Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 143 144 145 146 147 148 149 150 151 » #
    Elmar Məmmədyarov Serbiyada bir sıra görüşlər keçirib
    Belqradda ikigünlük rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov səfərinin ikinci günü Serbiya prezidenti Boris Tadiç tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov həmçinin ölkə parlamentinin sədri xanım Slavitsa Cukiç-Deyanoviç, Baş nazir Mirko Tsvetkoviç, Baş nazirin birinci müavini və daxili işlər naziri İvitsa Daçiç, əmək və sosial siyasət naziri Rasim Lyayiçlə görüşüb. Prezident B.Tadiçlə görüş zamanı Serbiyanın dövlət başçısı 2010-cu ilin 12-13 may tarixlərində Azərbaycana rəsmi səfərini xatırladıb. B.Tadiç cari ilin 8-9 iyun tarixlərində Azərbaycan prezidenti İlham Əliyevi ölkəsində səfərdə görməkdən məmnun olacağını bildirib. O, səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Prezident Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun açılışında iştirak edib
    Prezident İlham Əliyevin Muğan bölgəsinə səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı Sabirabad rayonuna gəlib. Dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanıb. Bu mərhələdə ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Monteneqrolu həmkarı ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Monteneqroya səfəri çərçivəsində bu ölkənin Xarici İşlər və Avropa İnteqrasiyası Naziri Milan Roçen ilə görüşüb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, iqtisadi və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
    05.05.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Bütün proqnozlarım özünü tam doğruldur”
    “Dağlıq Qarabağla bağlı son bir ildə danışıqların nəticəsiz dalana girməsi bir daha göstərdi ki, Rusiya çökmədən nə bu danışıqların sonu, nə də imzalanan sənədlərin əhəmiyyəti olacaq. Təbii ki, bundan sonar belə imzalanan sənəd olarsa əgər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. O, qeyd edib ki, artıq bir ildən çoxdur ki, onun bütün proqnozları özünü tam doğruldur. “Mən əsl işğalçı Rusiyanı hesab edirəm. Ona görə rus imperiyası dağılmamış bizim torpaqlar azad olunmayacaq. Çünki imperiya “dondurulmuş münaqişələr”də maraqlıdır”,-deyə V.Quluzadə vurğulayıb. Onun sözlərinə görə, Rusiya son aylar münaqişənin həli ilə bağlı təşəbbüsü ələ alsa da bu sadəcə görüntüdür. “Moskvanın niyyəti Qarabağın azad olunması deyil”,-deyə o, əlavə edib.
    05.05.11 Məqaləni oxumaq
     
    Politoloq: “Ermənistanın Rusiyadan asılılığı daha da möhkəmlənir”
    “Gürcüstanla Rusiya arasındakı məlum münaqişəni biz heç vaxt unutmamalıyıq, çünki bu göstərdi ki, donmuş münaqişələrin həlli nə dərəcədə vacibdir və beynəlxalq münasibətlərə necə böyük təsir edə bilər”. Bu barədə “KƏLAMİNFO” müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Ermənistanın Rusiyadan aslılığı daha da möhkəmlənir ki, bu da Moskva üçün pis keçmir. “Azərbaycan isə Qərb, xüsusən də ABŞ üçün çox vacib ölkədir. NATO-nun təyyarələri Əfqanıstana Azərbaycanın hava məkanından keçməklə uçur. Bundan başqa, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib halqadır. Mənə elə gəlir ki, biz də bu detallardan yararlanmalıyıq”,-deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, əks halda heç bir vasitə ilə Rusiyanın indiki mövqeyindən tərpətmək mümkün olmayacaq.
    05.05.11 Məqaləni oxumaq
     
    Prezident 8-9 iyunda Serbiyaya səfər edəcək
    Prezident İlham Əliyev cari ilin 8-9 iyun tarixlərində Serbiyaya səfər edəcək. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, bu barədə Elmar Məmmədyarovun serbiyalı həmkarı ilə görüşündə bildirilib. Nazirlərin görüşündə nəzərdə tutulan səfər və səfər zamanı müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi, ticarət, turizm və mədəniyyət sahəsində, eləcə də XİN-lər arasında, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
    04.05.11 Məqaləni oxumaq
     
    Azay Quliyev: “ATƏT və Minsk Qrupu konkret mövqe nümayiş etdirməlidir”
    İyun ayında Serbiyanın paytaxtı Belqrad şəhərində ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev məlumat verib. A.Quliyev bildirib ki, deputatlarımız tərəfindən ATƏT-in faktaraşdırıcı missiyasının hesabatına münasibət bildiriləcək. Eləcə də, sessiyada erməni hərbçiləri tərəfindən azyaşlı uşağın qətlə yetirilməsi məsələsi qaldırılacaq. “ATƏT Ermənistanın işğalçılıq siyasəti ilə bağlı ciddi qərarlar qəbul etməlidir. Əks halda, işğalçı dövlət sülhə getmək üçün addımlar atmayacaq. Heç kəsə sirr deyil ki, Ermənistan danışıqlar prosesindən münaqişənin həllini uzatmaq üçün istifadə edir. Amma bu danışıqlar sonsuz ola bilməz. Ona görə də, ATƏT və onun Minsk qrupu konkret mövqe nümayiş etdirməlidir”,-deyə A.Quliyev bildirib.
    04.05.11 Məqaləni oxumaq
     
    Asəf Hacıyev Malaziyaya gedir
    Milli Məclisin deputatı Asəf Hacıyev sabah Malaziyaya səfər edəcək. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, millət vəkili Kuala Lumpur şəhərində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının təşkil etdiyi tədbirdə iştirak edəcək. Səfər mayın 9-da başa çatacaq.
    04.05.11 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Terrorla mübarizə yeni ərazilərin ələ keçirilməsi vasitəsinə çevrilməməlidir”
    “Üsəma bin Ladenin ölümü bir daha sübut edir ki, hər hansı bir terror təşkilatının əsası hansısa güc dövlətinə bağlı olsa da, nə qədər müasir silahlara, mühüm kəşfiyyat məlumatlarına malik olsa da, onun fəaliyyətinin sonu qalibiyyət yox, məhvdir”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. O hesab edir ki, indi dünyada terrora qarşı mübarizə bütün cinahlarda, bütün məkanlarda aparılmalıdır. “Eyni zamanda, bu mübarizə heç olmasa bundan sonra heç bir halda soyuq savaş, dinlərarası konfliktlər, yeni ərazilərin ələ keçirilməsi vasitəsinə çevrilməməlidir” - deyə millət vəkili vurğulayıb. Z.Oruc ümid edir ki, bin Ladeni ətrafındakılardan kimsə təkrarlaya, eləcə də onun ölümündən kimlərsə dinlərarası konflikti dərinləşdirmək məqsədilə istifadə edə bilməyəcək. “Əgər hər şey bu axarla davam edərsə, dünya artıq axıra kimi bütün terror qruplarına qarşı eyni səmimiyyətlə mübarizə aparmağa nail olacaq” - deyə o, əlavə edib.
    04.05.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarovun Serbiya və Monteneqroya rəsmi səfərləri başlayıb
    Xarici işlər naziri Elmar Məmmədyarovun Serbiya və Monteneqroya rəsmi səfərləri başlayıb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərlər bu gündən mayın 5-nə kimi nəzərdə tutulub. Serbiya səfəri çərçivəsində E.Məmmədyarovun Serbiya prezidenti Boris Tadiç, bu ölkənin xarici işlər naziri Vuk Yeremiç, Serbiyanın əmək və sosial siyasət naziri Rasim Lyaiç, Serbiya baş nazirinin birinci müavini və daxili işlər naziri İvitsa Daçic, Serbiya Milli Assambleyasının prezidenti xanım Slavitsa Cukiç Deyanoviç və Serbiyanın baş naziri Mirko Tsvetkoviç ilə görüşləri gözlənilir. Monteneqroya səfəri zamanı E.Məmmədyarovun bu ölkənin xarici işlər və Avropaya inteqrasiya naziri Milan Roçen, Monteneqronun baş naziri İqor Lukşiç, Monteneqro parlamentinin spikeri Ranko Krivikapiç, Monteneqronun prezidenti Filip Vuyanoviç ilə görüşləri planlaşdırılıb. Hər iki səfər zamanı ikitərəfli münasibətlər, regional təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi, siyasi mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə mövzusu olacaq.
    04.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 143 144 145 146 147 148 149 150 151 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30