Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 156 157 158 159 160 161 162 163 164 » #
    Bu il MAQATE Azərbaycanda Sterilizasiya qurğusunun inşa edilməsi ilə bağlı tender elan edəcək
    Bu il Beynalxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən Azərbaycanda Sterilizasiya qurğusunun inşa edilməsi ilə bağlı tender elan ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. A.Qəribov qeyd edib ki, gələn il isə Sterilizasiya qurğusu ölkəmizə gətiriləcək. Onun sözlərinə görə, qurğunun işə salınması isə 2013-2014-cü illərdə mümkün olacaq.
    23.02.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarovun Ukrayna və Yunanıstana rəsmi səfərlərinin proqramı açıqlanıb
    Cari ilin 23-25 fevral tarixlərində xarici işlər naziri Elmar Məmmədyarovun Ukrayna və Yunanıstana rəsmi səfərləri nəzərdə tutulub. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, Ukrayna səfəri çərçivəsində E.Məmmədyarovun Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko, Baş Nazir Nikolay Azarov, Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Ukrayna prezidenti Viktor Yanukoviç ilə görüşləri və GUAM üzv-dövlətlərinin xarici işlər nazirləri şurasının iclasında iştirakı gözlənilir. Yunanıstana səfəri zamanı Nazir E.Məmmədyarovun bu ölkənin Baş naziri Corc A. Papandreu, Yunanıstan Parlamentinin prezidenti Filippos Petsalnikos və xarici işlər naziri Dimitris P. Drutsas ilə görüşləri planlaşdırılıb.
    23.02.11 Məqaləni oxumaq
     
    Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb
    Əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin araşdırılmasının yerlərdə təşkili və bu zaman operativliyin və şəffaflığın təmin olunması məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər. Nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında imzalanmış əmrə əsasən Bakı şəhərində yerləşən tibb müəssisələrində Səhiyyə Nazirliyinin mütəxəssislərinin təhkimçiliyi tətbiq olunub. Şənbə günü də daxil olmaqla hər iş günü saat 9:00-15:00-dək təhkim olunmuş nazirliyin mütəxəssisləri fəaliyyət göstərəcəklər. Mütəxəssislərə eyni zamanda əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı müraciətlər zamanı onların səlahiyyətlərinə daxil olmayan məsələlərin həlli barədə dərhal Səhiyyə Nazirliyinə məlumatın verilməsi tapşırılıb.
    23.02.11 Məqaləni oxumaq
     
    ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq Bakıya gəlir
    ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq fevralın 24-də Bakıya gələcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb. "ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq Tbilisidən Bakıya gələcək",-deyə səfirlikdən bildirib. Qeyd edək ki, Ceyms Staynberq Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində İrəvanda da olacaq. ABŞ dövlət katibinin birinci müavini C.Staynberqin səfərinin məqsədi martın 5-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü ilə bağlıdır.
    22.02.11 Məqaləni oxumaq
     
    Avstraliya Xarici İşlər Nazirliyi vətəndaşlarını Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara səfər etməməyə çağırıb
    Avstraliyanın Xarici İşlər Nazirliyi (XİN) öz vətəndaşlarını Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara səfər etməməyə çağırıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Avstraliya XİN-in rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında münaqişə həll olunmamış qalır, separatçı qüvvələr Azərbaycan ərazisinin bir hissəsinin işğalını davam etdirirlər. 1994-cü ildən qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, cəbhə bölgəsində silahlı toqquşmalar davam edir. Xatırladaq ki, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya və Macarıstan da öz vətəndaşlarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməyi məsləhət görməyib.
    22.02.11 Məqaləni oxumaq
     
    Ali Məhkəmədə ATƏT nümayəndələri ilə görüş olub
    ATƏT-in Bakı Ofisinin dəvəti ilə ölkəmizdə səfərdə olan məişət zorakılığı məsələləri üzrə beynəlxalq ekspert xanım Ana Maria Rubio Encinas və ATƏT-in Bakı Ofisinin qanunun aliliyi və insan hüquqları şöbəsinin rəhbəri Monika Martines Ali Məhkəmənin Mülki kollegiyasının sədri Şəlalə Məmmədova və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ali Məhkəmədən veriblər.
    19.02.11 Məqaləni oxumaq
     
    Ədliyyə Nazirliyində ölkə üzrə qeydə alınan QHT-lərin sayı 3.500-i, KİV-lərin sayı isə 4.300-ü ötüb
    Ədliyyə Nazirliyində ölkə üzrə qeydə alınan QHT-lərin sayı 3.500-i, KİV-lərin sayı isə 4.300-ü ötüb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Ötən il aparılmış notariat əməliyyatlarının sayı 2,8 mln-u ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə qədər əməliyyat aparılıb, dövlət büdcəsinə 10 mln. manata yaxın vəsait köçürülüb. Vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının mühüm rolu nəzərə alınaraq 124 təşkilat dövlət qeydiyyatına alınıb, 221 mətbu nəşr uçota götürülüb.
    19.02.11 Məqaləni oxumaq
     
    Maltanın xarici işlər naziri Tonio Borqun Azərbaycana səfəri gözlənilir
    Azərbaycanın İtaliyada və eyni zamanda, Maltadakı səfiri Vaqif Sadıqov etimadnaməsini Maltanın Prezidenti Corc Abelaya təqdim edib. Səfirlikdən AZADİNORM-ya verilən məlumata görə, diplomat dövlət başçısı İlham Əliyevin səmimi salamlarını və Azərbaycana səfər etmək dəvətini Malta Prezidentinə çatdırıb.
    18.02.11 Məqaləni oxumaq
     
    Rasim Musabəyov: “Fransanın mövqeyi Ermənistana təziyq vasitəsi kimi dəyərləndirilə bilər”
    “Fransanın öz vətəndaşlarına işğal olunmuş Azərbaycan torpaqlarına səfər etməmələrini məsləhət görməsi müsbət haldır. Vətəndaşlara müracətdə Azərbaycan torpaqlarının işğal edilməsi faktının qeyd olunması ciddi məsələdir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib. R.Musabəyovun sözlərinə görə, Fransada ermənilərə isti münasibət həmişə olsa da, bu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O, qeyd edib ki, bu addım Ermənistana təziyq vasitəsi kimi də dəyərləndirilə bilər. “Artıq beynəlxalq aləmdə işğalçı Ermənistanı müdafiə etmək imkanları tükənir.
    18.02.11 Məqaləni oxumaq
     
    Avropa Şurası Baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi təyin olunub
    Avropa Şurası Baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi təyin olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. Bu vəzifəyə Konstantin Erokostopulos təyin olunub. Qeyd edək ki, Yerokostopulos öz diplomatik fəaliyyətinə Yunanıstan XİN-də başlayıb, müxtəlif ölkələrdəki diplomatik missiyalarda çalışıb. 1994-cü ildə Avropa İttifaqının o vaxtkı Yuqoslaviyadakı müşahidəçi missiyasının (ECMM) başçısı, 1995-1998-ci illərdə isə Yunanıstanın Xorvatiyada, 2000-2004-cü illərdə isə İtaliyadakı səfiri vəzifələrində çalışıb.
    18.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 156 157 158 159 160 161 162 163 164 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30