Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 133 134 135 136 137 138 139 140 141 » #
    Siyavuş Novruzov: “Heç kim göydən zənbillə düşməyib”
    Bu gün Milli Məclisin növbədən kənar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda əvvəlcə cari məsələlərin müzakirəsi olub. Çıxış edən deputat Fuad Muradov fəaliyyətini dayandıran Azərbaycan Beynəlxalq Universitetində tələbələrin üzləşdiyi problemlərdən danışıb. O qeyd edib ki, gələcəkdə bu kimi problemlərin ortaya çıxmaması üçün özəl universitetlərlə bağlı qanunvericilikdə dəyişiklər etmək lazımdır. Millət vəkili İqbal Ağazadə isə həbs olunmuş Bəxtiyar Hacıyevin azad edilməsi təklifi ilə çıxış edib. “Bəxtiyar Hacıyev nativ xidmətdən istifadə etmək istəsə də, bu qanunun olmaması burada problemlər yaradıb” - deyə deputat vurğulayıb. İ.Ağazadə Türkiyədə həbs edilmiş keçmiş Qarabağ döyüşçüsü Yusuf Ziya Arpacığın həbsinə də diqqət yönəldib. O, keçmiş Qarabağ döyüşçüsünün həbsdən azad edilməsi üçün Milli Məclisin Türkiyə tərəfinə müraciət göndərməsini təklif edib.
    11.06.11 Məqaləni oxumaq
     
    Ekspert: “Dağlıq Qarabağla Kosovonu eyniləşdirməyi doğru yanaşma kimi qəbul etmək çətindir”
    “Bu gün Azərbaycanın Serbiya kimi ölkələrlə münasibətlərini inkişaf etdirməsi mübahisə doğurmur, hətta rəsmi Belqradın istəyi əsasında bu ölkəyə qaz da sata bilərik”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspertin fikrincə, ancaq Azərbaycanla Serbiya arasında oxşarlıq quraraq, hər iki ölkənin ərazi bütövlüyü bərpa olunacaq və Dağlıq Qarabağla Kosovo oxşar problemlədir deməyin nə dərəcədə reallığı əks etdirməsi mübahisə doğurur. “Çünki, Kosovonun müstəqilliyini dünyanın əksər dövləti, hətta Azərbaycanın strateji müttəfiqi Türkiyə də tanıyıb. Rəsmi Bakının Serbiyanın ərazi bütövlüyünü dəstəkləməsi və zamanında Kosovodan sülhməramlı qüvvələrini çıxarması doğru qərar idi. Ancaq Dağlıq Qarabağla Kosovonu eyniləşdirməyi doğru yanaşma kimi qəbul etmək çətindir”,-deyə E.Şahinoğlu vurğulayıb.
    10.06.11 Məqaləni oxumaq
     
    Asəf Hacıyev İstanbulda QİƏT PM-nin iclasında iştirak edəcək
    İyunun 13-dən 14-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Prosedur qaydaları üzrə işçi qrupun iclası keçiriləcək. İclasda Azərbaycanı Milli Məclisin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri, deputat Asəf Hacıyev təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Prosedur qaydalarına təklif olunan əlavə və dəyişikliklər müzakirə olunacaq.
    10.06.11 Məqaləni oxumaq
     
    Hərbi Hava Qüvvələri hazırlıq uçuşları həyata keçiriblər
    Hərbi Hava Qüvvələri parada hazırlıq məqsədilə Azərbaycan paytaxtı üzərində uçuşlar edib. Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçiriləcək hərbi parada hazırlıq məqsədilə bu gün “MİQ-29” qırıcı təyyarələri və helikopterlər manevrlər ediblər. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri və helikopterləri Bakı səmasında hazırlıq uçuşları həyata keçiriblər. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Mi-8 tipli 20-yə yaxın helikopteri Azadlıq meydanı üzərindən keçməklə bir neçə dəfə dövrə vurub.
    10.06.11 Məqaləni oxumaq
     
    Ceyms Appaturay Bakıya gələsi olmadı
    NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Azərbaycana səfəri təxirə salınıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rumıniyanın Azərbaycandakı səfirliyindən veriblər. Səfərin təxirə salınmasına səbəb Brüssel aeroportu işçilərinin tətil etməsidir. Xatırladaq ki, NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri ikinci dəfədir təxirə salınır.
    10.06.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev dövlət qulluğunda olmasının yaş həddinin 65 olmasını təsdiqləyib
    Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. “KƏLAMİNFO” xəbər verir ki, dəyişikliklərə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15%-dən artıq ola bilməz. Dövlət orqanının aparatı və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərin sayı müvafiq olaraq onun aparatı və tabeliyində olan həmin qurumun işçilərinin sayının 2%-dən artıq ola bilməz.
    10.06.11 Məqaləni oxumaq
     
    Milli Məclisin deputatları Türkiyədə parlament seçkilərini izləyəcəklər
    Milli Məclisin deputatları Ülvi Quliyev iyunun 10-da, Səttar Möhbalıyev isə iyunun 11-də Türkiyənin paytaxtı Ankaraya səfərə yola düşəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Deputatlarımız TürkPA-nın xətti ilə müşahidəçi qismində qardaş ölkədə keçiriləcək Türkiyə Böyük Millət Məclisinə seçkilərin gedişini izləyəcəklər. Səfər iyunun 13-də başa çatacaq.
    09.06.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə yola düşüb
    Prezident İlham Əliyev bu gün Serbiyaya rəsmi səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    09.06.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisini qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarı qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Bakıda keçirilən ənənəvi Xəzər neft-qaz sərgisində iştirak etməsindən məmnun olduğunu bildirən qonaq, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında regionda gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini və onların perspektivlərini yüksək qiymətləndirib. E.Məmmədyarov Azərbaycanın həyata keçirdiyi enerji strategiyasının uğurları barədə danışaraq bu xüsusda Azərbaycanın Avropanın enerjidaşıyıclarla təchizində maraqlı olduğunu qeyd edib. Görüşdə həmçinin qlobal enerji məsələləri, regiondakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.
    09.06.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevin saytının iPad planşet kompüterlər üçün xüsusi əlavəsi istifadəyə verilib
    Prezident İlham Əliyevin saytının iPad planşet kompüterlər üçün xüsusi əlavəsi istifadəyə verilib. Prezident Administrasiyasından “KƏLAMİNFO”ya verilən məlumata görə, iPad istifadəçiləri xüsusi əlavəni yükləməklə dövlət başçısının çıxışları, müsahibələri, onun iştirakı ilə keçirilən tədbirlərdən xəbərlər, fotomateriallarla tanış ola biləcəklər. Əlavəni yükləmək üçün “Apple Applications Store”da öz akkauntunuzdan istifadə etməyiniz lazımdır. Prezident Administrasiyasından bu əlavənin hazırlanmasını ictimaiyyətlə əlaqələrə diqqətin artırılması, həmçinin yeni kommunikasiya formalarından istifadə ilə əlaqələndiriblər.
    08.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 133 134 135 136 137 138 139 140 141 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30