Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 153 154 155 156 157 158 159 160 161 » #
    Milli Məclisin növbəti iclası öz işinə başlayıb
    Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasın gündəliyində bir neçə qanun layihələrinin müzakirəsi daxil edilib. Bunlar “Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi”, “TRASEKA multimodal daşımalarının inkişafı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi, “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun layihəsi”, “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi”, “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti∕xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələrdir.
    05.03.11 Məqaləni oxumaq
     
    Spiker: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək"
    "Ciddi hazırlıqlarla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun rəhbəri dəyişsə də, təəssüf ki, mahiyyəti dəyişməyəcək". KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. Spiker bu qurumun fəaliyyətinə xeyli tənqidi yanaşıb. "Mən seçkilər ərəfəsində Azərbaycana gələn institut rəhbərliyi ilə görüşdə sual etdim ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal müşahidə aparacaqsınız? Bildirdilər ki, bizim hazır reseptimiz olmur. Ancaq illərdir görürük ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu Azərbaycana həmişə hazır reseptlə gəlir. AŞPA və ATƏT PA-nın qərarı qalır bir tərəfdə, 10-12 saat danışıq keçirir, sonra öz fikirlərini deyib gedirlər. Ona görə qurumun rəhbəri dəyişsə də, mahiyyəti dəyişməyəcək",-deyə spiker vurğulayıb.
    05.03.11 Məqaləni oxumaq
     
    Siyavuş Novruzov: “Qəbələ RLS hərbi baza deyil”
    “Qəbələ RLS hərbi baza deyil, informatik məlumat xarakterli bir mənətəqədir. Ona görə də kiminsə ora qoşun toplaması və baza yaratması kimi fikirlər cşqkzvzcb əsassızdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib.
    04.03.11 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: ““Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklikləri o qədər də vacib saymırıq”
    “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklikləri hazırda o qədər də vacib saymırıq. KƏLAMİNFO xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib. O, qeyd edib ki, bununla belə sözügedən qanunla bağlı təkliflər olarsa, ona baxıla bilər. “Qüvvədə olan mövcud qanun 1992-ci ildə qəbul edilsə də, sənəd zaman-zaman təkmilləşdirilib. Ona görə də bunun yenidən işlənməsinə ehtiyac görmürük”,-deyə M.Qurbanlı vurğulayıb. M.Qurbanlı ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Azərbaycan hakimiyyəti və siyasi partiyaların birgə keçirilməsi nəzərdə tutulan müzakirələrə də münasibət bildirib. Onun sözlərinə görə, belə müzakirələr elə parlamentdə hər iclas zamanı davam edir. “Burada müxtəlif siyasi partiyalar təmsil olunur və görürsünüz ki, diskussiyalar həmişə olur”,-deyə o, əlavə edib.
    04.03.11 Məqaləni oxumaq
     
    Parlamentdə təklif: “Soçi görüşü də nəticəsiz olarsa Azərbaycan rəsmi olaraq Ermənistanla danışıqlardan imtina etməlidir”
    Azərbaycan cəmiyyəti Soçidə prezidentlərin görüşündən çox şey gözləyir. Bütün beynəlxalq dairələrə məlumdur ki, Azərbaycan prezidenti danışıqlara güclü mövqe ilə gedir və onun 3 mart tarixində Müdafiə Sənayesi Nazirliyinin tədbirlərinə qatılması buna bir mesaj xarakteri daşıyır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
    04.03.11 Məqaləni oxumaq
     
    AŞ PA-nın komitə iclasında Rafael Hüseynov məruzə ilə çıxış edəcək
    Martın 18-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm və təhsil komitəsinin iclası keçiriləcək. İclasda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov “Avropada ali təhsilin standartları” adlı məruzə ilə çıxış edəcək. KƏLAMİNFO xəbər verir ki, məruzədə Avropada təhsilin bugünkü vəziyyətindən, problemlərindən və perspektivlərindən bəhs olunacaq. Bundan əlavə, bu ay AŞPA-da bir neçə komitənin iclası keçiriləcək. Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi iclasların gündəliyi artıq açıqlanıb.
    04.03.11 Məqaləni oxumaq
     
    Müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı qəbul edib
    Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə regionda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkələrarası hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
    04.03.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “ATƏT öz öhdəliyinə əməl etməli və faktaraşdırıcı missiyanın hesabatı vaxtında açıqlanmalıdır”
    “Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparmış ATƏT-in faktaraşdırıcı missiyası öz işini çoxdan yekunlaşdırıb. Missiya monitorinqin nəticələri ilə bağlı hesabatını hələ ötən il açıqlamalı idi. Təəssüf ki, hesabat hələ də açıqlanmayıb və bunun səbəbi haqqında da heç bir məlumat verilmir”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
    03.03.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələri başa çatmalıdır”
    “2013-cü ilə qədər Azərbaycanda əsas infrastruktur layihələri başa çatmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə prezident İlham Əliyev martın 1-də Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirib. Dövlət başçıs qeyd edib ki, ölkəmizin bütün bölgələrində inkişaf var. “Haradasa işlər daha sürətlə, haradasa bir az ləng gedir. Amma bu, artıq dönməz prosesə çevrilibdir. Nəzərə alsaq ki, bizim proqramımız bütün rayonların inkişafını əhatə edir, bu gün hələ ki həllini gözləyən məsələlər, növbəti illərdə, əlbəttə ki, öz həllini tapacaq. Biz elə etməliyik ki, 2013-cü ilə qədər, ikinci Dövlət Proqramı başa çatanda qarşıda duran bütün vəzifələr icra edilsin.
    03.03.11 Məqaləni oxumaq
     
    Tatarıstan prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri başlayıb
    Tatarıstan prezidenti Rüstəm Minnixanov Azərbaycana səfərə gəlib. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tatarıstan prezidentini Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Novruz Məmmədov və iqtisadi inkişaf naziri Şahin Mustafayev qarşılayıblar. Bu gün prezident R.Minnixanov Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Tatarıstan prezidentinin səfər proqramında Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclis sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, fövqəladə hallar naziri Kamaləddin Heydərovla danışıqlar nəzərdə tutulub. O Heydər Əliyev Fondu ilə tanış olacaq, Azərbaycanda yaşayan tatar icması ilə görüşəcək.
    03.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 153 154 155 156 157 158 159 160 161 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30