Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 134 135 136 137 138 139 140 141 142 » #
    Vladimir Doroxin: “Rusiya vasitəçi kimi əlindən gələn hər şeyi edir”
    Bu gün Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin 12 iyun –Rusiya günü ilə əlaqədar mətbuat konfransı keçirib. “KƏLAMİNFO” xəbər verir ki, səfir Azərbaycan–Rusiya münasibətlərindən fəxrlə danışılması gərəkliyini vurğulayıb. “Bu gün Rusiya-Azərbaycan münasibətləri haqqında inamla, hətta qürurla danışmaq olar. O qədər də sadə olmayan bir nöqtədən başlayaraq biz bu gün strateji tərəfdaşlıq adlandırılan səviyyəyə qalxa bildik” - deyə səfir söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Rusiyanın bu məsələdə əlindən gələni etdiyini deyib. Rusiya MDB məkanında, eləcə də Qafqazda sabitliyin həlli üçün köməyini əsirgəmir və bunda bilavasitə maraqlıdır.
    08.06.11 Məqaləni oxumaq
     
    Barak Obama: ABŞ Azərbaycanla davamlı əməkdaşlıq etmək niyyətindədir
    Azərbaycanda dövlət və özəl sektorlar arasında uğurlu əməkdaşlıq öz növbəsində beynəlxalq ictimaiyyətin qlobal enerji tələbatının ödənilməsinə böyük töhfə verib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama “18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Qaz Emalı və Neft Kimyası Sərgi”sinin açılışı münasibəti ilə prezident İlham Əliyevə yazdığı təbrik məktubunda bildirib. Məktubda qeyd olunur ki, ən böyük və geniş layihələrdən olan “Cənub dəhlizi”nə qoşulmaq barədə verilən qərar Azərbaycanda energetika sahəsində yeni mərhələnin başlanmasına, həmçinin ölkə iqtisadiyyatının inkişafına təkan verəcək, təbii qaz ehtiyatlarının mənimsənilməsini təkmilləşdirəcək.
    08.06.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Əsas məsələ Ermənistan silahlı birləşmələrinin cəbhə xəttindən geri çəkilməsidir”
    Hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yol xəritəsi ilə bağlı bəzi məsələlər var ki, onlar açıq qalıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. E.Məmmədyarov qeyd edib ki, Kazan görüşünə qədər həmin məsələlər üzərində işləmək lazımdır ki, sülh sazişinə şərait yaransın. “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri zamanı, həmçinin Azərbaycan, Ermənistan və Rusiya XİN-in iyunun 11-də keçiriləcək görüşü zamanı əsas müzakirə mövzusu yuxarıda qeyd olunan məsələlərdir. Biz çalışmalıyıq ki, görüşə qədər elə bir mühit yaradaq ki, bu görüşdən sonra qəti addımların atıldığını bəyan edə bilək” - deyə E.Məmmədyarov vurğulayıb.
    08.06.11 Məqaləni oxumaq
     
    Novruz Məmmədov: “Prezidentlərin Kazan görüşündən gözləntilər çoxdur”
    ABŞ, Fransa və Rusiya prezidentlərinin Dovil bəyanatının əsas sənəd kimi nəzərdə tutaraq demək lazımdır ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən gözləntilər çoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O, qeyd edib ki, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tələb edirlər ki, Cənubi Qafqazdakı hazırki status-kvo dəyişsin. İşğal olunmuş torpaqlar azad olunsun və qaçqınlar öz yurd -yuvalarına qayıtsınlar. N.Məmmədov ermənilərin Dağlıq Qarabağda referendum keçirməklə bağlı istəklərinə də münasibət bildirib. Qeyd edib ki, bununla Ermənistan hazırki münaqişə vəziyyətini qüvvədə saxlamağa çalışır. Onun sözlərinə görə, danışıqlar prosesində referendum məsələsi axırıncı mərhələdir. Ona görə də onun haqqında danışmaq yersizdir.
    07.06.11 Məqaləni oxumaq
     
    Metyu Brayza: “Kazan görüşündə proqressiv irəliləyişlər olacaq”
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a sonuncu səfəri zamanı Hillari Klintonla keçirdiyi görüş kifayət qədər konstruktiv alınıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza bildirib. M.Brayza deyib ki, E.Məmmədyarovla H.Klinton iki ölkə arasındakı əməkdaşlığı, Azərbaycanın Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakını və son Dövil bəyanatını müzakirə ediblər. Səfir Azərbaycan Ermənistan və Rusiya prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək üçtərəfli görüşünə də münasibət bildirib. M.Brayzanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının vaxtı çatıb. “Ümid edirəm ki, prezidentlərin Kazan görüşündə proqressiv irəliləyişlər olacaq”,-deyə səfir vurğulayıb.
    07.06.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başlayıb
    ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popovun (Rusiya) regiona səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlər artıq Bakıdadır. Onlar bu gün Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, habelə Azərbaycan, Ermənistan, Rusiya xarici işlər nazirləri və prezidentlərinin görüşünə hazırlıq məsələləri müzakirə olunacaq. Həmsədrlər Bakıdan İrəvana yollanacaqlar. Onların Xankəndinə də səfərləri planlaşdırılır. Vasitəçilər sabah cəbhə xəttində keçiriləcək monitorinqi müşahidə edib, qarşı tərəfdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan əraziyə keçəcəklər.
    07.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşün tarixi dəqiqləşib
    Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün tarixi dəqiqləşib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “KƏLAMİNFO”ya bildirib ki, görüş iyunun 11-də Moskvada keçiriləcək. Xatırladaq ki, bu görüş hər üç ölkənin prezidentlərinin iyunun 25-də Kazanda keçiriləcək görüşünə hazırlıq məqsədi daşıyır.
    06.06.11 Məqaləni oxumaq
     
    “Son illərdə Azərbaycan öz siyasətində Rusiyanın maraqlarına güclü şəkildə önəm verib”
    “Son illərdə Azərbaycan öz siyasətində Rusiyanın maraqlarına güclü şəkildə önəm verib. Müəyyən mənada Rusiya bunu nəzərə almağa borclu hesab olunur, ona görə də Kazan görüşünə o qədər də əhəmiyyətsiz baxmaq olmaz”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert deyib ki, buna baxmayaraq bir neçə məsələnin aydınlaşdırılmasına ehtiyac var: “Münaqişənin hərbi yolla çözümü perspektivsizdir, o, üzücü müharibəyə, hətta regional ixtilafa gətirib çıxara bilər, münaqişə ocağı bütün bölgəni bürüyər. Belə perspektiv güman etmirik ki, kiminsə ürəyindən olsun.
    06.06.11 Məqaləni oxumaq
     
    Həmsədrlər regiona iyunun ortalarında gələcəklər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Robert Bradtke (ABŞ) və İqor Popov (Rusiya) iyunun ortalarında regiona səfər edəcəklər. “KƏLAMİNFO” xəbər verir ki, həmsədrlərin səfərində məqsəd prezidentin görüşünə hazırlıq işləri aparmaqdır. Qeyd edək ki, iyunun 25-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda görüşü olacaq.
    04.06.11 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Azərbaycan liderindən optimist notlar eşitdim”
    “Azərbaycan lideri ilə danışıqdan sonra mən onun sözlərindən görüşlə bağlı optimist notlar eşitdim”. “KƏLAMİNFO” “Hürriyyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu prezident İlham Əliyevlə görüşünün nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, Ankara Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində maraqlıdır və ümidvardır ki, Kazanda prezidentlər razılaşma əldə edəcəklər. Davudoğlu onu da qeyd edib ki, Romada Ermənistan prezidenti Serj Sarkisyanla qısa görüş keçirib. Lakin onun detallarını açıqlamaq istəməyib.
    04.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 134 135 136 137 138 139 140 141 142 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30