Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 158 159 160 161 162 163 164 165 166 » #
    Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
    Bu gün prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
    12.02.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Beynəlxalq təşkilatlardan Dağlıq Qarabağ probleminin həlli üçün iradə tələb edirik”
    Ümid edirik ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı konkret təkliflər səslənəcək. Bu barədə açıqlamanı KƏLAMİNFO-ya müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.
    12.02.11 Məqaləni oxumaq
     
    M. Zülfüqarlı: “Minsk qrupu deyir tarixi unut, reallıqla hesablaşâ€ť
    Dünya ictimaiyəti Qarabağ probleminə biganədir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Qarabağdakı faciələrlə bağlı 4-5 kitab nəşr edərək beynəlxalq qurumlara göndərib. Lakin dünya informasiya arenasında, bu münaqişənin həllinə çalışan dövlətlərin səylərində də heç bir müsbət dəyişiklik, irəliləyiş olmadı. Səbəb isə bu problemin o dövlətlərin maraqlarında olmamasıdır.
    11.02.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Mən öz işimdə Azərbaycan xalqına arxalanıram”
    “Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir” KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Qazaxda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.
    11.02.11 Məqaləni oxumaq
     
    Politoloq: “Azərbaycan- Rusiya münasibətlərində dinamizm açıq- aydın müşahidə olunur”
    Son iki ildə Azərbaycan- Rusiya münasibətlərində dinamizm açıq-aydın müşahidə olunur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, bunun göstəricisi olaraq artıq hər ilin əvvəli Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narişkinin Azərbaycana səfəri ənənə halını alıb. “Bu il Azərbaycanda Rusiyanın İnformasiya Mədəniyyət Mərkəzinin açılması və yaxın günlərdə növbəti forumun keçirilməsi iki ölkə arasında münasibətlərin müsbət perspektivlərindən xəbər verir”,-deyə ekspert vurğulayıb. M.Əhəmədoğlu qeyd edib ki, ötən il Rusiyadakı azərbaycanlıların öz ölkələrinə 676 mln. dollar vəsait göndərməsi və Rusiyanın “Qazprom” şirkətinin Azərbaycandan aldığı qazın miqdarını 2,5 dəfə artırması da iqtisadi bağlılığın artmasından xəbər verir.
    11.02.11 Məqaləni oxumaq
     
    Prezident: “Mən çox şadam ki, 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilib, həm də bu yolda çox böyük uğurlara nail olub”
    “Biz bu il müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcəyik. Bu, böyük tarixdir və böyük mərhələnin başa çatması deməkdir. Mən çox şadam ki, bu 20 il ərzində Azərbaycan nəinki öz müstəqilliyini qoruya bilib, həm də bu yolda çox böyük uğurlara nail olub.” KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Tovuzda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib. “Müstəqilliyimiz möhkəmlənir, dövlətçiliyimiz möhkəmlənir. Bizim siyasi addımlarımız, həm ölkə daxilindəki, həm beynəlxalq müstəvidəki addımlarımız Azərbaycan xalqının maraqlarına xidmət edir.
    10.02.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”
    “Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. "Münaqişənin mövcud olduğu dövrdə beynəlxalq təşkilatların yürütdüyü siyasət, reallaşdırdığı tədbirlər Azərbaycanı tam qane etmir. Ona görə ki, beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur",-deyə Ə. Həsənov vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar sadəcə fiksiya edirlər ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, Ermənistan qoşunları Azərbaycan ərazisini işğal edib və bu işə son qoyulmalıdır.
    10.02.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayır
    ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa, İqor Popov (Rusiya) və Robert Bradtkenin (ABŞ) bu gün regiona səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, səfərin ilk günündə həmsədrlər İrəvanda olacaqlar. Vasitəçilərin Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü planlaşdırılıb. İrəvandakı danışıqlardan sornra onlar sabah Azərbaycana səfər edəcək. Bakıda həmsədrlər xarici işlər naziri Elmar Məmmədyarovla və ölkə başçısı İlham Əliyevlə görüşəcəklər.
    10.02.11 Məqaləni oxumaq
     
    Bakıda Litva ilə Azərbaycan arasında iki anlaşma Memorandumu imzalanıb
    Bu gün Bakı Biznes Mərkəzində Litva ilə Azərbaycan arasında iki anlaşma Memorandumu imzalanıb. KƏLAMİNFO xəbər verir ki, ilk sənəd imzalanması Litva Sahibkarlar Konfederasiyasının Baş Direktoru Alqimantas Akstinas və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezideti Məmməd Musayev arasında keçirilib. İkinci sənəd Vilnüs Universitetinin vitse-rektoru Yuris Banis və Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Kibernetika İnstitunun direktoru Telman Əliyev tərəfindən imzalanıb. Hər iki tərəfin nümayəndələri imzalanma zamanı Litva-Azərbaycan arasında bütün sahələrdə olduğu kimi ticarət-iqtisadi əlaqələrin də inkişaf etdiriləcəyini bildiriblər.
    09.02.11 Məqaləni oxumaq
     
    Politoloq: “İranda artıq anlayırlar ki, Azərbaycana qarşı Ermənistan alət kimi zəifləyib”
    “İran Azərbaycanın inkişafının qarşısını almaq üçün Ermənistandan alət kimi istifadə edir”. Bunu KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. O, qeyd edib ki, bu, neçə illərdir İran regionda apardığı siyasətin episentri idi. “Lakin, indi Tehranda anlayırlar ki, Ermənistan alət olaraq özünü doğrultmur, əlavə alətə zərurət yaranır. Bunun üçün də Tehran artıq dini faktorları ön plana çəkir”,-deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, bundan sonra Azərbaycana qarşı İranın əlində iki alət olacaq; biri tədricən zəifləyən Ermənistan, ikincisi də tədricən aktivləşən dini- ayinlərdən istifadə etmək. “İran bununla Azərbaycanı yumşaq yerindən vuracağını düşünür. Lakin, Tehran nəzərə almır ki, İrandan fərqli olaraq Azərbaycan tolerant ölkədir”,-deyə o, əlavə edib.
    09.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 158 159 160 161 162 163 164 165 166 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30