Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 144 145 146 147 148 149 150 151 152 » #
    Litva prezidenti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycanda rəsmi səfərdə olan Litva prezidenti xanım Dalya Qribauskayte bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub Sonra xanım Dalya Qribauskayte Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarında keçmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib. Litva prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
    03.05.11 Məqaləni oxumaq
     
    Bakıda “Kiber və Milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxışâ€ť adlı konfrans keçiriləcək
    Mayın 4-ü “Hyatt-Regency’ otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Rumıniyanın (NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi) Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Kiber və Milli təhlükəsizlik: NATO-nun siyasəti və milli baxışâ€ť mövzusunda konfrans keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya SAM-ın mətbuat xidmətindən veriblər. Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Milli Təhlükəsizlik Nazirliyinin Departament rəhbəri Kərim Kərimov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke, ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Cemi Smit və SAM-ın elmi işçisi Rəşad Kərimov əsas məruzəçilər qismində iştirak edəcəklər.
    02.05.11 Məqaləni oxumaq
     
    Mədəniyyət Məcəlləsi qəbul ediləcək
    Hazırda Milli Məclisin Mədəniyyət komitəsində müzakirə olunan “Mədəniyyət haqqında” yeni qanun növbəti mərhələdə Mədəniyyət Məcəlləsi kimi qəbul edilə bilər. Bu barədə “KƏLAMİNFO” müsahibəsində komitə üzvü Jalə Əliyeva bildirib. O qeyd edib ki, bununla bağlı hazırda komitədə müvafiq müzakirələr gedir və yeni qanun barədə Mədəniyyət və Turizm Nazirliyi də öz təkliflərini artıq təqdim edib. “Məcəllənin qəbul edilməsi dövlət tərəfindən mədəniyyət sahəsinin tənzimlənməsinə xidmət edəcək. Bu qanunla mədəniyyət sahəsi ilə məşğul olan bütün şəxslərin hüquqları təmin edilməlidir” - deyə J.Əliyeva vurğulayıb.
    02.05.11 Məqaləni oxumaq
     
    Zahid Oruc: “ABŞ-la münasibətlərdə ən böyük maneə Türkiyə-Ermənistan məsələsidir”
    “Çox təəssüf ki, bu gün Bakı ilə Vaşinqtonun münasibətləri 4-5 il bundan əvvəlki vəziyyətə deyil”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin fikrincə, son 5-6 il ötən 2 ildəki kimi də deyil. “Ötən 3-4 il göstərirdi ki, Azərbaycan-ABŞ münasibətlərində ən böyük maneə Türkiyə-Ermənistan məsələsidir. Yəni ölkədaxili və başqa hansısa məsələlər deyildi. İkinci səbəb isə bir sıra hallarda Barak Obama administrasiyasının beynəlxalq miqyasda siyasəti ilə bilavasitə əlaqəli idi. Burada Azərbaycan hakimiyyətinin maraqlarını axtarmaq, guya bu siyasətin hansısa antipatiyalar və ya simpatiyalar əsasında müəyyənləşdiyini vurğulamaq yerində olmazdı. Faktiki olaraq son dövrlər, xüsusilə də Metyu Brayzanın səfir kimi təyinatından sonra müsbət impulslar xeyli çoxalıb” - deyə Z.Oruc vurğulayıb.
    02.05.11 Məqaləni oxumaq
     
    Bakıda Azərbaycan və Türkiyədə siyasi durum müzakirə olunur
    Bu gün Bakıda “Azərbaycan və Türkiyədə siyasi pluralizmin inkişafı və durumu” mövzusunda Dəyirmi masa keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, konfransda hər iki ölkənin yaşadığı siyasi durum və pluralizm ənənləri müzakirə olunub. Konfransda Türkiyə Bahçışehir Univesritetinin rektoru Yılmaz Esmer Türkiyədəki pluralizmin inkişaf amillərindən və onun tarixdə keçdiyi yoldan bəhs edib. O, qeyd edib ki, bu sahədə ölkəsinin kifayət qədər təcrübəsi var. Daha sonra müzakirələrdə iki ölkə arasında siyasi ələqələrin tarixi ənənlərindən danışılıb. Tədbirdə AMEA-nın əməkdaşı, siyasi təhlilçi İradə Bağırova və ekspert Hikmət Hacızadə siyasi pluralizmin inkişafına dəstək verən amillərdən, hər iki ölkədə partiyaların səfərbər strategiyalarının əhəmiyyətindən, çox partiyalı sistemin inkişafından və s. mövzulardan danışıblar. Tədbirdə hər iki ölkədən alimlər və mütəxəssislər, o cümlədən Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edir. Toplantı sabah da davam edəcək.
    29.04.11 Məqaləni oxumaq
     
    Azərbaycan AŞ-nin Rəhbər Komitələrinin iclaslarında təmsil olunacaq
    Mayın 3-4-ü tarixlərində Strasburqda Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsi və 5-6 may tarixlərində Mədəni İrs üzrə Rəhbər Komitənin növbəti iclasları keçiriləcək. Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. İclasın gündəliyinə Avropa Şurasının Mədəniyyət sahəsi üzrə hökümətlərarası işi üçün yeni strukturlar, prioritetlər və iş əlaqələri, əldə olunmuş nailiyyətlər, 2012-2013-cü illər üçün mədəniyyət siyasəti, mədəniyyətlərarası dialoq, mədəni marşrutlar üzrə Hissəvi Saziş və s. kimi məsələlər daxil edilib. Tədbirdə ölkəmizin iştirak etdiyi layihələrlə yanaşı, Bakıda keçirilmiş “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun nəticələri də müzakirə olunacaq.
    29.04.11 Məqaləni oxumaq
     
    Politoloq: “Rusiya və Ermənistan Azərbaycana güc nümayiş etdirmək istəyir”
    “Bu gün ABŞ-ın başı Yaxın Şərqə, ərəb ölkələrinə qarışdığı üçün Cənubi Qafqaz, o cümlədən də Dağlıq Qarabağ və yaxud da Azərbaycanla nəzərdə tutulan təlimlər onun üçün ikinci plana keçib”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. O, qeyd edib ki, hazırda Vaşinqtonun xarici siyasəti bütünlüklə ərəb ölkələrində baş verən proseslərə yönəlib və digər regionlardakı marağı onun hələ ki, dondurulmuş vəziyyətdədir.
    28.04.11 Məqaləni oxumaq
     
    Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana rəsmi səfərə gəlib
    Bu gün Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana rəsmi səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, Ukrayna Prezidentini Heydər Əliyev adına Hava Limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli uşaqlar Ukrayna Prezidentinə gül dəstələri təqdim ediblər. Hava Limanının ali qonaqlar üçün salonunda Prezident Viktor Yanukoviç və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.
    28.04.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Uilyam Börnslə görüşüblər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnslə görüşüblər. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə müzakirə olunan məsələlərin təfərrüatları açıqlanmayıb. Həmsədrlər görüşün məhsuldar olduğunu bildiriblər.
    28.04.11 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Neft hasilatının sabit səviyyədə saxlanması bizim üçün çox vacibdir”
    “Neft hasilatının sabit səviyyədə saxlanılması məsələsi bizim üçün çox vacibdir. Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər böyük investisiyalar qoyurlar və eyni zamanda, Azərbaycan tərəfi də bu işlərdə fəal iştirak edir. Hazırda konsorsium tərəfindən hasil edilən neftin gəlir hissəsinin 75 faizi Azərbaycanın payına düşür. Bu, məhz vaxtilə “Əsrin kontraktı”nın üzərində danışıqların aparılması zamanı Azərbaycanın mövqeyinin kifayət qədər ciddi olmasından xəbər verir. Baxmayaraq ki, o vaxt həm iqtisadi vəziyyətimiz o qədər yaxşı deyildi, siyasi proseslər də müəyyən dərəcədə bizi narahat edirdi. O vaxt biz maksimum məqbul şərtləri əldə etmişdik. Məhz buna görə bu gün xarici tərəfdaşlar tərəfindən hasil edilən neftin əksər hissəsi Azərbaycanın payına düşür. Xarici şirkətlərlə apardığımız danışıqlarda biz daim bu məsələ ilə bağlı öz fikrimizi bildiririk. Biz istəyirik ki, uzunmüddətli hasilata nail olaq”.
    28.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 144 145 146 147 148 149 150 151 152 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30