Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 138 139 140 141 142 143 144 145 146 » #
    Prezident Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Əsəd Alamı qəbul edib
    Prezident İlham Əliyev bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Əsəd Alamı qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bir sıra mühüm layihələr üzrə fəal işlərin aparıldığı qeyd edilib, ölkəmizin müvafiq strukturları ilə Dünya Bankı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
    26.05.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Ermənistanın imitasiya etmək imkanları daralıb”
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saatı” mövzusunda mətbuat konfransı keçirib. “KƏLAMİNFO” xəbər verir ki, M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Ermənistanın imitasiya etmək imkanlarının daraldığını bildirib. İmitasiya üçün artıq yerin olmadığını diqqətə çatdıran M.Əhmədoğlu hesab edir ki, Ermənistanın danışıqlarda konstruktiv mövqe tutmasının vaxtı çatıb. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin növbəti Kazan görüşünə toxunan M.Əhmədoğlu hesab edir ki, bu, çox ciddi bir görüş olmalıdır. Onun sözlərinə görə, bu görüşdə ya erməni separatçılığını canlandıran, ya da bu separatçılığa son qoya biləcək bir qərar qəbul edilə bilər.
    25.05.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Meksika mətbuatına Dağlıq Qarabağ münaqişəsindən danışıb
    Xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya həyata keçirilmiş səfərinə dair ölkədə yeganə ingilis dilində çap edilən “The News” qəzetində geniş məqalə dərc edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyimizdən veriblər. Məqalədə E.Məmmədyarova istinad olunaraq qeyd edilib ki, Azərbaycan enerji, ticarət və investisiyalar sahələrində Meksikaya yardım göstərməyi təklif edib və eyni zamanda, Meksika Hökuməti tərəfindən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin haqlı mövqeyinin gələcəkdə də müntəzəm şəkildə dəstəklənməsinə ümid edilir. Məqalədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, xalqımıza qarşı etnik təmizləmələr, Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünlərinin hüquqlarının tapdalanması, işğal edilmiş ərazilərdə tarixi və mədəni irsinin məhv edilməsindən söz açılır.
    25.05.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton Ali Məhkəmənin sədri ilə görüşüb
    Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Ceyms Hamilton Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Görüşdə Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verən R.Rzayev qeyd edib ki, Azərbaycan məhkəmə hüquq sahəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə beynəlxalq təşkilatlar vasitəsilə uğurla əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycanda ən yüksək qanunvericilik prinsipləri fəaliyyət göstərir. “Ölkəmizdə Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur”,-deyə R.Rzayev vurğulayıb.
    24.05.11 Məqaləni oxumaq
     
    “NATO Azərbaycana doğru nə qədər addım atacaqsa, bu, cavabsız qalmayacaq”
    “Azərbaycanın NATO ilə münasibətdə “Qoşulmamaq hərəkatı”na qoşulması Bakının qurum ilə əlaqələri kəsməsi demək deyil”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Mübariz Əhmədoğlu bildirib.
    Politoloq deyib ki, NATO Azərbaycana doğru nə qədər addım atacaqsa, Azərbaycan da bu addımları cavabsız qoymayacaq. “Azərbaycan ağıllı, düşünülmüş siyasətə malik dövlətdir. Bu gün ortalığa çıxmış təhdidlərə reaksiya verməlidir. Azərbaycan hakimiyyəti xalqın təhlükəsizliyini təmin etməlidir. Bu gün hesab edir ki, bu addım atılmalıdır, bu addımı atır”,-deyə M.Əhmədoğlu vurğulayıb.
    Ekspert həmçinin xatırladıb ki, NATO nə vaxtsa deyibmi ki, Azərbaycanı üzv görmək istəyir? “1995-1996-cı illərdə NATO bizi rədd etdi. Nəyə görə biz bəyan etməliyik ki, belə bir quruma üzv olmaq istəyirik? Rusiyanın, İranın, lap o tərəfdən də Çinin təziqlərini üstümüzə çəkək? Bu, niyə lazımdır? Mənə lazımdır sakitlik, təhlükəsizlik. Əlimə düşən bir tikə çörəyi camaatımla yeyim. İndiki dövrdə bu addımın atılması zəruridir”,-deyə o, əlavə edib.
    24.05.11 Məqaləni oxumaq
     
    Xaricdə təhsil alan tələbələr haqqında debat olacaq
    Mayın 21-i Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) gənclərin “Xaricdə təhsil alan tələbələr və azərbaycançılıq (“Soruşma: “Dövlət mənə nə edib?”, “Sən ölkən üçün nə etmisən?”) mövzusunda debatları keçiriləcək. SAM-ın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində reallaşan debatda “Xaricdə təhsil almış və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq Forumu” İctimai birliyinin (ASAİF) üzvləri, aspirantlar, gənc alimlər, eləcə də məsələ ilə bağlı ekspertlər iştirak edəcək. Tədbirin təşkilatçıları Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır.
    21.05.11 Məqaləni oxumaq
     
    Avropa Parlamenti-Azərbaycan Milli Məclisi Əməkdaşlıq Komitəsinin iclası keçiriləcək
    Gələn ay Bakıda Avropa Parlamenti-Azərbaycan Milli Məclisi Əməkdaşlıq Komitəsinin növbəti iclası keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib. O qeyd edib ki, bu Əməkdaşlıq Komitəsi 2001-ci ildən fəaliyyət göstərir. “Ancaq bu təşkilatın fəaliyyəti bizi o qədər də qane etmir. Ona görə də hesab edirəm ki, Avropa Parlamenti prezidentinin Bakı səfərinin nəticəsi olaraq bu əməkdaşlıq canlanacaq” - deyə sədr vurğulayıb.
    21.05.11 Məqaləni oxumaq
     
    Avropa Parlamentinin prezidentinin Azərbaycana səfəri başlayıb
    Bu gün Avropa Parlamentinin prezidenti Yerji Buzekin Azərbaycana səfəri başlayıb. “KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində Y.Buzek Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşəcək. O, Azərbaycandan əvvəl Ermənistan və Gürcüstanda səfərdə olub.
    20.05.11 Məqaləni oxumaq
     
    Avropa Azərbaycandan nə istəyir?
    Bir neçə müddət bundan əvvəl ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının qeyri-obyektiv bəyanatı, mayın 12-də Avropa Parlamentinin insan haqları ilə bağlı Azərbaycan haqqında qərəzli qətnaməsi və s. artıq Qərbin Azərbaycana olan münasibətlərində şübhəli məqamları qabartmağa başlayıb. Regionda istənilən sahədə Azərbaycanın liderə çevrilməsi etiraf edilsə də, müxtəlif qətnamə və bəyanatlarla Azərbaycan demokratik prinsiplərin pozulmasında qınanır. Bir çox mütəxəssis isə hesab edir ki, Avropanın Azərbaycana qarşı bu qərəzi dəyərlərin müxtəlifliyindən doğur.
    20.05.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Qoşulmamaq Hərəkatının 16-cı nazirlər görüşündə iştirak edəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-27-də Balidə keçiriləcək Qoşulmamaq Hərəkatının 16-cı nazirlər görüşündə iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat katibi Elxan Poluxov bildirib. E.Poluxov qeyd edib ki, Azərbaycan indiyədək təşkilatda müşahidəçi statusuna malikdir. Tədbirdə Azərbaycan rəsmən bu təşkilata daxil olacaq. Qeyd edək ki, Qoşulmamaq Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Qoşulmamaq Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda 25 ölkənin iştirakı ilə yaradılıb. Təşkilata Asiya, Afrika və Latın Amerikası ölkələri, eləcə də 15 müşahidəçi ölkə - Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Braziliya, Qazaxıstan, Qırğızıstan, ÇXR, Kosta-Rika, Meksika, Paraqvay, Salvador, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Xorvatiya və Monteneqro daxildir.
    20.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 138 139 140 141 142 143 144 145 146 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30