Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 152 153 154 155 156 157 158 159 160 » #
    Metyu Brayza AXCP sədri ilə görüşüb
    ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza AXCP sədri Əli Kərimli ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AXCP-dən veriblər. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət və ümumilikdə siyasi məhbuslar problemi müzakirə edilib. Söz və sərbəst toplaşmaq azadlığı ətrafında da fikir mübadiləsi aparılıb.
    10.03.11 Məqaləni oxumaq
     
    Bu gün Audronyus Ajubalis ATƏT-in Minsk qrupunun həmsədrləri il görüşəcək
    Bu gün Litvanın paytaxtı Vilnüsdə Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popovla (Rusiya) görüşəcək. KƏLAMİNFO Rusiya mətbuatına istinaədn xəbər verir ki, A.Ajubalis ATƏT-in Minsk qrupunun nümayəndələriylə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların gedişini və gələcək planları müzakirə edəcəklər. Görüşdə həmçinni Azərbaycan, Ermənistan, və Rusiya prezidentlərinin üçtərəfli görüşünün nəticələri müzakirə olunacaq. Ermənistanın və Azərbaycan arasında imzalanmış atəşkəs rejiminin tez-tez pozulmasının da müzakirəsi planlaşdırılır.
    10.03.11 Məqaləni oxumaq
     
    Araz Əzimov siyasi məsləhətləşmələr aparmaq məqsədilə Ankaraya işgüzar səfərə yola düşüb
    Bu gün xarici işlər nazirinin müavini Araz Əzimov siyasi məsləhətləşmələr aparmaq məqsədilə Ankaraya işgüzar səfərə yola düşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, A.Əzimov səfər zamanı səfirlik tərəfindən Beynəlxalq Strateji Araşdırmalar Qurumunda (USAK) təşkil olunan “Azərbaycanın xarici siyasəti: fürsətlər və problemlər” adlı konfransda və Türkiyənin Bilkent Universitetində “Regional təhlükəsizlik: Azərbaycan-Türkiyə əlaqələri” adlı konfransda əsas məruzəçi qismində çıxış edəcək. Ayrıca nazir müavininin Türkiyənin KİV-nə müsahibə verməsi də nəzərdə tutulub.
    09.03.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsi obyektiv və təcrübəli şəxs olmalıdır”
    “ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyin olunması qurumun sədrinin səlahiyyətində olan məsələdir. Azərbaycan tərəfinin isə mövqeyi ondan ibarətdir ki, yeni təyin olunacaq nümayəndə obyektiv insan olsun”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
    09.03.11 Məqaləni oxumaq
     
    Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Fransaya gedəcək
    Martın 11-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və millət vəkilləri Fuad Muradov, Sabir Hacıyev Xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Tələbələrin Beynəlxalq Forumuna qatılmaq üçün Fransanın Strasburq şəhərinə gedəcəklər. KƏLAMİNFO xəbər verior ki, bu barədə S.Seyidov özü bildirib. O, qeyd edib ki, Beynəlxalq Forumda “İnsan kapitalı Azərbaycanın inkişaf prioritetidir”, “Gənclik və ictimai diplomatiya”, “Azərbaycançılıq-gələcək naminə birlik” mövzularında məruzələr dinləniləcək və fikir mübadiləsi aparılacaq. Səfər martın 13-də başa çatacaq.
    08.03.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Türkiyənin Strateji Araşdırmalar mərkəzləri arasında Memorandum imzalanıb
    Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) nəzdində Strateji Araşdırmalar Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb. KƏLAMİNFO xəbər verir ki, Memorandumu Azərbaycan tərəfdən SAM-ın direktor əvəzi Gülşən Paşayeva, Türkiyə tərəfdən isə SAM-ın rəhbəri Bülənt Aras imzalayıblar. SAM-da baş tutan tədbirdə çıxış edən G.Paşayeva bildirib ki, sənəddə beynəlxalq münasibətlər, xarici siyasət, beynəlxalq və regional təhlükəsizliyə dair qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, sənəddə həmçinin birgə toplantıların, görüşlərin keçirilməsi, araşdırmalar, elmi-tədqiqat işlərinin aparılması, habelə müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.
    08.03.11 Məqaləni oxumaq
     
    B.Aras: “Türkiyənin Cənubi Qafqaz siyasətində Azərbaycanının xüsusi yeri var”
    Türkiyə ilə Azərbaycan qardaş dövlətdir və hazırda rəsmi Ankaranın Cənubi Qafqaz regionundakı siyasətində Azərbaycanının xüsusi yeri var. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) Türkiyə Xarici İşlər Nazirliyi (XİN) nəzdində Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bülənt Aras söyləyib.
    07.03.11 Məqaləni oxumaq
     
    Xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana rəsmi səfərə gedəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov bu gün İrana rəsmi səfərə gedəcək. KƏLAMİNFO xəbər verir ki, səfərdə məqsəd İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasında iştirak etməkdir. Komissiyaya Azərbaycan tərəfdən Elmar Məmmədyarov, İran tərəfdən bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi rəhbərlik edir. E.Məmmədyarovun səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlər müzakirə olunacaq.
    07.03.11 Məqaləni oxumaq
     
    Milli Məclisin deputatları AŞPA komitələrinin iclaslarında iştirak edəcəklər
    Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev bir sıra tədbirlərə qatılmaq üçün sabah Parisə səfər edcəklər. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, deputatlarımız öncə AŞPA komitələrinin iclaslarında iştirak edəcək, Parlament Assambleyasında islahatlar barədə fikirlərini bölüşəcəklər. Qurumun Siyasi işlər komitəsində “Səsvermə hüququ üçün yaş həddinin 16-ya endirilməsi yolu ilə demokratiyanın təşviqi”nə dair müzakirələr aparılacaq. Belarusda, Tunisdə və Yaxın Şərqdə vəziyyət araşdırılacaq. İclasda Əfqanıstandan ixrac edilən narkotik maddələrin Avropa üçün təhlükəsi, həmçinin İranın nüvə proqramı məsələlərinə də baxılacaq. Daimi komitədə Aralıq dənizi bölgəsində ətraf mühitin mühafizəsi, Rodos və Kos adalarının türk mənşəli əhalisinin vəziyyəti, biometriyanın insan hüquqlarına təsiri, eləcə də qadınlara qarşı zorakılıqla mübarizə məsələləri gündəmdə olacaq.
    07.03.11 Məqaləni oxumaq
     
    Bülənt Aras: “Azərbaycanla Ermənistan arasında hərbi münaqişə başlasa, Türkiyə Azərbaycana hərbi yardım edə bilər”
    Azərbaycanla Ermənistan arasında hərbi münaqişə başlasa, Türkiyə Azərbaycana hərbi yardım edə bilər. KƏLAMİNFO xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdrmalar Mərkəzinin direktoru, xarici işlər nazirinin müşaviri Bülənt Aras deyib. "Türkiyə regionda hərbi münaqişənin olmasını arzulamır. Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müharibə başlayarsa, Türkiyənin hərbi yardım etməsi istisna deyil",-deyə B.Aras bilidirb. Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş" imzalanıb.
    07.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 152 153 154 155 156 157 158 159 160 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30