Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 157 158 159 160 161 162 163 164 165 » #
    M.Əhmədoğlu: “Azərbacan ATƏT-in Minsk qrupunun fəaliyyətindən əziyyət çəkir”
    Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün elə bir iş qalmayıb, sadəcə münaqişənin tam aradan qaldırılması istiqamətində göstərilən səylər birləşdirilməlidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu keçirdiyi ənənəvi mətbuat konfransında söyləyib. ATƏT-in Minsk qrupunun bu günə qədər qətiyyət göstərmədiyini diqqətə çatdıran M.Əhmədoğlu bu qurumun formalaşmasına dəstək olduğu üçün Azərbaycanın kifayət qədər ciddi cəza aldığını xatırladıb. “Yeddi rayonumuzun işğal edilməsinin əsas səbəblərindən biri, bizim ATƏT-in Minsk qrupunu dəstəkləməyimiz olub.
    17.02.11 Məqaləni oxumaq
     
    ATƏT PA-nın Vyanada keçiriləcək 10-cu qış sessiyasının gündəliyi açıqlanıb
    ATƏT Parlament Assambleyasının fevralın 24-25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək 10-cu qış sessiyasının gündəliyi açıqlanıb. KƏLAMİNFO ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, sessiyasının ilk günü quruma daxil olan siyasi və təhlükəsizlik, iqtisadiyyat və demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrin birgə iclaslarının keçirilməsi nəzərdə tutulub. Əsas müzakirə mövzusu isə Misir və Tunisdə baş verən son hadisələr olacaq. Sessiyanın açılışında ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis və Avstriya parlamentinin spikeri Barbara Prammer çıxış edəcəklər. Sessiyada ATƏT-ə üzv 55 ölkədən 250-dən artıq parlamentar iştirak edəcək. Müzakirələrdən sonra ATƏT PA-nın plenar iclası öz işinə başlayacaq.
    17.02.11 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Həmsədrlərin verdikləri sonuncu bəyanat təəssüf ki, quru informasiyadan başqa bir şey deyil”
    “Həmsədrlərin bölgəyə növbəti səfərlərindən sonra verdikləri bəyanat təəssüf ki, quru informasiyadan başqa bir şey deyil”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, bəyanatda ancaq və ancaq bundan sonra da danışıqların davam etdirilməsi və tərəflərə sülhə getmək məsləhət görülür. Onun sözlərinə görə, belə bəyanatlar cəmiyyətimizi qane etmir. “Çünki Azərbaycan həmsədrlərdən daha obyektiv, fəal olmağı və öz təsir imkanlarından istifadə edib münaqişənin tezliklə həllinə yardımçı olmağını istəyir.”,-deyə A.Mirzəzadə vurğulayıb. Həmsədr dövlətlərin üçünün də Ermənistana müxtəlif yardımlar etdiyini xatırladan A.Mirzəzadə bu sırada maliyyə və hərbi yardımların da üstünlük təşkil etdiyini vurğulayıb.
    16.02.11 Məqaləni oxumaq
     
    Politoloq: “Yaranmış vəziyyət dəyişməsə, müharibə tezliklə qaçılmazdır”
    Beynəlxalq Böhran Qrupunun sürətlənən silahlanma yarışı, qarşılıqlı hədələr və sülh danışıqlarının faktiki olaraq Ermənistan tərəfindən dalana dirənməsi Bakı və İrəvan arasında Dağlıq Qarabağla bağlı müharibənin bərpası riskini artırması kimi bəynatı əsl reallıqdır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Zərdüşt Əlizadə bildirib. O, qeyd edib ki, əgər vəziyyət düzəlməzsə, belə bir müharibənin baş verməsi tezliklə qaçılmaz olacaq. “Beynəlxalq Böhran Qrupunun müvafiq hesabatından da qabaq biz aylarca bəyan edirdik ki, yaranmış vəziyyət dəyişməsə, müharibə tezliklə qaçılmazdır. Buna görə də beynəlxalq təşkilat faktiki reallığı əks etdirən hesabat yayıb. Bunu artıq hamı- ATƏT-in Minsk qrupunun həmsədrləri də, beynəlxalq təşkilatlar da, daxildə olan ekspertlər də başa düşür.
    16.02.11 Məqaləni oxumaq
     
    Bakıda Enerji sahəsində anlaşma Memorandumun icrasına dair görüş keçirilib
    Bu gün Sənaye və Energetika Nazirliyində Avropa İttifaqı ilə Azərbaycan arasında 2006-cı ildə imzalanmış Enerji sahəsində anlaşma Memorandumun icrasına dair görüş keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən sənaye və energetika nazirinin müavini Natiq Abbasov qeyd edib ki, tədbir 2006-ci ildə ölkə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Xose Manuel Barroza tərəfindən imzalanmış Memorandumun hesabat xarakteri daşıyan görüşdür. “Sənəd özündə Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılması, “Cənub dəhlizi”, enerji təhlükəsizliyi, bərpa olunan enerji, enerji effektivliyi və enerji resurslarının qorunması, nativ enerji, təchizat, texniki əməkdaşlıq və təcrübə mübadiləsi kimi məsələləri əhatə edir”,-deyə nazir müavini bildirib.
    15.02.11 Məqaləni oxumaq
     
    Azərbaycan-Ermənistan münasibətləri tarixinə həsr olunmuş daha bir kitab işıq üzü görüb
    Azərbaycan-Ermənistan münasibətləri tarixinə həsr olunmuş daha bir kitab işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, bu təşəbbüslə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi çıxış edib. Kitab Azərbaycan, ingilis və rus dillərində QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə çap olunub. Nəşrdə mart soyqrımı və onun səbəbləri, Güney Azərbaycanda türk-müsəlman əhalisinin soyqrımı, 1918-20-ci illərdə Azərbaycan-Ermənistan münasibətləri, deportasiya illəri, Xocalı soyqrımı geniş və tutarlı faktlarla işıqlandırılıb.
    15.02.11 Məqaləni oxumaq
     
    Bakıda RRB-nin rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası keçiriləcək
    Cari ilin 24-25 may tarixlərində Bakıda Regional Rabitə Birliyinin (RRB) rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası keçiriləcək. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan KƏLAMİNFO-ya verilən məlumata görə, komissiyanın ötən ilki iclası sentyabr ayında Odessada baş tutub. A.S.Popov adına Odessa Milli Rabitə Akademiyasında keçirilən tədbirdə ölkəmizi Azərbaycan Rabitə Administrasiyasının nümayəndələri təmsil ediblər. Bu il də iclasda bir sıra aktual məsələlərə baxılacaq. Müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində təqdim olunan xidmətlərin keyfiyyətinin iqtisadi, həmçinin hüquqi-normativ əsaslarla tənzimlənməsi, rabitə operatorlarının idarə mexanizmində yeniliklərin tətbiqi, birliyə daxil olan ölkələrdə rəqəmsal yayıma keçidlə əlaqədar meydana çıxan yeni iqtisadi aspektlər və digər bu kimi məsələlər müzakirə ediləcək, müvafiq qərarlar qəbul ediləcək.
    15.02.11 Məqaləni oxumaq
     
    Yazılı qanunların dilində dəyişikliklər olacaq
    Qanunvericilik yolu ilə yazılı qanunların dilində dəyişikliklər olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, Azərbaycanda qanunların dilində mürəkkəblik var və istifadəsinə ehtiyac olmayan bir sıra terminlər çıxarıla bilər. “Qanunların adında istifadə olunan “haqqında” termini bu sözlərdən biridir. “Haqqında” əslində rus dilindən gələn məsələdir və ola bilsin rus dili üçün onun istifadəsi vacibdir. Amma, bizim dildə bunsuz da keçinmək olar”,-deyə millət vəkili vurğulayıb.
    15.02.11 Məqaləni oxumaq
     
    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib
    Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib. ETSN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Nazirliyə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Suzanna Jeykob və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisad Komissiyasının Baş Katibinin müavini Jan Kubişin imzası ilə məktub daxil olub. Məktubda qeyd olunur ki, BMT-nin Avropa İqtisad Komissiyasının ekoloji siyasət üzrə komitəsinin 2-5 noyabr 2010-cu il tarixlərində Cenevrə şəhərində keçirilən on yeddinci sessiyasında Azərbaycan, Belarusiya, Rumıniya və Türkiyənin ətraf mühit nazirləri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçiliblər. Eyni zamanda, BMT-nin Avropa İqtisad Komissiyasının Nazirlər Şurasının birinci iclasının 2011-ci ilin aprel ayında keçirilməsinin planlaşdırıldığı bildirilir.
    15.02.11 Məqaləni oxumaq
     
    Şeyx Fransa və Avstriya səfirləri ilə görüş keçirib
    Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri onun öz xahişi ilə qəbul edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Q.Kelleri Şeyxülislam A.Paşazadə ilə Azərbaycan və Fransa arasında mənəvi əlaqələrin mövcud vəziyyəti, prespektivləri ətrafında müzakirə aparıblar.
    14.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 157 158 159 160 161 162 163 164 165 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30