Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 147 148 149 150 151 152 153 154 155 » #
    Prezident həmsədrləri qəbul edib
    Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk Qrupunun həmsərdləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), Robert Bradtkeni (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. KƏLAMİNFO xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
    14.04.11 Məqaləni oxumaq
     
    Araz Əzimov Berlinə gedib
    Xarici işlər nazirinin müavini Araz Əzimov Berlinə gedib. Nazirliyin mətbuat katibi Elxan Poluxov KƏLAMİNFO-ya açıqlamasında bildirib ki, A.Əzimov bu gün və sabah Berlində NATO və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. İki gün davam edəcək toplantıda alyans üzvləri və tərəfdaş ölkələr arasında əməkdaşlıq məsələləri və Liviyadakı vəziyyət müzakirə olunacaq.
    14.04.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Rusiya-Ermənistan-İran üçbucağı fəsadlarını verəcək”
    “Bu gün Cənubi Qafqazdakı geosiyasətdə aktiv formada Rusiya- Ermənistan-İran üçbucağı mövcuddur”. Bunu KƏLAMİNFO-ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. V.Quluzadə deyir ki, tezliklə bu üçbucaq öz fəsadlarını o dərəcədə göstərəcək ki, bu, həm də Rusiyanın dağılmasında mühüm rol oynayacaq. Politoloqun fikrincə, bu prosesin davamı olaraq dərhal Ermənistanın ya dağılması, ya da böyük inqilabla üz-üzə qalması müşahidə olunacaq. “Bu, İran üçün çox böyük fəsadlar verəcək. Çünki bu gün İrana qarşı qoyulan beynəlxalq sanksiyalara baxmayaraq, Rusiya İrana nə lazımdırsa Ermənistan vasitəsi ilə qaydasında ötürür. Moskva necə lazımdır Tehranla əməkdaşlıq edir və məhz bunun sayəsində İran hələ ki ayaqda durur”-deyə V.Quluzadə vurğulayıb. Onun sözlərinə görə, məhz bu çıxış yoluna görə İran Ermənistanla münasibətləri sıxlaşdırmaqda olduqca maraqlıdır.
    13.04.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev: “Hazırda danışıqlar masasında olan təkliflər Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edəcək”
    “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində mövqeyimiz birmənalıdır. Beynəlxalq hüquq normaları tam şəkildə təmin edilməlidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib. Ölkə başçısı Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saatdan sonra icra edilməsinə diqqət yönəldib: “Mən bu barədə artıq fikrimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, ədalətsizlikdir, bu, ikili standartlardır və bu, ayrı-seçkiliyi heç bir səbəblə izah etmək mümkün deyil. Çünki ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı - genosid törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Ermənilər tərəfindən günahsız insanlar vəhşicəsinə qətlə yetirilmişdir.
    13.04.11 Məqaləni oxumaq
     
    Azərbaycan Prezident Administrasiyası Twitter-də təqdim olunub
    Azərbaycan Prezident Administrasiyası sosial şəbəkələrdən aktiv şəkildə istifadə etməyə başlayır. KƏLAMİNFO xəbər verir ki, bu gündən etibarən www.twitter.com/AzerbaijanPA ünvanında Administrasiyanın Twitter sosial şəbəkəsində rəsmi səhifəsi açılıb. Prezident Administrasiyası Azərbaycanda Twitter-də öz səhifəsini açan ilk dövlət strukturudur. Səhifədə Azərbaycan Prezidentinin gündəlik iş cədvəli, Prezident Administrasiyasının fəaliyyəti haqqında məlumat öz əksini tapacaq, Administrasiya rəhbərləri və şöbə müdirlərinin bütün bəyanat və şərhləri təqdim olunacaq. Səhifədə Administrasiyadakı qəbullar və görüşlər haqqında məlumat yerləşdiriləcək, Prezident Administrasiyasının himayəsi altında həyata keçirilən layihə və tədbirlər işıqlandırılacaq.
    12.04.11 Məqaləni oxumaq
     
    Nalbandyan həmsədrlərə Azərbaycandan şikayət edib
    Ermənistanda səfərdə olan Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye, İqor Popov və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. «KƏLAMİNFO» «Tert am»a istinadən məlumat verib ki, XİN rəhbəri həmsədrlərə Azərbaycandan şikayət edib. O, rəsmi Bakının Dağlıq Qarabağla həmsərhəd rayonlara göndərilən faktaraşdırıcı missiyanın hazırladığı hesabatdan hərbi ritorika üçün istifadə etdiyini söyləyib: “Azərbaycan tərəfinin hesabata dair şərhləri həmsədrlərin təqdim etdikləri dəyərləndirmələr ilə daban-dabana ziddir”.
    12.04.11 Məqaləni oxumaq
     
    Prezident verdiyi tapşırıqların icrasını yoxlayır
    Prezident İlham Əliyev martın 9-da Bakı şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə verdiyi tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün Sabunçu və Suraxanı rayonlarına olub. 
    Dövlət başçısı paytaxtın yol-nəqliyyat infrastrukturu, energetika şəbəkəsi, təbii-qaz təsərrüfatı, istilik sistemi, kanalizasiya qurğuları, digər infrastruktur və kommunal sahələrin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin və yenidənqurma işlərinin bundan sonra daha da vüsət alacağını qeyd edib, bu məqsədlə xüsusi Dövlət Proqramı üzərində işlərin getdiyini bildirib.
    11.04.11 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsinin Bəyanatı
    Qafqaz Müsəlmanları idarəsi martın 20-də ABŞ-ın Florida ştatının Heynsvill kilsəsində Qurani-Kərimin nüsxəsinin yandırılması hadisəsini qətiyyətlə pisləyir və bu hiddətdoğuran üzdəniraq hərəkətə öz qəti etirazını bildirir.
    Özünü keşiş kimiqələmə verən birisinin həyata keçirdiyi mənfur aksiya müqəddəs İslam dininə xələl gətirmək iqtidarında olmasa da, onun ardıcıllarının heysiyyatına toxunmaq, onların ən ülvi mənəvi hisslərinin təhqir olunması baxımından olduqca xoşagəlməz haldır. Belə ki, hadisənin fəsadları bəşəriyyət üçün çox acınacaqlı və təhlükəli ola bilər.
    11.04.11 Məqaləni oxumaq
     
    Milli Məclis müzakirələrə başlayıb
    Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclası giriş sözü ilə açan Oqtay Əsədov bildirib ki, iclasın gündəliyinə 3 məsələ daxildir. Bugünki iclasda deputatlar 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqadar ölkəyə gələn turistlərin viza sənədlərinin qeydiyyatının sadələşdirilməsi üçün “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklə bağlı qanun layihəsini müzakirə edəcəklər. Bununla yanaşı, “Miqrasiya orqanında qulluq keçmə haqqında” Əsasnamyə də dəyişikliklər olunacaq, “İcbari sığortalar haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
    08.04.11 Məqaləni oxumaq
     
    Mehriban Əliyeva: “Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib”
    Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiyasında iştirak edib. Azərbaycanın birinci xanımı və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət həyatında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunub.
    08.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 147 148 149 150 151 152 153 154 155 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30