Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 151 152 153 154 155 156 157 158 159 » #
    AŞPA-nın yaz sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ daxil edilməyib
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosu Parisdə keçirilmiş yığıncağında qurumun aprelin 11-dən 15-dək davam edəcək yaz sessiyasının gündəliyini təsdiq edib. KƏLAMİNFO xəbər verir ki, yaz sessiyasının ilk günündə büronun və daimi komitənin qış sessiyasından keçən dövr ərzindəki fəaliyyətinə dair hesabat dinləniləcək, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik etdiyi qurumun işindən danışacaq, deputatların ona ünvanlayacağı yazılı və şifahi suallara cavab verəcək.
    15.03.11 Məqaləni oxumaq
     
    Sabah parlamentdə hökumətin hesabatı dinləniləcək
    Sabah hökumət Milli Məclisin növbəti iclasında hesabat verəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya parlamentdən veriblər. İclasda hökumətin ötən bir illik fəaliyyətinə dair hesabatını baş nazir Artur Rasizadə tərəfindən təqdim edilməsi gözlənilir. Milli Məclisin sabahkı iclasına müxtəlif nazirlik və dövlət komitələrinin rəhbərləri də qatılacaq.
    15.03.11 Məqaləni oxumaq
     
    ATƏT sədrinin bir sıra siyasi partiya rəhbərləri ilə görüşü keçirilib
    Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşü keçirilir. KƏLAMİNFO xəbər verir ki, ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilgə Cankorelin də qatıldığı görüşdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, BAXCP sədri Qüdrət Həsənquliyev, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edirlər.
    15.03.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Azərbaycana gəlirlər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov bu gün Azərbaycana gəlirlər. KƏLAMİNFO xəbər verir ki, vasitəçilər səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son durumu, atılacaq növbəti addımları, habelə cəbhə xəttində atəşkəs rejiminin son vaxtlar tez-tez pozulması və 9 yaşlı Fariz Bədəlovun snayperlə qətlə yetirilməsi məsələlərini müzakirə edəcəklər. Həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri martın 15-nə nəzərdə tutulur. Danışıqları başa vurduqdan sonra həmsədrlər İrəvana yola düşəcəklər.
    14.03.11 Məqaləni oxumaq
     
    Araz Əzimov Türkiyə xarici işlər nazirinin müşaviri Firudin Siniroğlu ilə görüşüb
    Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ankarada Türkiyənin xarici işlər nazirinin müşaviri Firudin Siniroğlu ilə görüşüb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı, həmçinin Türkiyə və Ermənistanın arasında əlaqələrin hazırki vəziyyəti , Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi və regional təhlükəsizlik məsələləri ətraflı müzakirə olunub. A.Əzimov Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovla da görüşüb. Görüşdən sonra xarici işlər nazirinin müavini Türkiyənin nüfuzlu qəzetlərindən biri olan “Hürriyet” qəzetinə müsahibə verib.
    11.03.11 Məqaləni oxumaq
     
    Elxan Poluxov İtaliyada işgüzar səfərdə olub
    Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Elxan Poluxov İtaliya Respublikası XİN-in Mətbuat və İnformasiya idarəsinin rəhbəri Mauritsio Massarinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat katibliyindən veriblər.
    11.03.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinə hörmət etmir”
    Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının vasitəçiliyi ilə Soçidəki görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri aktiv fəaliyyətə başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.
    11.03.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Bakıda evlərin qeydiyyata alınması problemi var”
    “Bakıda evlərin qeydiyyata alınmasında problemi var. Biz bu problemi bilirik”. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə yekun nitqində deyib. Dövlət başçısının sözlərinə görə, bu problemi həll edilməlidir: “Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki, o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır.
    11.03.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Hələ ki gec deyil, düz yola dönün”
    Ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır. Bu yaxınlarda yumurtanın qiyməti kəskin şəkildə artmışdır. Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır. Buna dünyada “Kartel sövdələşməsi” deyirlər. Bu, sırf “Kartel sövdələşməsi”nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıb və bunu edənlər öz cəzasını alacaqlar. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri ötən gün Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib.
    11.03.11 Məqaləni oxumaq
     
    ABŞ Dövlət katibinin Müsəlman İcmaları ilə iş üzrə xüsusi nümayəndəsi Bakıya gəlir
    Bu gün ABŞ Dövlət katibinin Müsəlman İcmaları ilə iş üzrə xüsusi nümayəndəsi Farah Pandit və Anti-Semitizmə qarşı Mübarizə üzrə səlahiyyətli nümayəndəsi Hanna Rozentalın Türkiyə, Azərbaycan və İspaniyaya səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. Türkiyədə ABŞ-ın rəsmi nümayəndələri gənclər, hökumət rəsmiləri və icma liderləri ilə dinlərarası dialoq və tolerantlıq məsələlərini müzakirə edəcək. Xüsusi nümayəndələr Azərbaycana səfər zamanı vətəndaş cəmiyyətinin üzvləri və gənc liderlərlə görüşlər keçirəcəklər. Onlar nifrət və fanatizmə son qoymaq və insanları könüllü fəaliyyətlərə vaxt ayırmağa təşviq etmək məqsədi ilə hazırlanmış “ 2011 Nifrət Əleyhinə Saatlar ” kampaniyasını təqdim edəcəklər. Onların Bakıya gəlişi bu gün gözlənilir.
    10.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 151 152 153 154 155 156 157 158 159 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30