Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 145 146 147 148 149 150 151 152 153 » #
    Politoloq: “Azərbaycan hərbi strateji müttəfiqlərinin sayını artırmalıdır”
    “Bu gün Azərbaycanın hərbi strategiyasında qarşıda duran ən mühüm məsələ strateji müttəfiqlərinin konkretləşdirilməsi və onlarla hərbi sahədə əməkdaşlıqda lazımı hüquqi bazanın yaradılmasıdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov söyləyib. Türkiyə ilə artıq bu addımın atıldığını deyən E.Nəsirov bu sayın azlığını və bunu digər dövlətlərin timsalında artırılmasının vacibliyini bildirib. O, qeyd edib ki, hərbi strategiyanın güclənməsində Azərbaycanın əlavə silah-sursata da ehtiyacı böyükdür. “Nəzərə alsaq ki, ölkədə hərbi sənaye inkişaf edir, o zaman belə iri silahların Azərbaycanda istehsalı üçün də müvafiq beynəlxalq hərbi sənaye komplekslərindən lisenziya alması da vacibdir.
    27.04.11 Məqaləni oxumaq
     
    Hərbi ekspert hərbi qanunlarımızda ediləcək dəyişikliklərlə bağlı təkliflərini açıqladı
    “Bu gün Azərbaycanda hərbi qanunvericilikdə ediləcək addım doğrudur və buna ehtiyac var. Çünki ölkədə hərbi qanunvericilik sənədlərinin bir çoxu hələ də yenilənməyib və ya onların yenilənməsi işi çox ləng aparılıb”. Bu barədə “KƏLAMİNFO” müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib. O, qeyd edib ki, indiyə qədər bu dəyişikliyin olmaması səbəbindən xüsusilə hərbi qulluqçuların və onların ailələri, müharibə veteranları, şəhid ailələrinin sosial təminat məsələlərində müəyyən problemlər ortaya çıxırdı. “Bir neçə il öncə hərbi qulluqçuların, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələrinin güzəşt və imtiyazlarının çoxu ləğv edildi və bu müəyyən problemlər ortaya çıxartdı. Araşdırmalar göstərir ki, Azərbaycanda hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələrinin sosial rifahının gücləndirilməsi istiqmətində dəyişiklik edilməsinə ciddi ehtiyac yaranıb.
    26.04.11 Məqaləni oxumaq
     
    “Dövlət və Din” ictimai fikir toplusunun növbəti nömrəsi çapdan çıxıb
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun cari ildə ikinci nömrəsi çapdan çıxıb. DQİDK-dən “KƏLAMİNFO”ya verilıən məlumata görə, dövlət başçısı İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ilə açılan jurnalın “rəsmi guşə”sində ölkə prezidentinin Novruz bayramı münasibətilə xalqımıza təbriki dərc olunub. Bu rubrika daxilində həmçinin Prezident İlham Əliyevin Gəncədə “İmamzadə” dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olması və Xocalı faciəsi qurbanlarının xatirəsinin anma mərasimində iştirakı geniş işıqlandırılıb. Toplunun “Azərbaycan gerçəkliyi”, “Cəmiyyət və din”, “İslam həqiqətləri”, “Tarixə pəncərə” və “Dinlər, təriqətlər” rubrikaları və bölmələrində müxtəlif mövzulara həsr edilən yazılar dərc edilib.
    26.04.11 Məqaləni oxumaq
     
    Fikrət Sadıxov: BMT-ni günahlandırmaqla vaxt itiririk
    “BMT kimi təşkilatların Dağlıq Qarabağla bağlı qətnamələrinin reallaşmamasının günahını təmin təşkilatda yox, artıq onu yönəldən dövlətlərdə axtarmaq vaxtı gəlib çatıb”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Onun sözlərinə görə, son illərin reallıqları beynəlxalq münasibətlərdə ciddi dəyişikliyin olmasından xəbər verir. “Dünyadakı hadisələr və BMT-nin onlara yanaşması göstərir ki, burada millətlərin mənafeyindən çox qurumun Təhlükəsizlik Şurasına üzv ölkələrin maraqları daha çox əhəmiyyət daşıyır” - deyə F.Sadıxov vurğulayıb. O qeyd edir ki, bu qətnamələrin reallaşmasında BMT-ni suçlamaqla vaxt itirməkdənsə, ictimaiyyət həmin ölkələrdən bu məsələnin reallaşmasını tələb etməlidir. “Onlardan bir çoxu, məsələn, ABŞ, Rusiya və b. Azərbaycanın strateji partnyorudur. Onlarla əməkdaşlıqda Bakı ortaya qoymalıdır ki, necə olur bizimlə bağlı qəbul olunan 18 ildir gecikən qətnamələr Liviyada cəmi iki günə reallaşdı? Bu məsələlərə artıq rəsmi olaraq aydınlıq gətirməyin vaxtı çatıb” - deyə o, əlavə edib.
    25.04.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov Astanaya gedir
    Aprelin 26-da Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti TÜRKPA-nın II Plenar iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək. Bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib. Onun sözlərinə görə, iclas zamanı TÜRKPA yaranan zaman imzalanmış İstanbul sazişinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı protokol, Türkdilli ölkələrin parlamentlərinin kitabxanaları arasında əməkdaşlıq haqqında protokol imzalanacaq. “Bütün görüşlərin yekunu olaraq isə Astana bəyannaməsinin qəbul olunması gözlənilir” - deyə A.Təvəkküloğlu bildirib. İclas çərçivəsində TÜRKPA-nın gerbinin və bayrağının müəyyən olunması da müzakirə olunacaq.
    25.04.11 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Azərbaycanın uzlaşdırılmış siyasəti başadüşüləndir”
    ABŞ və Azərbaycan arasında çoxdan sözügedən hərbi təlimlərin gecikməsi ictimai mühitdə kifayət qədər narahatlıq yaratmaqdadır. Bir çox ekspert bu məsələdə hətta Rusiyanı ittiham edirlər. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc isə “KƏLAMİNFO”ya müsahibəsində bildirir ki, bu təxirəsalmanı xüsusi siyasi səbəblərlə əlaqələndirmək düzgün deyil. O qeyd edib ki, Azərbaycanın Rusiyanın təsiri altında bundan imtinasını real saymır. “ABŞ-Azərbaycan hərbi əməkdaşlığı müəyyən həddə çatıb. Amma iki ölkə arasındakı əməkdaşlıq strateji münasibətlər səviyyəsində deyil. Bizim arzu etdiyimiz iki ölkə münasibətlərinin sırf hərbi əməkdaşlıq, yardımlaşma səviyyəsinə çatması üçün birinci növbədə ABŞ daha real addımlar ata bilər. Söhbət regiondakı risklərə qarşı açıq olmaqdan gedir.
    25.04.11 Məqaləni oxumaq
     
    Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Bakıda səfərdədir
    Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, xanım Vera Kobaliya bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və şəhidlər Xiyabanını ziyarət edib. İşgüzar səfər zamanı gürcüstanlı nazirin Azərbaycan tərəfi ilə sərmayələrin təşviqi, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.
    25.04.11 Məqaləni oxumaq
     
    Hulusi Kılıc: “Türkiyənin Ermənistan ilə sərhədi lazım gələrsə 180 il də bağlı qalar”
    Türkiyənin Ermənistan ilə sərhədi 18 ildir bağlıdır, lazım gələrsə 180 il də bağlı qalar. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib. O qeyd edib ki, bu məsələdə Türkiyənin yeganə şərti ədalətdir, işğal olunan Azərbaycan torpaqlarının azad olunmasıdır. Səfir deyib ki, dünya dövlətlərinin bölgədəki ədalətsizliyi görməsi çox zəruridir. “Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT-nin 4 qətnaməsi var. Bunlar yerinə yetirilməlidir. Bu gün Türkiyəyə təzyiq edənlər, “sərhədi aç” deyərək basqı yapanlar bu qətnamələri görmürlərmi? Türkiyə Azərbaycan torpaqlarının işğal olunması səbəbindən sərhədlərini bağlayıb. Əvvəlcə bu səbəb aradan qaldırılmalıdır. İşğal aradan qalxmayınca, sərhədlər açılmayacaq.
    23.04.11 Məqaləni oxumaq
     
    Prezident Avropa Parlamentinin üzvünü qəbul edib
    Prezident İlham Əliyev bu gün Avronest Assambleyasının prezidenti, Avropa Parlamentinin üzvü Kristian Vigenini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Kristian Vigenin ölkəmizə səfərinin əsas məqsədinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində yaradılan Parlament Assambleyası, həmçinin Avropa İttifaqı, Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələlərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib. O, dövlət başçıları səviyyəsində bu əlaqələrə maraq göstərilməsinin önəmini vurğulayıb. Bu təşəbbüsün və proqramın ölkəmiz üçün əhəmiyyətli olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev Kristian Vigeninin səfərinin bu sahədə gələcək əməkdaşlığımız üçün faydalı olacağına əminliyini bildirib.
    23.04.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: İctimai Palata iflasını uydurmalarla ört-basdır etmək istəyir
    “Milli İstiqlal Partiyası (AMİP) iqtidarın təhriki ilə İctimai Palata girməyib ki, indi də iqtidarın təhriki ilə bu qurumdan çıxsın. Bu, sadəcə, radikal müxalifətin uydurduğu cəfəngiyatdır”. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında vitse-spiker Bahar Muradova bildirib.
    B.Muradova qeyd edir ki, oyuncaq qurum olan İctimai Palata iflasa uğradığını hiss edib uydurmalarla bunu ört-basdır etmək istəyir. Ölkədəki siyasi prosesləri kifayət qədər normal qiymətləndirən B.Muradova bir qrup radikalın bundan narahat olduğunu bildirib. “Həmin radikallar düşünür ki, iqtidar legitim deyil, iqtidarın atdığı addımlar yanlışdır. Onlar öz fəaliyyətlərinin iflasa uğramaları səbəbindən belə yalanlara əl atırlar. Çünki iqtidar öz fəaliyyətini düzgün istiqamətdə qurub və dövlətin, xalqın mənafeyini güclü müdafiə etməkdə davam edir” - deyə B.Muradova vurğulayıb.
    22.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 145 146 147 148 149 150 151 152 153 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30