Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 139 140 141 142 143 144 145 146 147 » #
    BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycana səfəri başlayıb
    BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin Azərbaycana səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu gün BMT rəsmisi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
    19.05.11 Məqaləni oxumaq
     
    “Şərq Tərəfdaşlığı” əlaqələri intensivləşdirməyə imkan verəcək
    Bu gün “Şərq Tərəfdaşlığı” proqramı iki il sonra – nailiyyətlər və cağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramlı tədbirin mahiyyəti və “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia “Şərq Tərəfdaşlığı” proqramı barədə danışaraq, proqramın əsas məqsədinin siyasi baxış, sərhədlərdən yaxa qurtarmaq cəhdinin olduğunu və regiona sülh, stabillik və çiçəklənmə gətirəcəyini qeyd edib.
    18.05.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov Azərbaycan xalqını təbrik edib
    Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan xalqını “Eurovision” mahnı müsabiqəsindəki qələbə münasibətilə təbrik edib. O bildirib ki, 2 gün ərzində 8 milyon insan internetdə Azərbaycan haqqında axtarış verib. Bu qalibiyyətin ölkəyə olan marağı artırdığını qeyd edib. Deputat Azay Quliyev də “Eurovision” qələbəsi münasibətilə təbriklərini çatdırıb. O, çıxışında Avropa Parlamentinin Azərbaycan haqqında son bəyanatına münasibət bildirərək, bunu qeyri-obyektiv adlandırıb və qurumu qərəzli olmaqda ittiham edib. Daha sonra cari məsələlər müzakirə olunmağa başlayıb. Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 22 məsələ təklif edilib.
    18.05.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə Avropa Parlamenti ittiham edildi
    “Avropa parlamentinin tərəfdaş ölkələri arasında bütün məsələlər səmimi və qərəzsiz şəkildə həll edilir. Lakin, Avropa parlamentinin son bəyanatı Azərbaycanın bu quruma olan ümidlərini alt-üst etdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin iclasındakı çıxışında millət vəkili Azay Quliyev bildirib. O, qeyd edib ki, qəbul olunan bəyanat Avropa parlamentinin nizamnaməsinə ziddir, qurum reqlamentdən kənara çıxaraq Azərbaycan haqqında tələsik qərar çıxarıb. “Bu cür qətnamə Avropa Parlamentinin obyektivliyinə xələl gətirməklə onun beynəlxalq əhəmiyyətini azaldır və gələcəyini sual altında qoyur”,-deyə millət vəkili vurğulayıb. O, qəbul olunmuş qətnamədəki bir sıra qüsurları da nəzərə çatdıraraq bunun araşdırılmadan hazırlandığını bəyan edib. Qeyd edək ki, ötən günlərdə Avropa parlamenti Azərbaycanda insan haqları ilə bağlı bəyanat yayıb.
    18.05.11 Məqaləni oxumaq
     
    Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
    Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəmədən “KƏLAMİNFO”ya bildiriblər ki, iclasda AR Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 32-ci maddəsinə əsasən, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) AR Mülki Məcəlləsinin 316-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı sorğusuna baxılaraq icraata qəbul edilməsi haqqında qərardad çıxarılıb. Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 3-nə təyin edilmiş iclasında baxılacaq.
    17.05.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Çexiya prezidentlərinin təkbətək görüşü olub
    Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Çexiya prezidenti Vatslav Klausla təkbətək görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlət başçıları ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildiriblər. Prezidentlər Azərbaycan–Çexiya münasibətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    17.05.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə Avropa Parlamentinə etiraz müraciəti hazırlamaq üçün komissiya yaradılıb
    Milli Məclisdə Avropa Parlamentinə etiraz müraciəti hazırlamaq üçün komissiya yaradılıb. “KƏLAMİNFO” xəbər verir ki, komissiyaya vitse-spiker Valeh Ələsgərov sədrlik edəcək. Komissiyaya Səməd Seyidov, Fərəc Quliyev, Asim Mollazadə, Azay Quliyev, Əli Hüseynli və Aytən Mustafayeva daxildirlər. Spiker Oqtay Əsədov qeyd edib ki, dünyanın bir çox ölkəsində yüzlərlə insanın hüququ pozulur. “Mitinqlərdə insanlara atəş açılır, onlar atların altına salınır. Lakin həmin ölkələrlə bağlı bir qətnamə belə yoxdur. Azərbaycanda qanunsuz mitinq imitasiyası olmuşdu, dərhal belə bir qərar qəbul edirlər. Azərbaycanı istəməyən qüvvələr ölkənin inkişafını görmür, amma ölkəmizi nüfuzdan salmaq üçün əllərindən gələni edirlər” - deyə o vurğulayıb.
    17.05.11 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Bizim öz standartlarımız var və belə də davam edəcəyik”
    “Avropa Parlamentindən Azərbaycana qarşı ikili standart, arxadan zərbə birini mürəkkəbi qurumadan digəri başlayır. Onların son qətnaməsi də bunlardan biridir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. O qeyd edib ki, Azərbaycan bununla bağlı kəskin fikirlər bildirəcək: “Bu gün Qərb deyəndə bir jandarm başa düşülür. Bunlar beynəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar, necə istəyirlər elə də tətbiq edirlər. Onların devizi budur: “Güc bizdədir, resurs bizdədir və biz necə istəyirik elə də olmalıdır. İstəsəniz də budur, istəməsəniz də”. Amma ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə, deyirlər ki, bunu biz özümüz həll eləməliyik.
    17.05.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: “Bu gün Gürcüstanda baş verən hadisə gələcək siyasi oyunların ilk addımıdır”
    “Gürcüstanda müsəlmanlar üçün ayrıca idarənin yaradılması yeni məsələ deyil. Bu Gürcüstan müstəqillik əldə etdikdən sonra gedən proseslərin davamıdır.” “KƏLAMİNFO” xəbər verir ki, belə bir açıqlama ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edib. A.Paşazadə qeyd edib ki, hər bir dövlətin ixtiyarı var ki, daxilində dini məsələlərlə bağlı müstəqil qərar qəbul etsin. “Ancaq Gürcüstanda söhbət ondan gedir ki, əgər Gürcüstanda, o cümlədən Ermənistanda başqa dinlər üçün də ayrıca belə bir idarə yaradılsaydı, o zaman bunu başa düşmək olardı. Ancaq Gürcüstanda qeyd edilən idarənin yaradılması bu ölkədə yaşayan azərbaycanlıları Azərbaycandan ayrı salmaq məqsədi güdür. Hesab edirəm ki, bu artıq dini məsələ deyil. Onların Gürcüstanda yaşayan müsəlmanları QMİ-nin fəaliyyətindən kənar saxlamaqda planları var. Mən şübhə etmirəm ki, bunun arxasında dolayısı ilə “Böyük Ermənistan” ideyası durur. Bu gün Gürcüstanda baş verən hadisə gələcək siyasi oyunların ilk addımıdır”,-deyə Bütün Qafqazın Şeyxi vurğulayıb.
    17.05.11 Məqaləni oxumaq
     
    NATO-nun briqada generalı Azərbaycana səfərə gəlir
    Mayın 17-dən 19-dək NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının (BQK) əməliyyat direktoratlığının birgə planlar şöbəsinin rəisi, briqada generalı Maykl Jorqensen Azərbaycana səfər edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, general Maykl Jorqensenun Müdafiə Nazirliyinin rəhbərliyi ilə bir sıra görüşləri planlaşdırılır. Nazirlikdən verilən məlumata görə, bu həftə NATO-nun Brunssumdakı BQK-nin iştirakı ilə Bakıda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mayın 23-dən 25-dək NATO/ABŞ ekspertləri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımını davam etdirmək məqsədilə Azərbaycana səfər edəcək. Qeyd edək ki, Azərbaycan hərbçiləri bu ay NATO-nun Bakıda təşkil etdikləri tədbirlərdə iştirak edəcək. Mayın 23-dən 27-dək hərbçilərimiz NATO-nun arxa cəbhə idarəsinin tərəfdaşların arxa cəbhə ekspertlərinin işçi qrupunun növbəti görüşünə qatılacaq.
    17.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 139 140 141 142 143 144 145 146 147 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30