Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 148 149 150 151 152 153 154 155 156 » #
    Finlandiyanın Azərbaycandakı səfiri SAM-da olub
    Finlandiyanın Gürcüstan, Ermənistan və Azərbaycandakı səfiri Petri Salo Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva ilə görüşüb. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, görüş zamanı G.Paşayeva qonağa Strateji Araşdırmalar Mərkəzinin fəaliyyəti – nəşr edilmiş elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayan tərəflər, həmçinin humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi, elm, təhsil, xüsusilə beyin mərkəzləri arasında elmi-tədqiqat sahəsində müxtəlif layihələrin və tədbirlərin həyata keçirilməsinin iki ölkə arasında təmasların intensivləşməsinə zəmin yaradacağına əmin olduqlarını bildiriblər. Görüşdə həmçinin regional və beynəlxalq məsələlər və bir sıra qarşılıqlı maraq kəsb edən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
    07.04.11 Məqaləni oxumaq
     
    SAM-ın elmi işçisi Türkiyədə Xəzər hövzəsinin təhlükəsizliyindən danışacaq
    Aprelin 7-10-u tarixlərində Türkiyənin paytaxtı Ankarada NATO-nun Sülh və Təhlükəsizlik Elmi proqramının dəstəyi, Orta Doğu Texniki Universiteti (ODTU) və Qırğızıstanın Manas Universitetinin birgə təşəbbüsü ilə “NATO, Əfqanıstanda beynəlxalq terrorizmə qarşı mübarizə və 11 sentyabr tarixindən sonra Orta Asiya regionunda təhlükəsizlik mühiti” mövzusunda konfrans keçiriləcək. Konfransda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Zaur Şiriyev iştirak edəcək. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, o, “ABŞ-ın Əfqanıstan müdaxiləsindən sonra Xəzər hövzəsinin təhlükəsizlik mühitinə Azərbaycanın baxışı” mövzusunda məruzə ilə çıxış edəcək. Qeyd edək ki, tədbirdə Türkiyə, Avropa ölkələri və Orta Asiyanın təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlərinin iştirakı ilə fikir mübadiləsi aparılacaq və çıxışçıların məruzələri daha sonra kitab şəklində çap olunacaq.
    06.04.11 Məqaləni oxumaq
     
    Həmsədrlər regiona gəlir
    ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 11-12-də İrəvana səfər edəcəklər. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan verib. Onun sözlərinə görə, həmsədrlərin Dağlıq Qarabağa səfər edəcəyi də planlaşdırılır. Həmsədrlər Ermənistanda prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərin Bakıya səfəri aprelin 13-14-də planlaşdırılır.
    06.04.11 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi Çeçenistandadır
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Çeçenistana səfər edib. Səfər Çeçenistan prezidenti Ramazan Kadırovun dəvəti əsasında reallaşıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər. Aprelin 6-dək davam edəcək səfər zamanı QMİ sədri Qroznıda R.Kadirovun inauqrasiya mərasiminə qatılacaq.
    06.04.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Həmsədrlərin fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini müharibəyə yaxınlaşdırır”
    ATƏT-in Minsk Qrupunun 14 illik fəaliyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini müharibəyə yaxınlaşdırır. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, regionda müharibə təhlükəsinin yaranması ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyindən çox fəaliyyətinin nəticəsidir. M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin regional kontekstdə ciddi yer aldığını bildirib. O, ermənilərin bu prosesdə münaqişədən heç kim danışmayacağı təqdirdə ciddi uğur qazanacaqlarını qeyd edib. Hətta Dağlıq Qarabağdan mənfi danışsalar belə, bu Azərbaycanın leyhinə, Ermənistanın isə əleyhinə olan hadisədir. Rusiya-Ermənistan münasibətlərinə toxunan M.Əhmədoğlu vurğulayıb ki, Rusiya xarici işlər nazirinin dəvətini rədd edən erməni xarici işlər nazirinin bir neçə gün sonra İrana səfər etməsiylə rəsmi Moskvaya münasibətlərinin necə olduğunu göstərib.
    05.04.11 Məqaləni oxumaq
     
    Həmsədrlər gələn həftə bölgəyə səfər edəcəklər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) gələn həftə bölgəyə səfər edəcəklər. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, həmsədrlərin regiona səfəri Ermənistandan başlayacaq. Aprelin 13-14-də həmsədrlərin Azərbaycanda olması planlaşdırılır. Onların işğal altındakı Dağlıq Qarabağa da gedəcəyi gözlənilir.
    04.04.11 Məqaləni oxumaq
     
    Fazil Mustafa: “AXCP və Müsavat gənclərin fikrini düzgün ifadə edə bilmir”
    “Çox təəssüf ki, AXCP və Müsavat Azərbaycanda gənclərin və yaxud da digər sosial qrupların fikrini düzgün şəkildə ifadə edə bilmir”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. F.Mustafa bunu onunla izah edib ki, həddindən artıq ideoloji yanaşma ilə heç bir təbəqənin ümumi fikrini ifadə etmək olmur. “Məhz buna görə onların sosial bazaları geniş deyil. Sözsüz ki, cəmiyyətdə müəyyən narazılıqlar var və onların əsas hissəsi təhlükəsiz islahatların tərəfdarıdırlar” - deyə millət vəkili vurğulayıb. F.Mustafanın fikrincə, hakimiyyətlə konfliktə girməkdənsə, xaotik vəziyyət yaratmaqdansa, müəyyən təkliflərlə çıxış etmək lazımdır. “Bu zaman xalqın hansısa istəyinin ifadə edilməsindən danışmaq olar”-deyə o, əlavə edib. Qeyd edək ki, aprelin 2-də İctimai Palata adlı qurum “Fəvvarələr meydanı”nda qeyri-qanuni kütləvi aksiya keçirməyə cəhd göstərib.
    04.04.11 Məqaləni oxumaq
     
    Müdafiə Nazirliyində “qaynar xətt” yaradılıb
    “Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ciddi tədbirlər həyata keçirilir. Ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması bu prosesdə başlıca məsələ kimi diqqət mərkəzində durur”. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu məqsədlə nazirliyin təşkilat səfərbərlik idarəsində “qaynar xətt” yaradılıb”. Məlumata görə, çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları “qaynar xətt”in bu telefon nömrələrinə 438-61-10, 439 90 28, 439 23 55 zəng edə bilərlər. Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən “etimad xətt”inin telefon nömrələrinə 438-61-31, 438 61 74, 439 23 76 zəng etmələri xahiş olunur.
    01.04.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi müzakirə olunacaq
    Milli Məclisin yaz sessiyasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” yeni qanun layihəsinin müzakirəyə çıxarlıması nəzərdə tutulur. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə məlumat verib. A.Mirzəzadə bildirib ki, qanun layihəsi Milli Məclisin iş planına daxil edilib. Onun sözlərinə görə, sənəd komitədə müzakirəyə çıxarılandan sonra onun detalları barədə ictimaiyyətə məlumat veriləcək.
    01.04.11 Məqaləni oxumaq
     
    Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
    Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 2-5-də Qazaxıstanda səfərdə olacaq. Nümayəndə heyəti aprelin 3-də Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən veriblər. Səfər Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun dəvəti ilə gerçəkləşir. MSK-nın nümayəndələri Astana şəhərində müşahidə missiyasını həyata keçirəcəklər. Səfər zamanı Azərbaycan MSK sədri ilə Qazaxıstan MSK sədrinin görüşü nəzərdə tutulub. Görüşdə iki ölkənin seçki qurumları arasında əməkdaşlıq, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq. İki ölkənin ali seçki qurumları arasında faydalı əməkdaşlığa əsaslanan əlaqələr mövcuddur.
    01.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 148 149 150 151 152 153 154 155 156 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30