni oxumaq
     
    ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq başa çatıb
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonu Çəmənli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçiriblər.
    08.02.11 Məqaləni oxumaq
     
    Litva Seyminin sədri xanım İrena Dyaqutenenin Bakıya səfəri başlayıb
    Bu gün Litva Seyminin sədri xanım İrena Dyaqutene Azərbaycana rəsmi səfərə gəlib. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Litva Seyminin sədrini Milli Məclis sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, xanım İrena Dyaqutene rəsmi görüşlərinə bu gün başlayır.
    08.02.11 Məqaləni oxumaq
     
    Politoloq: “Qərbin mövqelərinin Qafqazda zəifləməsi İranın bu regionda olan marağının artmasına rəvac verdi”
    “Son bir ildə ABŞ-ın, eləcə də Qərbin mövqelərinin Qafqazda zəifləməsi İranın bu regionda olan marağının artmasına rəvac verdi”. Bunları KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloqun fikirincə, eyni paraleldə Türkiyənin də Qafqaza marağı qətiyyən azalmayıb. “Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə olarkən həmkarı Əhməd Davudoğlu digər məsələlərdən daha çox Qafqazda olan problemləri müzakirə etdi. Belə bir tendensiya Rusiya- Türkiyə arasında son zamanlar daha tez-tez cərəyan etməkdədir. Bu da Ankaranın Qafqazla daha çox maraqlanmasından xəbər verir”,-deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, eyni həmlə ilə İran da regionda olan iri maraqlarını gizlətmir. “Türkiyədən fərqli olaraq Tehran daha aqressiv vasitələrə əl atır ki, son vaxtlar İranla bağlı proseslər buna əyani sübutdur”,-deyə o, əlavə edib.
    08.02.11 Məqaləni oxumaq
     
    Deputat: “Avropa təşkilatları Ermənistanın işğalçılıq faktının üstündən sükutla keçir”
    “ATƏT-in faktaraşdırıcı missiyasının əldə etdiyi faktlar yəqin ki, Ermənistanın qanunsuz əməllərini qabarıq şəkildə göstərir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. O, hesab edir ki, bu səbəbdən missiya balanslaşdırıcı məruzə hazırlaya bilmir və indiyə qədər hesabatı təqdim etmir. “Hələ 2005-ci ildə faktaraşdırıcı missiya öz hesabatında məsələni nə qədər yumşaltmağa çalışsa da, Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur olub.
    08.02.11 Məqaləni oxumaq
     
    AMEA-nın Milli Məclisə göndərdiyi soyadlarla bağlı qanun layihəsində dəyişikliklər olacaq
    AMEA-nın təsdiq edib Milli Məclisə göndərdiyi soyadlarla bağlı qanun layihəsində dəyişikliklər olacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. Onun sözlərinə görə, soyadlarla bağlı təsdiqlənən yeni seçim sistemi millilik baxımından çox əhəmiyyətli və təqdiredici olsa da, bunlardan birinin tətbiqi mürəkkəb məqamlar yaradacaq. “Bu da vətəndaşın soyad sonluğu kimi “-oğlu” və ya “-qızı” sonluğunu seçməsindən gedir. Burada göstərilir ki, valideynin mövcud soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı hissəsinə “-oğlu” və ya “-qızı” sonluğu artırıla bilər.
    08.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Şəxsiyyət vəsiqələrində müəyyən anlaşılmazlıqlar var”
    “Bu gün Azərbaycanda tətbiq edilən şəxsiyyət vəsiqələrində vətəndaşın soyad və adı, atasının adı qrafasında müəyyən anlaşılmazlıqlar var”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Jalə Əliyeva bildirib. O, qeyd edib ki, nədənsə indiyədək bu istisna hal kimi nəzərdən qaçıb. “Məsələn, soyad Məmmədova, adı Lalə, atasının adı qrafasında isə Həsən qızı yazılır. Burada söhbət şəxsin cinsindən gedirsə, həmin şəxsiyyət vəsiqəsinin arxa hissəsində cinsiyyətlə bağlı qrafa var və orada şəxsin qadın və ya kişi olduğu göstərilir. O halda mənə elə gəlir ki, atanın adı qrafasında “qızı” və ya “oğlu” sözü yazılmasının heç bir mənası yoxdur”,-deyə millət vəkili vurğulayıb.
    08.02.11 Məqaləni oxumaq
     
    AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Baş prokurorla görüşüblər
    Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntu de Moron Baş prokuror Zakir Qaralovla görüşüblər. Baş Prokurorluqdan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə Azərbaycanın bu təşkilatla faydalı əməkdaşlığının əhəmiyyətini vurğulayan Z.Qaralov son illərdə ölkəmizin həyatında baş verən mütərəqqi dəyişikliklər və prokurorluq orqanlarında həyata keçirilən islahatlar barədə məlumat verib.
    05.02.11 Məqaləni oxumaq
     
    Bu gün Münhen təhlükəsizlik konfransı işinə başlayır
    Bu gün ənənənəvi Münhen təhlükəsizlik konfransı işinə başlayır. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Konfransın əsas müzakirə mövzuları Avropa təhlükəsizlik strategiyası, Rusiya və NATO arasında qarşılıqlı əməkdaşlıq, Misirdəki daxili siyasi vəziyyət olacaq.
    05.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 159 160 161 162 163 164 165 166 167 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30