Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 136 137 138 139 140 141 142 143 144 » #
    Elmar Məmmədyarov BMT-nin baş katibi ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş Qərargahında baş katib Ban Ki-Mun ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-nin mətbuat xidmətindən veriblər. Ban Ki-Mun BMT ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirdiyinə görə məmnunluğunu bildirib. Nazir E.Məmmədyarov BMT baş katibinə prezident İlham Əliyevin salamlarını çatdırıb. Daha sonra o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında baş katibə ətraflı məlumat verib. Baş katib münaqişənin sülh yolu ilə tezliklə həll edilməsinə ehtiyacın olduğunu qeyd edib və bu istiqamətdə nəticələri gözlədiyini bildirib. Nazir E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri həmsöhbətinin diqqətinə çatdırıb.
    02.06.11 Məqaləni oxumaq
     
    Samir Şərifov: “Büdcə xərclərinin artırılması inflyasiya riski yaradır”
    “2011-ci il üzrə dövlət büdcəsinin xərclərinin 25 faiz artırılması müəyyən inflyasiya riskləri yaradır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov bildirib. O qeyd edib ki, inflyasiyanın səviyyəsinin yüksək olmaması üçün Azərbaycan hökuməti tərəfindən bir sıra tədbirlər həyata keçiriləcək: “Mərkəzi Bank və Maliyyə Nazirliyinin birgə səyləri nəticəsində inflyasiya meyillərini, inflyasiyanı cilovalamaq istiqamətində əməli tədbirlər keçirəcəyik”. Nazir, həmçinin bildirib ki, Maliyyə Nazirliyi artıq büdcə məsələləri ilə məşğul olan və Beynəlxalq Valyuta Fondunun nəzdində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edir: “Həmin təşkilat büdcə indeksini hazırlayır. Azərbaycanın əvvəllər bu indeksdə göstəriciləri xeyli aşağı idi. Son zamanlar xeyli irəliləyişə nail olunub. Əvvəllər bizim 30 xalımız vardısa, hazırda 43 xalımız var. Mən güman edirəm ki, bir sıra tədbirlər çərçivəsində bundan da yüksək olacaq. MDB dövlətlərinin reytinqinə bərabər və yaxud üstün olacağıq”.
    01.06.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov İKT ölkələrini Azərbaycanın BMT TŞ-na üzvülüyünü dəstəkləməyə çağırıb
    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT Baş Qərargahında İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin BMT yanında Daimi Nümayəndələrin səviyyəsində keçirilmiş İKT Qrupunun iclasında iştirak edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda sədrliyi həyata keçirən Tacikistanın BMT yanında Daimi nümayəndəsi E.Məmmədyarovu salamlayaraq, Azərbaycanın İKT-nin fəal dövləti olduğunu qeyd edib. O, 2006-cı ildə İKT Nazirlər komitəsinin 33-cü iclasının Azərbaycanda müvəffəqiyyətlə keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
    01.06.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Ərəb Dövlətləri Liqasının BMT yanındakı nümayəndələri ilə görüşüb
    ABŞ-a işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Ərəb Dövlətləri Liqasının BMT yanında Daimi Nümayəndələri ilə görüşüb. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E. Məmmədyarov BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərədə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb. E. Məmmədyarov Azərbaycanın apardığı uğurlu və müstəqil siyasət barədə iştirakçılara məlumat verib, iqtisadiyyat sahəsində, xüsusilə enerji sahəsində əldə etdiyimiz nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanın regionda aparıcı dövlət olmasını, Azərbaycanın da iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. E. Məmmədyarov həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqılar prosesi haqqında geniş məlumat verib. Görüşdə Yaxın Şərq və Afrikada gedən proseslər barəsində fikir mübadiləsi aparılıb.
    01.06.11 Məqaləni oxumaq
     
    Fəzail Ağamalı: “Müxalifətin radikal qanadının bu kimi şərtlərə qarşı çıxmaları təsadüfi deyil”
    “Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun yeniləndikdən sonra ölkədəki bəzi siyasi partiyalar anlayacaq ki, öz işinə laqeyd yanaşmaqla, yaxud seçkiləri boykot etməklə, heç nə qazanmaq olmur”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib. O, qeyd edir ki, bu yenilik partiyalar arasında fəal ilə qeyr-fəalı aydınlaşdırmağı asanlaşdıracaq. “Bununla partiya dövlətdən maliyyələşmək üçün istər bələdiyyə, istərsə də parlament seçkilərində fəal iştirak edib mandat qazanmalıdır. Mandat qazandıqdan sonra dövlət tərəfindən maliyyələşməklə öz işini qura biləcək.
    01.06.11 Məqaləni oxumaq
     
    Mehriban Əliyeva: “Dövlətlər və xalqlar arasında münasibətlər ədalət prinsipləri əsasında qurulmalıdır”
    Bu gün Bakıda keçirilən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təbrik məktubu oxunub. “KƏLAMİNFO”nun məlumatına görə, təbrik məktubunda qeyd edilib ki, bioetikanın öyrənilməsi baxımından müxtəlif konfrans, forum və Dəyirmi masaların keçirilməsi dəstəklənməlidir. “Hər birimiz yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi məkanın sahibinə çevirib. Bu məkanda insanlar, dövlətlər və xalqlar arasında münasibətlər ədalət prinsipləri əsasında qurulmalıdır. Sabahı düşünürüksə, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk ediriksə, bütün münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq.
    01.06.11 Məqaləni oxumaq
     
    Səfər Əbiyev Türkiyənin ordu generalı Saldıray Berki qəbul edib
    Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyənin quru qoşunlarının təlim və doktrina komandanı, ordu generalı Saldıray Berki qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüş zamanı hərbi təhsil, təlim məsələləri və əməkdaşlığın digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
    31.05.11 Məqaləni oxumaq
     
    Müxalifətdə daha bir qruplaşma yaranır
    “Hazırda bir neçə müxalifət partiyası arasında AXCP və Müsavatdan kənar ümumi bir birlik forması ətrafında danışıqlar gedir”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, son bir neçə gündə siyasi partiyalarla keçirilən görüşlərdə bu birliyin mümkünlüyü araşdırılır. “Atılan hər hansı bir addım uğursuzluğa düçar olandan sonra başqa səviyyədə eyni bir ideyanı reallaşdırmaq üçün belə təşəbbüslər ortaya çıxır. İndiki halda AXCP və Müsavat müxalifətin ümumi birliyini istəmədiyinə görə, müəyyən bir birlik forması ətrafında danışıqlar gedir ki, onlarsız hansısa qurum yaratmaq mümkündür, yoxsa yox. Yəni bunun mümkünlüyü araşdırılır” - deyə S.Cəlaloğlu vurğulayıb. ADP sədri deyir ki, bu birlikdə ona görə AXCP və Müsavatdan kənardırlar ki, hansısa birlik adı altında parçalanmaya gətirib çıxaracaq addım atmış olmasınlar. “Birlik adı altında parçalanmaya gətirib çıxaran addım atacağıqsa, əksinə, birliyin əleyhinə çıxış edəcəyik” - deyə o, əlavə edib.
    31.05.11 Məqaləni oxumaq
     
    Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilir
    Bu gün Bakı Biznes Mərkəzində YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət və hökumət nümayəndələri, bir sıra beynəlxalq təşkilatların əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpuslar və digər müvafiq qurumların təmsilçilərinin iştirak etdiyi sessiya YUNESKO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə təşkil edilib.
    31.05.11 Məqaləni oxumaq
     
    Prezident Serbiya səfirinin etimadnaməsini qəbul edib
    Prezident İlham Əliyev Serbiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçin etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir Zoran Vayoviç etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra dövlət başçısı səfirlə söhbət edib. Prezident İlham Əliyev Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin uğurla və dinamik inkişaf etdiyini bildirib. Serbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının əhəmiyyətini qeyd edən dövlət başçısı əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etməsinin əhəmiyyətini də vurğulayıb. Prezident İlham Əliyev Zoran Vayoviçə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Zoran Vayoviç Azərbaycanda səfir kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. Diplomat ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
    28.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 136 137 138 139 140 141 142 143 144 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30