Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 140 141 142 143 144 145 146 147 148 » #
    Hacı Allahşükür Paşazadə: “Qafqaz xalqlarını rifaha aparan yol sülhün qorunmasından keçir”
    Azərbaycan prezidenti İlham Əliyev dövlət-din münasibətlərinə, Qafqaz xalqlarının rifahına xüsusi həssaslıqla yanaşır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyxülislam deyib ki, bu, Azərbaycan hökumətinin siyasətinin başlıca xətlərindəndir. “Biz din nümayəndələri hesab edirik ki, bütün Qafqaz xalqlarını rifaha aparan yol dinlər arasında anlaşmadan, sülhün qorunmasından keçir. Bu gün QMİ-nin fəaliyyəti Qafqazdakı bütün qanuni dini qurumların fəaliyyətinə təkan verir. Ümumi yığıncaqlarımızda biz hər zaman separatçılara, terrorçu qruplara qarşı vahid mövqedən çıxış etmişik. Biz əminik ki, ekstremistlərin mənəvi təcavüz planlarının qarşısını yalnız dövlət başçıları, ictimai təşkilatlar, dini icmaların birgə səyi nəticəsində almaq olar” - deyə Şeyxülislam vurğulayıb.
    16.05.11 Məqaləni oxumaq
     
    Hacı Əli Əliyev: “Gürcüstan müsəlmanları QMİ-ni tanıyır və ona nativ qurum görmür”
    “Gürcüstanda yaradılmış Müsəlmanlar İdarəsi Qeyri Hökümət Təşkilatıdır və bu qurumu Gürcüstan müsəlmanları tanımır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyev deyib. O, bildirib ki, Gürcüstanda yaşayan müsəlmanlara əvvələr olduğu kimi, yenə də Qafqaz Müsəlmanları İdarəsi rəhbərlik edəcək. Onun sözlərinə görə, Gürcüstanda yaradılan təşkilat QHT-dir və onun QMİ-yə heç bir aidiyyatı yoxdur. “Bu məsələyə Qafqaz ölkələrinin heç biri münasibət bildirməyib. Ona görə də hesab edirik ki, bu məsələ tezliklə öz müsbət həllini tapacaq və tarixən olduğu kimi Gürcüstan müsəlmanları QMİ tərəfindən idarə olunacaq”,-deyə Ə.Əliyev vurğulayıb.
    16.05.11 Məqaləni oxumaq
     
    Ekspert: “Putin Medvedevi onun gücü ilə hesablaşmağa məcbur etmək istəyir”
    “Rusiya baş naziri Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi Partiyasını təsis etməklə gələcək parlament seçkilərində tərəfdarlarının sayını artırmağı planlaşdırır. Bununla V.Putin prezident Dmitri Medvedevi onun gücü ilə hesablaşmağa məcbur etmək istəyir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.
    16.05.11 Məqaləni oxumaq
     
    İranın Qarabağ məsələsində mövqeyində heç bir dəyişiklik baş verməyib
    İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyində heç bir dəyişiklik baş verməyib. «KƏLAMİNFO» «ISNA»ya istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst bildirib. «İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunvericilik, danışıqların davam etdirilməsi və sülh yolu ilə həllinin tərəfdarıdır» - deyə Mehmanpərəst İranın Ermənistandakı səfirinin bu günlərdə verdiyi açıqlamanı şərh edərkən vurğulayıb. Mehmanpərəst əlavə edib ki, İran münaqişə tərəflərinə kömək etməyə hazırdır.
    16.05.11 Məqaləni oxumaq
     
    Əli Hüseynli Varşavaya gedib
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gündən mayın 19-dək Polşanın Varşava şəhərində səfərdə olacaq. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, deputatımız ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun siyasi plüralizm mövzusuna həsr olunmuş seminarında iştirak edəcək. Tədbirdə siyasi partiyaların fəaliyyəti ilə bağlı qanunvericilik, bu strukturlarda qadınların və kişilərin bərabərhüquqlu iştirakı, sosial şəbəkələrdən istifadə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində Polşanın Prezident Administrasiyasında, Parlamentdə, ölkənin Mərkəzi Seçki Komissiyasında bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.
    16.05.11 Məqaləni oxumaq
     
    Bu gün Çexiya prezidenti Vaslav Klaus Azərbaycana gəlir
    Bu gün Çexiya prezidenti Vaslav Klausun Azərbaycana səfəri başlayır. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində Çexiya dövlət başçısı Prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Səfər zamanı Azərbaycan və Çexiya arasında bir sıra sənədlərin imzalanması planlaşdırılır. Çexiya Prezidenti həmçinin Azərbaycanın regionlarında da olacaq. V.Klausun Bakı Slavyan Universitetinin tələbələri ilə də görüşəcəyi nəzərdə tutulur.
    16.05.11 Məqaləni oxumaq
     
    Prezident general Dunkan Mak Nabbı qəbul edib
    Bu gün Prezident İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı, general Dunkan Mak Nabbın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    14.05.11 Məqaləni oxumaq
     
    Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək
    Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsindən veriblər. İclas QMİ-nin inzibati binasında başlayacaq. Qeyd edək ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb. Həmin vaxt QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan, Dağıstan, Kabarda-Balkar, Gürcüstan, İnquşetiya, Çeçenistan, Qaraçay-Çərkəz, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilib.
    13.05.11 Məqaləni oxumaq
     
    XİN-dən növbəti xəbərdarlıq
    Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Liviyadakı mövcud vəziyyətlə bağlı xəbərdarlıq edir. “KƏLAMİNFO” XİN-nin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Liviyanın bir çox şəhərində hökumət əleyhinə nümayişlər başlayıb. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verib, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olub. Nəticədə BMT Təhlükəsizlik Şurası Liviyada baş verən hadisələrlə əlaqədar 26 fevral 2011-ci il tarixində 1970 saylı, 17 mart 2011-ci il tarixində isə 1973 saylı qətnamələri qəbul edib, Liviyanın hava məkanı humanitar məqsədlər istisna olmaqla digər bütün növ uçuşlar üçün bağlı elan edilib.
    13.05.11 Məqaləni oxumaq
     
    Səfir Londonda xeyriyyə aksiyasında iştirak edib
    Londonda “CFAB” (Uşaqların və Ailələrin Qorunması) təşkilatı tərəfindən xeyriyyə xarakterli 52-ci ənənəvi Beynəlxalq Yaz Yarmarkası keçirilib. Yarmarkada Londonda akkreditə olunmuş 70-ə yaxın diplomatik nümayəndəlik edib. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi ölkəmizə aid milli suvenirlərdən ibarət stend, həmçinin milli musiqi nümunələrinin canlı ifası ilə təmsil olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Kral ailəsinin nümayəndələri və Böyük Britaniyanın nüfuzlu ictimai xadimlərinin qatıldığı yarmarkanın rəsmi açılış mərasimində səfir Fəxrəddin Qurbanov iştirak edib. Yarmarkada Azərbaycan stendi və milli musiqi nümunələrimiz iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, nümayiş etdirilən suvenirlərdən əldə olunmuş vəsait “CFAB”ın uşaqlara yardım fonduna köçürülüb.
    13.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 140 141 142 143 144 145 146 147 148 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30