Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 142 143 144 145 146 147 148 149 150 » #
    Əli Həsənov: “Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir”
    “Açığını deyim ki, Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. “Hətta o, Moskvada olarkən, Kommunist Partiyasının sıralarında yüksək vəzifə tutarkən onun fəaliyyətinin bəlkə də yarısından çoxu Azərbaycana xidmətdə keçirdi. Heydər Əliyevsiz Azərbaycana həmişə çətindir. Biz Heydər Əliyevin yerini görürük, hər yerdə hiss edirik. Baxmayaraq ki, bu gün Heydər Əliyevin siyasi kursu, daxili və xarici siyasəti uğurla davam etdirilir. Onun siyasi varisi cənab İlham Əliyev sözün həqiqi mənasında Azərbaycanı Heydər Əliyev yolu ilə uğurla irəli aparır. Amma Heydər Əliyevin yeri həmişə hiss olunur. Çünki o, elə bir siyasətçi idi ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin belə şəxsiyyətlərə ehtiyacı var. Və ümumiyyətlə, Azərbaycan bir lider kimi onunla yaşayıb, yaşayır və gələcəkdə də yaşayacaq” – deyə Əli Həsənov vurğulayıb.
    10.05.11 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Azərbaycanda müxalifət deyəndə yalnız parlamentdə təmsil olunan azlıqlar nəzərdə tutulur”
    “Bu gün Azərbaycanda müxalifət deyəndə parlamentdə təmsil olunan, azlıq təşkil edən partiyalar və onların nümayəndələri nəzərdə tutulur”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O, qeyd edib ki, indi Azərbaycan siyasi-ictimai mühiti elə bir vəziyyətə gəlib çatıb ki, müxalifət anlayışı dedikdə yalnız parlamentdə təmsil olunan müxalif quruplar nəzərdə tutulur. Bu yaxınlarda parlamentdə təsis olunan müxalif partiyaların “Parlament müxalifət deputat qrupu”da birləşməsinə münasibət bildirən Ə.Əhmədov deyib ki, bundan narahat olan qüvvələr məlum hadisəyə normal yanaşmalıdırlar. “Düzdür, qrupda birləşən partiyalar baxışlarına görə bir-birindən fərqlənirlər, ona görə də onların hansı prinsipdən çıxış edərək birləşməsi haqqında heç nə deyə bilmərəm.
    10.05.11 Məqaləni oxumaq
     
    Milli Məclis müzakirələrə başlayıb
    Bu gün Milli Məclisin növbəti iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Şuşa şəhərinin işğalında həlak olanlar 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra spiker Oqtay Əsədov 9 may Qələbə bayramı münasibətilə deputatları və Azərbaycan xalqını təbrik edib. O qeyd edib ki, tezliklə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixində Dağlıq Qarabağın azad olunması kimi yeni qələbə gününü əlavə edəcəyik. Spiker ulu öndərin anadan olmasının 88-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. O.Əsədov bildirib ki, ulu öndər Heydər Əliyevin sayəsində qısa müddətdə Azərbaycan iri addımlarla inkişaf yolu keçib. Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər onun zəhmətinin bəhrəsidir.
    07.05.11 Məqaləni oxumaq
     
    Prezident: “2012-ci ilin sonuna qədər bütün yaşayış məntəqələri qazlaşdırılmalıdır”
    “Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, 2012-ci ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələri - harada ki, mümkündür – qazlaşdırılsın”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Muğan bölgəsinə səfər edən Prezident İlham Əliyev əhali ilə söhbətində deyib. Onun sözlərinə görə, beləliklə, ölkə ərazisinin 95 faizi qazlaşdırılacaq: “Vətəndaşları narahat edən digər məsələ içməli su ilə bağlıdır. Bu məsələ əfsuslar olsun ki, əsrlər boyu bizi incidib. Çünki kifayət qədər su mənbələrimiz olmayıb. Vaxtilə çəkilmiş xətlər sıradan çıxıb. Rayon yerlərində ümumiyyətlə kanalizasiya xətləri olmayıb. Böyük layihədir, böyük proqramdır, indi icra olunmağa başlayıb. Biz çalışmalıyıq ki, bu layihəni də 2013-cü ilin sonuna qədər icra edək. Bu da çox böyük layihədir. Həm texniki cəhətdən çox çətin, həm iqtisadi cəhətdən, maliyyə baxımından çox böyük vəsait tələb edən layihədir. Ancaq bu iki layihəni - qazlaşdırma ilə içməli su-kanalizasiya məsələlərini həll etsək, böyük bir iş olacaq. Yaşamaq, işləmək üçün şərait daha da yaxşı olacaq. İş yerləri açılmalıdır. İşlər görülür, amma hələ ki, işsizlik, işsizlər var. Biz bu məsələyə də daim diqqət göstərməliyik”.
    07.05.11 Məqaləni oxumaq
     
    Prezident İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı kompleksin açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə bildirib ki, İmişli şəhərinin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ilin oktyabrından başlanılıb. Bu nəhəng idman qurğusunun inşası üçün 5 hektar torpaq sahəsi ayrılıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb və mayın əvvəlində başa çatdırılıb. İkimərtəbəli kompleksin binasında universal idman zalı, üzgüçülük hovuzu, boks, güləş, trenajor, şahmat və konfrans zalları, eləcə də yeməkxana və mehmanxana fəaliyyət göstərir.
    06.05.11 Məqaləni oxumaq
     
    Prezident Ağcabədidə Heydər Əliyev parkı ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Ağcabədiyə səfəri çərçivəsində rayonun mərkəzində salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısına bildirilib ki, Ağcabədi şəhərində 2000-ci ildə istifadəyə verilən Heydər Əliyev adına parkın ümumi sahəsi 4 hektardır. 2008-ci ildə yenidən qurulan parkda ulu öndərin abidəsi ucaldılıb. Abidənin arxa hissəsində qranitdən Azərbaycanın xəritəsi işlənib. Şəhərin ən gözəl guşəsinə çevrilən parkda həm uşaqlar, həm də böyüklərin rahatlığı üçün hər cür şərait yaradılıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Prezident İmişlidə “Azərsun Holdinq”in müəssisələri ilə tanış olub
    Prezident İlham Əliyev mayın 5-də İmişli rayonuna səfəri çərçivəsində “Azərsun Holdinq” şirkətinin müəssisələri ilə tanış olub, yem fabrikinin açılışında, kəllə qənd zavodunun təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə “Green Land” yem fabrikinin açılışında iştirak edib. Bildirilib ki, prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstək siyasətinə uyğun olaraq, “Green Land” yem fabriki dövlətin güzəştli krediti və “Azərsun Holdinq”in vəsaiti hesabına inşa olunub.
    06.05.11 Məqaləni oxumaq
     
    Səfir Aqşin Mehdiyev Karib Dövlətləri Birliyinin iclasında iştirak edib
    Azərbaycanın BMT yanında Daimi nümayəndəsi səfir Aqşin Mehdiyev mayın 4-5-də Sent Kitts və Nevisdə keçirilmiş Karib Dövlətləri Birliyinin (CARİCOM) Xarici Münasibətlər üzrə Şurasının 14-cü iclasında iştirak edib. Nümayəndəlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda çıxış edən A.Mehdiyev Azərbaycanın Karib hövzəsi ölkələri ilə münasibətlərin genişləndirilməsi siyasətini davam etdirdiyini bildirib, həmin ölkələr ilə qarşılıqlı maraq doğuran əməkdaşlığın inkişafı və dialoqun aparılması vacibliyini vurğulayıb.
    06.05.11 Məqaləni oxumaq
     
    İndoneziyada Qoşulmama Hərəkatının konfransı keçiriləcək
    Cari ilin 25-27 may tarixlərində İndoneziyanın Bali adasında Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində 16-cı konfransının keçirilməsi planlaşdırılır. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sözügedən konfrans çərçivəsində hərəkatın 50-ci il dönümünün qeyd edilməsi nəzərdə tutulur. XİN bildirir ki, konfransı işıqlandırmaq istəyən KİV nümayəndələri viza və akkreditə ilə bağlı əlavə olunan təlimatlara (ingilis dilində) uyğun şəkildə sənədlərini İndoneziya tərəfinə təqdim etməlidirlər.
    06.05.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə “Amnistiya haqqında” qanunun qəbul olunması təklif olundu
    Milli Məclisdə 28 May Respublika günü ilə bağlı “Amnistiya haqqında” qanunun qəbul olunması təklif olundu. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə parlamentdə millət vəkili İqbal Ağazadə təkliflə çıxış edib. O qeyd edib ki, hazırda bu qanunun qəbul olunması kifayət qədər ehtiyac var və onlarla ailə bu gün bunu gözləyir. “Onlarla ailə indi həmin gün münasibətilə amnistiya gözləyir. Ümid edirəm ki, cənab prezident öz qanunvericilik təşəbbüsü hüququndan istifadə edib bu gün ərəfəsində bu məsələni qaldıracaq” - deyə millət vəkili vurğulayıb. İ.Ağazadə amnistiyanın qəbul olunmasında 2 Aprel mitinqlərində saxlanılan şəxslərin də maddələrinin nəzərdə tutulmasını xahiş edib. Millət vəkili, həmçinin dövlət büdcəsinin müzakirəsinə qədər “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklərin qəbul edilməsini təklif edib.
    06.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 142 143 144 145 146 147 148 149 150 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30