Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 146 147 148 149 150 151 152 153 154 » #
    Prezident Ukrayna Baş nazirinin müavinini qəbul edib
    Prezident İlham Əliyev bu gün Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Andrey Klyuyevi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Ukrayna arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib.
    İqtisadi əlaqələrimizin genişlənməsində hökumətlərarası birgə komissiyanın rolu qeyd olunub, bu baxımdan komissiyanın Bakıda keçirilən 9-cu iclasının önəmi vurğulanıb.
    Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
    22.04.11 Məqaləni oxumaq
     
    Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada bir araya gələcəklər
    Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın növbəti görüşü keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
    21.04.11 Məqaləni oxumaq
     
    Rəbiyyət Aslanova: “Beynəlxalq təşkilatlar ölkəmizdə olan mövcud durumu düzgün qiymətləndirmirlər”
    “Bəzi beynəlxalq təşkilatların ölkəmizdəki proseslərlə bağlı münasibəti gerçəkliyi əks etdirmir. Təbii ki, belə münasibət Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Avropa İttifaqının rəsmi şəxslərinin Azərbaycanda ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun məhdudlaşması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. R.Aslanova qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması, ifadə və söz azadlığının təmin olunması məsələsində heç bir problem yoxdur. Onun sözlərinə görə, bu hüquqlar müvafiq qanunvericilikdə öz əksini tapıb.
    21.04.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov Türkiyə prezidenti ilə görüşüb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Türkiyədə rəsmi səfərdə olub. DQİDK-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər Türkiyənin diyanət işləri başqanı Mehmet Görməzin dəvəti ilə reallaşıb. Səfər çərçivəsində keçirilən görüşlərdə Dövlət Komitəsi ilə Diyanət İşləri Başqanlığı arasında mövcud əlaqələrin gücləndirilməsi, ortaq milli-mənəvi dəyərlərimizin yad təsirlərdən qorunması ilə bağlı məsələlər müzakirə edilib, bölgədə dini durumun sabitliyi, vicdan azadlığının təmin olunması barədə ətraflı fikir mübadiləsi aparılıb. Türkiyə Prezidenti Abdulla Gül də Hidayət Orucovu qəbul edib. Görüşdə ortaq milli-mənəvi dəyərlərimizin qorunması, böyüməkdə olan nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunması, regionda dini sabitliyin daha da möhkəmləndirilməsi imkanları ilə bağlı fikirlər ifadə edilib. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin yüksələn xətlə inkişafından və iki ölkə arasında qarşılıqlı etimadın getdikcə güclənməsindən məmnunluq bildirilib.
    20.04.11 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Qarabağ nizamlanmasında daha aktiv rol oynamaq Rusiyanın borcudur”
    “Dağlıq Qarabağ məsələsinin tezliklə həll olunmasında daha aktiv rol oynamaq Rusiyanın borcudur. Çünki bu problemi Azərbaycan üçün qoyub gedən Rusiyanın hüquqi varisi olduğu SSRİ olub”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib. O bildirib ki, DQ probleminin yaranması Sovet İttifaqının “əməyi”nin məhsulu olduğu üçün burada ən böyük məsuliyyət də indi Moskvanın üzərinə düşür. “Son illər biz Rusiyanın Qarabağ probleminin həllində göstərdiyi səyləri alqışlayırıq. Məhz Rusiya Prezidentinin təşəbbüsü ilə son il yarımda 7 dəfə prezidentlər səviyyəsində görüş keçirilib. Düzdür, bir nəticə verməyib, amma problemin həlli yolunda Moskvanın bu aktivliyi istənilən halda müsbət qarşılanır” - deyə vitse-spiker vurğulayıb.
    19.04.11 Məqaləni oxumaq
     
    Trayan Beseskunun Azərbaycana rəsmi səfəri başa çatıb
    Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya Prezidentini Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
    19.04.11 Məqaləni oxumaq
     
    Prezident Latviyanın daxili işlər nazirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xanım Linda Murniesenin ölkəmizə səfər proqramının kifayət qədər geniş olduğunu vurğulayan dövlət başçısı bu səfərin uğurlu olacağına əminliyini ifadə edib. Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə belə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinin önəmini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etməsindən və genişlənməsindən məmnunluğunu bildirib. Riqada latviyalı həmkarı ilə əldə olunan razılaşmaya uyğun olaraq əlaqələrimizin bütün istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyini bildirən Prezident İlham Əliyev xanım Linda Murniesenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu deyib.
    18.04.11 Məqaləni oxumaq
     
    Ekspert: “NATO və Rusiya arasında Qarabağla bağlı gizli sövdələşmə var”
    “Lap əvvəldən NATO və Rusiya arasında Dağlıq Qarabağla bağlı gizli sövdələşmə var. Məhz buna görə BMT-nin məlum qətnamələri DQ üçün keçərsiz, digər bölgələr üçün isə hətta qəti formada keçərli olur”. Bu barədə “Azadinfom”a müsahibəsində politoloq Qabil Hüseynli bildirib. Onun sözlərinə görə, bu, artıq mexanizmə çevrilmiş sistemdir və münaqişə ilə bağlı bütün detallar bu mexanizm üzrə cərəyan edir. “Sovet İttifaqı dağıldıqdan sonra Rusiya Yaxın Şərqdə və digər bölgələrdə keçmiş SSRİ-nin mövqelərini ABŞ güzəştə getdi. Buna qarşılıq olaraq Vaşinqton da post sovet məkanında, xüsusən də Qarabağda olan hadisələrdəki manevrləri Moskvaya güzəştə gedir” - deyə Q.Hüseynli vurğulayıb. Politoloq deyir ki, bu sövdələşmə çoxdan var, sadəcə, hadisələrin həlli vaxtından çox uzandığı üçün hər şey indi üzə çıxır: “Əslində, ABŞ və Qərb çoxdan razılaşıb ki, Rusiya Qafqazdakı problemlərin “açarı”dır”.
    18.04.11 Məqaləni oxumaq
     
    Ermənilər atəşkəsi yenə pozub
    Ermənilər ötən gün saat 19.20-dən 19.25-dək Ermənistanın İcevan rayonu Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu Qızılhacılı kəndində yerləşən mövqelərimizi, aprelin 15-də saat 02.40-dan 02.50-dək isə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
    15.04.11 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçiriləcək
    Aprelin 27-də Bakıda Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-a verilən məlumata görə, iki gün davam edəcək konfransda ölkələr arasında növbəti il üçün planlaşdırılan hərbi əməkdaşlıq mövzuları müzakirə olunacaq. Konfrans Azərbaycan və ABŞ arasında imzalanmış Hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində reallaşacaq. Qeyd edək ki, konfransda Azərbaycan və EUCOM arasında növbəti il üçün hərbi əməkdaşlıq üzrə İş Planının mətni razılaşdırılacaq.
    15.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 146 147 148 149 150 151 152 153 154 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30