Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 135 136 137 138 139 140 141 142 143 » #
    Elmar Məmmədyarov Robert Bradke ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Vaşinqtonda Minsk Qrupunun ABŞ tərəfdən həmsədri Robert Bradke ilə görüşüb. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, görüş zamanı Ermənista-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilib. Səfər çərçivəsində E.Məmmədyarov region üzrə tanınmış mütəxəssislər – Brookinqs İnstitutunun (Brookings İnstitute) ABŞ və Avropa Mərkəzinin Direktoru xanım Fiona Hill, Corc Vaşinqton Universitetin Avropa, Rusiya və Avrasiya tədqiqatları üzrə Direktor müavini Kory Velt, Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının aparıcı tədqiqatçısı Tomas de Val, Ceymstaun Fondunun direktoru Qlen Hovard ilə görüşüb.
    03.06.11 Məqaləni oxumaq
     
    Norveç Krallığının vəliəhdi Azərbaycana səfər edəcək
    Norveç Krallığının vəliəhdi Əlahəzrət Hookon iyunun 6-da Azərbaycana səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Norveçin Azərbaycandakı səfirliyindən veriblər. Səfərin məqsədi Bakıda keçiriləcək ənənəvi neft və qaz sərgisində iştirak etməkdir. Vəliəhdi bu səfərdə Norveçin neft və energetika naziri Ola Borten Moe, xarici işlər naziri Espen Barth Eide və bir sıra iş adamları müşayiət edəcək. Səfərdə vəliəhdin və nümayəndə heyətinin digər üzvlərinin prezident İlham Əliyev, hökumət nümayəndələri, biznes və vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqları nəzərdə tutulub. Norveçin nümayəndə heyəti iyunun 7-də jurnalistlər üçün geniş mətbuat konfransı keçirəcək.
    03.06.11 Məqaləni oxumaq
     
    ABŞ Xəzərin enerji daşıyıcılarının «Cənub dəhlizi» vasitəsilə daşınmasını tam şəkildə dəstəkləyir
    ABŞ administrasiyası Xəzər regionundan çıxarılan enerji daşıyıcılarının «Cənub dəhlizi» vasitəsilə Avropaya daşınmasını tam şəkildə dəstəklədiyini bildirib. ABŞ-ın enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Nümayəndələr Palatasının Xarici Əlaqələr üzlə Alt Komitəsinin iclasında bildirib ki, hazırda üç konsorsium «Şahdəniz» yatağından çıxarılan qazın Avropaya çatdırılmasında bir-biri ilə rəqabət aparır. «KƏLAMİNFO» «Röyters»ə istinadən xəbər verir ki, bu layihə üzrə yekun investisiya qərarı ilin sonuna kimi çıxarılmalıdır. Morninqstar qeyd edib ki, Vaşinqton enerji daşıyıcılarının Avropaya daşınmasında İranın iştirakının əleyhinə olsa da, İran kompaniyalarına qarşı tətbiq edilən sanksiyalar bu ölkəyə əl verir. «Əgər İran kompaniyalarına qarşı sanksiyalar tətbiq edilsə, bu, “Şahdəniz” layihəsinə də təsir edəcək. Axı layihədə İran tərəfinin 10 faiz payı var. Bu sanksiyalardan udan isə İran olacaq. Belə ki, Tehran Avropaya çatdırılacaq əsas mənbənin qarşısını ala bilər» - deyə o bildirib.
    03.06.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “İran daim bizimlə münasibətdə diqqətli olmalıdır”
    “Son günlər İran Cənubi Qafqazda Qarabağ kartı ilə fəallaşmaqla öz daxilində baş verənlərdən diqqəti yayındırmağa çalışır. Məsələn, İranda yaşayan çoxsaylı azərbaycanlılarla bağlı mövcud problemlərdən diqqəti yayındırmaq üçün Qarabağ kartı Tehran üçün vasitədir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib. Vitse-spiker deyir ki, İranın Qarabağ döyüşləri zamanı hansı rol oynamasından hər kəsin xəbəri var və bu, heç vaxt yaddan çıxmayıb ki, indi İran ruhaniləri bunu pərdələsinlər. “İran bizimlə qonşu ölkədir və unutmamalıdırlar ki, orada bizim çoxsaylı soydaşlarımız yaşayır. İran daim bizimlə münasibətdə bunları nəzərə almalıdır, diqqətli olmalıdır” - deyə B.Muradova vurğulayıb. Onun sözlərinə görə, İran mollalarının Qarabağla bağlı bu cür bəyanatlarının davam etməsi iki ölkə arasında münasibətlərin inkişafında narazılıqlar yarada bilər. Qeyd edək ki, son günlər İrandakı molla rejiminə mənsub olan bir sıra ruhanilər, xüsusilə də Ərdəbilin imam-cüməsi Seyid Həsən Amulin Qarabağla bağlı qəribə iddialar səsləndirir. Onların fikrincə, İran Qarabağ müharibəsi dövründə Azərbaycana böyük dəstək verib.
    03.06.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov ABŞ-ın aparıcı KİV nümayəndələri ilə görüş keçirib
    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda ABŞ-ın Thompson Reuters, CNN, Associated Press, İnner City Press, Summit Energy kimi aparıcı KİV-lərinin nümayəndələri ilə görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya bildiriblər ki, görüşdə E. Məmmədyarov Azərbaycanın xarici siyasətinin əsas prioritetləri haqda iştirakçılara geniş məlumat verib. Azərbaycanın iqtisadi sahədə apardığı siyasət məsələsinə toxunaraq, dövlətimizin regionda aparıcı dövlət olması, enerji sahəsində əldə etdiyimiz uğurlar, regional layihələrdə fəal iştirak etməsi və bir çox beynəlxalq layihələrin müəllifi olduğunu jurnalistlərin diqqətinə çatdırıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqılar prosesi haqqında geniş məlumat verən E. Məmmədyarov BMT TŞ-nın 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini təəssüflə qeyd edib.
    03.06.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Avropa ölkələrinin BMT-dəki səfirlərindən dəstək istəyib
    Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa ölkələrinin BMT yanında Daimi nümayəndələri ilə görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərəçarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb, seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb. E.Məmmədyarov ölkəmizin regionda aparıcı dövlət olması, Azərbaycanın enerji strategiyası və iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələr barədə danışıb. Eyni zamanda, nazir Azərbaycanın BMT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi olduğunu və sivilizasiyalararası dialoqa töhfə verdiyini qeyd edib. Səfirlərlə görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verilib.
    02.06.11 Məqaləni oxumaq
     
    Hulusi Kılıç: “Azərbaycan torpaqları azad olunandan sonra bölgə inkişaf edəcək”
    “Türkiyə ilə Ermənistan arasında sərhəd 18 ildir bağlıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunmayana və Azərbaycanın torpaqları işğaldan azad edilməyənə qədər sərhəd açılmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib. Onun sözlərinə görə, türk dünyası kimsəyə qarşı deyil. Azərbaycan torpaqları boşaldılmalıdır və bölgə bundan sonra inkişaf edəcək. “Biz kimsədən bir şey istəmirik, yalnız torpaqların azad edilməsini istəyirik” - deyə Hulusi Kılıç vurğulayıb.
    02.06.11 Məqaləni oxumaq
     
    Ceyms Appaturayın Azərbaycana səfərinin proqramı açıqlanıb
    NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfərinin proqramı açıqlanıb. “KƏLAMİNFO” xəbər verir ki, Ceyms Appaturay iyunun 10-da Xarici İşlər, Fövqəladə Hallar nazirliklərində, Dövlət Sərhəd Xidmətində, Milli Məclisdə görüşlər keçirəcək. Görüşlər zamanı Azərbaycanla NATO arasında əməkdaşlıq proqramı, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunacaq. NATO baş katibinin xüsusi nümayəndəsini səfərdə hərbi alyansın NATO üzrə məsul zabiti Zbiqnev Rıbatski müşayiət edəcək.
    02.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan-Fransız İKT Biznes Forumu keçiriləcək
    Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cari ilin 5-6 iyun tarixlərində Parisdə Genişzolaqlı Rəqəmsal İnkişaf üzrə Komissiyanın 3-cü iclasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya RİTN-dən veriblər. BTİ və YUNESKO tərəfindən yaradılmış Komissiyanın məqsədi dünyada genişzolaqlı çıxışın yayılmasına kömək etməkdir. Əli Abbasov texnika sahəsinin 50-yə yaxın görkəmli xadimlərindən, eləcə də özəl sektor və sosial xidmətlər sahəsinin nümayəndələrindən ibarət komissiyanın üzvüdür. Bundan əlavə, iyunun 7-də Parisdə Azərbaycan və Fransanın İKT şirkətlərinin iştirakı ilə 1-ci Azərbaycan-Fransız İKT Biznes Forumu keçiriləcək.
    02.06.11 Məqaləni oxumaq
     
    Azərbaycanın sosial-iqtisadi inkişafına dair hesabat hazırlanıb
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) “İqtisadiyyatın təhlili və qloballaşma məsələləri” şöbəsi tərəfindən “2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı” mövzusuna dair hesabatı hazırlanıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, hesabatda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların iqtisadiyyatımız üçün müsbət nəticələri təhlil edilir.
    02.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 135 136 137 138 139 140 141 142 143 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30