Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 141 142 143 144 145 146 147 148 149 » #
    BMT-nin qaçqınlar üzrə ali komissarı Azərbaycana gələcək
    Mayın 18-19-da BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterres Azərbaycana səfər edəcək. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistandan ölkəmizə gələn ali komissar mayın 18-də Ağdamda olacaq. Ordan isə Yevlaxda məcburi köçkünlər üçün tikilən binalara gələcək: “Quterres ali komissar seçiləndən sonra ilk səfərini Azərbaycana edib. O, bütün tədbirlərdə Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri hər yerdə misal çəkir, nümunə göstərir. Son işlərlə tanışlıqdan sonra güman edirik ki, daha yüksək fikirlər söyləyəcək”.
    13.05.11 Məqaləni oxumaq
     
    Fikrət Sadıxov: “İran cəhənnəmə tək getmək istəmir”
    “Bütün təkidlərə və tələblərə baxmayaraq, İranın Ermənistanla əməkdaşlığı artan templə davam edir. Çünki Tehranın İrəvanla isti münasibətlərinin səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloq deyir ki, bu gün apardığı siyasətlə İran özünə borc bilir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana yardımlar etsin və bu yardımları daim artırsın. “Ötən ilə qədər İranın Ermənistana etdiyi yardımlar 50 milyon ABŞ dolları civarında ölçülürdü. Bu ilin ilk rübündə aparılan danışıqları nəzərə alsaq, bu rəqəm 250 milyon ABŞ dollarına çatıb. Çox qəribədir ki, bu, İranda sosial-iqtisadi vəziyyətin ağır olduğu dövrdə baş verir” - deyə F.Sadıxov vurğulayıb. Ekspert qeyd edir ki, sanksiyalarla üzləşən İranın qonşuluğunda işğalçı dövləti dəstəkləməsi Tehranın regionda gələcəkdə çox da xoşa gəlməyən niyyətindən xəbər verir. “İran son ayaqda cəhənnəmə tək getmək istəmir” - deyə o, əlavə edib.
    13.05.11 Məqaləni oxumaq
     
    ATƏT PA sədrinin Azərbaycana səfəri başlayıb
    ATƏT Parlament Assambleyasının (PA) sədri Petros Eftimiun bu gün Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar. ATƏT PA-nın sədri Petros Eftimiun jurnalistlərə bildirib ki, səfərinin əsas məqsədi Azərbaycanla təhlükəsizlik, iqtisadi, ekoloji, insan hüquqları və demokratiya sahəsində, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparmaqdır. Petros Eftimiun Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparacaq.
    13.05.11 Məqaləni oxumaq
     
    ATƏT PA sədri ümummilli liderin məzarını ziyarət edib
    ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiun ölkəmizə səfəri çərçivəsində bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. “KƏLAMİNFO” xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb. Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
    12.05.11 Məqaləni oxumaq
     
    Diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans keçirilib
    Bu gün ATƏT-in Bakı ofisi və Mətbuat Şurası qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans təşkil olunub. Tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel və ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Azərbaycanın diffamasiyanın dekriminallaşdırmaq təşəbbüsünü yüksək dəyərləndirib. D.Miyatoviç bu qanunun parlament tərəfindən qəbulunun zəruriliyini açıqlayıb. Onun sözlərinə görə, dünya ölkələrində diffamasiyanın dekriminalizasiyası pozitiv nəticələr verir. O, qanunun qəbulunu həm də media təmsilçilərinin peşəkarlığının artmasına kömək edəcəyini əlavə edib. “Jurnalist yazığı yazılara görə cinayət məsuliyyətinə cəlb edilməməlidir. Jurnalistin öz peşə fəaliyyətini yerinə yetirməsi üçün imkanlar yaradılmalıdır. Son vaxtlar Azərbaycanda diffamasiya ilə bağlı jurnalist həbs olunmayıb. Azərbaycanda bir sıra qəzetlərə qarşı mülki iddialar qaldırılıb, məhkəmə çəkişmələri aparılır və bununla bağlı məhkəmə qərarları da var",-deyə o söyləyib.
    12.05.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Media azadlığının pozulması fikrinin səslənməsi fiksiyadır”
    Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, Ə.Həsənov beynəlxalq təşkilatların Azərbaycanla bağlı açıqlamalarından təəccübləndiyini söyləyib. “Bəzi beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığı ilə bağlı açıqlamalarına sadəcə təəccüblənirəm. Ona görə yox ki, onlar Azərbaycanla bağlı belə subyektiv mülahizələrdən çıxış edərək açıqlamalar verirlər. Bu təşkilatlar getdikcə öz müstəqilliklərini itirərək ayrı-ayrı mərkəzlərin sifarişlərini yerinə yetirməyə başlayıblar. Azərbaycan kimi ölkədə medianın təsis olunması, onların fəaliyyətlərinin davam etdirilməsi üçün heç bir yasaqlayıcı qanun olmadığı təqdirdə media azadlığının pozulması fikrinin səslənməsi sadəcə olaraq fiksiyadır” - deyə Ə.Həsənov vurğulayıb.
    12.05.11 Məqaləni oxumaq
     
    ABŞ-da “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajın təqdimat mərasimi keçirilib
    Azərbaycanın ABŞ-dakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Discovery Science kanalının Bakıda tikilməkdə olan Heydər Əliyev Mədəniyyət Mərkəzi və “Atəş Qüllələri”nə həsr olunmuş “Azərbaycanın fövqəladə transformasiyası” adlı xüsusi reportajın rəsmi təqdimat mərasimini keçirib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, təqdimatda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmlənməsi, iqtisadiyyatının inkişafı və dünya birliyində özünəlayiq yer tutmasından Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. Səfir ümummilli liderin Azərbaycanın daha da güclənməsinə və müasir dövlət kimi inkişaf etməsinə dair arzularının bu gün Prezident Ilham Əliyevin rəhbərliyi altında gerçəkliyə çevrildiyini qeyd edib.
    11.05.11 Məqaləni oxumaq
     
    Dunya Miyatoviç: “Diffamasiyanın dekriminallaşdırılması Azərbaycan cəmiyyətinin maraqlarına uyğun həllini tapacaq”
    “Diffamasiya və diffamasiyanın dekriminallaşdırılması istiqamətində bizim əməkdaşlıq və bu kimi məsələlərin düzəldilməsi, jurnalistlərə ifadə azadlığının təmin edilməsi təbii ki, Azərbaycan cəmiyyətinin maraqlarına uyğun öz həllini tapacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç diffamasiyanın dekriminallaşdırılması mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib. Onun dediklərinə görə, senzura məsələsi təkcə Azərbaycanda yox, keçid dövrünü yaşayan, eyni zamanda, ən demokratik ölkələrdə belə çətinliklər törədir. “Azərbaycan hakimiyyətinin diffamasiyanı dekriminallaşdırmaq və artıq bu vacib addımı atmış ATƏT-ə üzv dövlətlərin sırasına qoşulmaq təşəbbüsünü yüksək qiymətləndirirəm” - deyə o söyləyib. D.Miyatoviçin sözlərinə əsasən, jurnalist öz məsuliyyətini dərk etməlidir, ancaq yazdığı yazıya görə cinayət məsuliyyətinə cəlb edilməməlidir.
    11.05.11 Məqaləni oxumaq
     
    Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
    Azərbaycan prezidenti İlham Əliyev bu gün Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə Heydər Əliyevə ehtiramını bildirib, məzarı önünə əklil qoyub. Prezident İlham Əliyev akademik Zərifə Əliyevanın da məzarını ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüb. Prezidentlə yanaşı, Azərbaycanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri də Heydər Əliyevin məzarını ziyarət ediblər. Bunun ardınca isə sadə vətəndaşların ziyarəti başlayıb. Qeyd edək ki, bu gün Azərbaycanda və dünyanın bir çox ölkəsində Heydər Əliyevin anadan olmasının 88 illiyi qeyd olunur.
    11.05.11 Məqaləni oxumaq
     
    “Azərbaycanın Türkiyə və İranla sərhədlərinin delimitasiyası problemi yoxdur”
    Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan hazırda Gürcüstandan diplomatik kanallar vasitəsilə dəvət gözləyir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib. O, qeyd edib ki, bu gün Azərbaycanla Gürcüstan arasında 480 kilometr sərhəd mövcuddur və bunun 300 kilometri artıq razılaşdırılıb, 180 kilometri isə hələ razılaşdırılmamış qalıb. “Hazırda ekspertlər səviyyəsində işlər aparılır, müvafiq sənədlər təyin olunur, diplomatik kanallarla Gürcüstandan dəvət gözləyirik”,-deyə komitə sədri vurğulayıb. Q.Məmmədov onu da bildirib ki, Azərbaycanla Rusiya arasında sərhədlərin delimitasiyası ilə bağlı müqavilə artıq Rusiya Dövlət Dumasında ratifikasiya edilib. O, həmçinin deyib ki, Azərbaycanın Türkiyə və İranla sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı problemi yoxdur.
    11.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 141 142 143 144 145 146 147 148 149 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30