Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 155 156 157 158 159 160 161 162 163 » #
    Aydın Mirzəzadə: “Nüfuzlu dövlətlər Azərbaycanın mövqeyini qəbul etməkdədirlər “
    “Dünyanın bir sıra nüfuzlu dövlətlərinin öz vətəndaşlarına Ermənistanın işğalı altında olan torpaqlarımıza səfər etməmək barədə xəbərdarlığı yeni haldır. Bu fakt Azərbaycan diplomatiyasının növbəti uğurudur”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadənin sözlərinə görə, bu proses gələcəkdə də davam edəcək. O bildirib ki, çox nüfuzlu dövlətlərin bu addımı Azərbaycanın mövqeyinin qəbul edilməsi deməkdir.
    25.02.11 Məqaləni oxumaq
     
    Kiyevdə GUAM-a üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 14-cü iclası keçirilib
    Kiyevdə GUAM-ın katibliyində quruma üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 14-cü iclası keçirilib. KƏLAMİNFO GUAM-ın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib. Təşkilvtfn Baş katib Valeri Çeçelaşvili çıxış edərək GUAM-ın 2010-cu ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Qurumda sədrlik Moldovaya keçib və bu ölkənin 2011-ci ildə sədrliyinin prioritetləri barədə məlumat dinlənilib. Nazirlər GUAM-a üzv ölkələrin BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin əməkdaşlığı barədə qəbul olunmuş planın həyata keçirilməsini də müzakirə ediblər.
    25.02.11 Məqaləni oxumaq
     
    Metyu Brayza: “Əsas məqsədimiz dinamik inkişaf edən Azərbaycanın və onun xalqının yaşam tərzini yüksəltməkdir”
    Bu gün Bakıda ABŞ Ticarət Palatasının işgüzar aylıq naharı təşkil olunub. KƏLAMİNFO xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, ABŞ Ticarət Palatası Şurasının üzvü, ABŞ səfirinin müavini Adams Stollinq iştirak edib. “Mən Ticarət Palatasının tədbirində iştirak etməkdən məmnunam. Bizim ABŞ Ticarət Palatası ilə müzakirə edəcəyimiz zəngin gündəliyimiz var. İkitərəfli müzakirə ediləsi ticarət mövzuları çoxdur. ABŞ höküməti ilə Azərbaycandakı özəl şirkətlər arasında geniş sahəni əhatə edən məsələlər bu gün müzakirə obyektidir. Əsas məqsədimiz dinamik inkişaf edən Azərbaycanın və onun xalqının yaşam tərzini yüksəltməkdir”,- deyə M.Baryza bildirib. Qeyd edək ki, tədbir qapalı şəkildə keçirilib.
    25.02.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb
    Ukraynaya səfəri çərçivəsində Elmar Məmmədyarov bu ölkənin Ali Radasının sədri Vladimir Litvin ilə görüşüb. Xarici İşlər Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı siyasi və iqtisadi məsələlər müzakirə edilib. Azərbaycan və Ukrayna Parlamentləri arasında əməkdaşlığın yüksək səviyyədə aparıldığı vurğulanıb və parlament diplomatiyasının əhəmiyyəti xüsusi olaraq qeyd edilib. Hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyəti yüksək qiymətləndirilib.
    25.02.11 Məqaləni oxumaq
     
    İran parlamentinin spikeri Əli Laricani martın əvvəlində Bakıya gələcək
    İran Parlamentinin spikeri Əli Laricani Azərbaycana səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyindən veriblər. Məlumatda Əli Laricaninin martın əvvəlində Bakıya gələcəyi bildirilir. İranın “Fars News” agentliyinə müsahibə verən İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami isə Azərbaycan və İran hökümətlərarası iqtisadi komissiyasının səkkizinci iclasının Tehranda keçiriləcəyini bildirib. Onun sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri bu komissiyaya başçılıq edirlər.
    24.02.11 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi dünya dini liderlərinə səsləndi
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciət edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə müraciətdə deyilir: “Milyonlarla Azərbaycan müsəlmanının iradə və hisslərini ifadə edərək, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə üz tuturam. Əminəm ki, cahanda elə bir xalq, elə bir din, elə bir sağlam düşüncəli şəxs ola bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz, qəsd kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin. Ona görə də, ümid edirəm ki, mənim müraciətim insanların qəlbində ən ülvi hissləri riqqətə gətirəcək, yaşadıqları həyat üçün üzərlərinə düşən məsuliyyət hissini gücləndirəcək.
    24.02.11 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartları hələ də davam edir”
    Ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar hələ də davam edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib. O, qeyd edib ki, bu, Dağlıq Qarabağ problemi, xüsusilə də Xocalı soyqırımına beynəlxalq dərəcədə düzgün qiymətin verilməməsində özünü göstərir. “Təbii ki, biz dəfələrlə buna öz etirazımızı bildirmişik və yenə də bildiririk. Digər tərəfdən onu da qeyd edim ki, Azərbaycan dövləti, müxtəlif QHT-lər, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində genişmiqyaslı işlər aparılır.
    24.02.11 Məqaləni oxumaq
     
    Xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya rəsmi səfəri başlayıb
    Xarici işlər naziri Elmar Məmmədyarovun Ukraynaya rəsmi səfəri başlayıb. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, Ukrayna səfəri çərçivəsində E.Məmmədyarovun Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko, Baş nazir Nikolay Azarov, Ukrayna Ali Radasının sədri Vladimir Litvin, Ukrayna prezidenti Viktor Yanukoviç ilə görüşləri və GUAM üzv-dövlətlərinin xarici işlər nazirləri şurasının iclasında iştirakı planlaşdırılıb.
    24.02.11 Məqaləni oxumaq
     
    ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi bu gün İrəvana səfər edəcək
    Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Gedryus Çakuolis Ermənistana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, İrəvanda Gedryus Çakuolisin Ermənistanın rəhbərliyiylə görüşləri planlaşdırılıb.Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması müzakirə ediləcək. G. Çakuolisin Ermənistana səfəri sabah başa çatacaq. Xatırladaq ki, G. Çakuolis fevralın 21-22-də Azərbaycanda səfərdə olub. Bu, onun xüsusi nümayəndə qismində Cənubi Qafqaza ilk səfəridir.
    23.02.11 Məqaləni oxumaq
     
    Avropa İttifaqına üzv ölkələrin səfirləri Naxçıvanda səfərdə olublar
    Avstriya, Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Fransa, İtaliya, Latviya, Litva, Hollandiya və Avropa İttifaqı nümayəndəliyinin səfir və nümayəndələri fevralın 21-22-də Naxçıvanda səfərdə olublar. Bu barədə məlumatı KƏLAMİNFO-ya Aİ-nın Azərbaycan nümayəndəliyindən veriblər.
    23.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 155 156 157 158 159 160 161 162 163 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30