Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 132 133 134 135 136 137 138 139 140 » #
    Bahar Muradova: Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin təmin olunmasının başlanğıcıdır
    “Azərbaycanın həqiqi mənada müstəqilliyi ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra - 15 İyun Milli Qurtuluş Günündən başlayır. 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin əldə olunması, bu müstəqilliyin daimiliyinin və əbədiliyinin təmin olunmasında başlanğıc nöqtə sayılır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
    14.06.11 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Son anda belə, Ermənistan rəhbərliyindən “sürprizlər” gözləmək olar”
    “Ermənistanın daxilindəki hazırkı siyasi, psixoloji və sair vəziyyət Kazan görüşündə mövcud baza prinsipləri üzərində sazişin imzalanmasına şərait yaradır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi “Qarabağ saatı”nda söyləyib.
    14.06.11 Məqaləni oxumaq
     
    Nalbandyan nizamlamanı separatçıların iştirakı olmadan görmür
    Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yerevanda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlamalar verib. Onun sözlərinə görə, münaqişənin birinci mərhələsinin başa çatdığını o halda demək olar ki, tək Azərbaycan və Ermənistan deyil, separatçı DQR də nizamlanmanın əsas prinsiplərinə razılıq versin. «Mən DQR prezidenti Bako Saakyanın «Xankəndinin razılığı olmadan əsas prinsiplər üzrə nizamlanmanın ikinci mərhələsinə keçid mümkünsüzdür» bəyanatı ilə razıyam» - deyə Nalbandyan vurğulayıb.
    14.06.11 Məqaləni oxumaq
     
    Ekspert: “Ermənistan artıq sülhə məhkumdur”
    “Cənubi Qafqaz üçün əsl problem olan Qarabağ münaqişəsinin mahiyyətinə varanda, müşahidə olunur ki, bu gün bütün tərəflər sülhə məhkumdurlar”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.
    Onun fikrincə, münaqişənin uzanması hər iki ölkə üçün, xüsusən də Ermənistan üçün çox böyük problemdir və İrəvan artıq daha çox sülhə məhkumdur.
    14.06.11 Məqaləni oxumaq
     
    Qafqaz ümumi evimizdir
    Mayın 16-da Prezident İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etdi.
    Prezident İlham Əliyev bildirdi ki, Qafqazın dini liderlərinin bu səviyyədə münasibətləri, Qafqaz xalqları arasında ənənəvi qardaşlığa əsaslanan qarşılıqlı anlaşma bizi çox sevindirir: Biz bu münasibətlərin qədrini bilirik, onları çox yüksək qiymətləndiririk. Əsrlər boyu xalqlarımız arasında həmişə dostluq, qardaşlıq, qarşılıqlı dəstək, qarşılıqlı kömək münasibətləri olmuşdur.
    14.06.11 Məqaləni oxumaq
     
    Qafqaz dindarları Bakıda
    Bakı Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransına ev sahibliyi etdi

    Mayın 16-da Qafqaz Müsəlmanları İdarəsinin böyük konfrans zalında Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı keçirildi. İclasdan əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdilər.
    Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin sədri İsmayıl Berdiyev tədbiri açdıqdan sonra Təzəpir məscidinin axundu Hacı Faiz müqəddəs Qurani-Kərimdən ayələr oxudu. Sonra tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun və dünyasını dəyişmiş Şura üzvlərinin ruhuna dualar oxudular.
    14.06.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Açıq qalan məsələlərlə bağlı son nəticə Kazan görüşündə bəlli olacaq”
    “Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü kifayət qədər gərgin və məhsuldar olub”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, 3 saata yaxın davam edən görüşdə Dağlıq Qarabağ münaqişəsinin müxtəlif razılaşdırılmamış məsələləri müzakirə olunub. “Bəzi məsələlər müzakirə olunaraq razılığa gəlinsə də, lakin elə məsələlər var ki açıq qaldı” - deyə xarici işlər naziri bildirib. Elmar Məmmədyarov hər 3 nazirin açıq qalmış məsələləri prezidentə məruzə edəcəklərini bildirib: “Əgər mümkün razılaşdırmalar olarsa, Kazan görüşünə qədər yenidən açıq qalmış məsələləri müzakirə edəcəyik. İstənilən halda açıq qalan məsələlərlə bağlı son nəticə Kazan görüşündə bəlli olacaq”. Qeyd edək ki, iyunun 25-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq.
    13.06.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “İranın əlində imkan olsa Qarabağı Ermənistana verərdi”
    “Son günlər İranın Qarabağ kartından istifadə edərək Azərbaycan- Ermənistan arasındakı döyüşlərdə özünü ciddi şərik kimi qələmə verməsi ağ yalandır. İran Qarabağda heç nə etməyib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyib ki, İranın mücərrəd illuziyalarına aldanmağın yeri yoxdur. “Çünki Rusiya gəlib bütün torpaqları tutub, İranda oturub yerində. İran bunun əvəzində ermənilərə neft, yağ və yemək verib. Levon Ter-Petrosyan da öz bəyanatında etiraf edib ki, İran olmasaydı, Ermənistan artıq çökmüşdü. İranın Qarabağla bağlı danışıqlarda yeri yoxdur”,-deyə V.Quluzadə vurğulayıb. Politoloq deyib ki, onların bizə qarşı münasibətləri mənfidir. “İranın əlində imkan olsa, Qarabağı da, qalan torpaqlarımızı da Ermənistana verərdi”,-deyə o, əlavə edib.
    13.06.11 Məqaləni oxumaq
     
    Elmira Axundova Kazana gedəcək
    Milli Məclisin deputatı Elmira Axundova MDB Parlament Assambleyasının Mədəniyyət, idman və turizm daimi komissiyasının iclasında iştirak etmək üçün sabah Rusiyanın Kazan şəhərinə səfər edəcək. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasın gündəliyinə MDB iştirakçısı olan dövlətlər üçün “İdman hazırlığı haqqında”, “Mədəni irsin obyektləri haqqında”, “Qeyri-maddi incəsənət və xalq yaradıcılığı abidələrinin müdafiəsi haqqında” model qanunların, habelə əqli mülkiyyətlə bağlı model qanunvericilik lüğətinin, İnformasiya Məcəlləsinin layihələri, təşkilati və komissiyanın gələcək işlər planı barədə məsələlər daxil edilib. Deputatımız gündəlikdəki məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, münasibətini bildirəcək. Səfər iyunun 19-da başa çatacaq.
    11.06.11 Məqaləni oxumaq
     
    Səfər Əbiyev Brüsseldə bir sıra görüşlər keçirib
    Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Müdafiə Nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə Brüssel şəhərində NATO Mərkəzi Qərargahında keçirilmiş görüşündə iştirak edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın NATO yanındakı daimi nümayəndəliyindən veriblər. Görüş zamanı nazirlər ISAF əməliyyatının hazırkı vəziyyətini, o cümlədən rəhbər rolun əfqan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, əfqan təhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iclasda Əfqanıstanda qanunun aliliyinin gücləndirilməsi məqsədilə NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiq edilib. Bundan başqa, nazir Səfər Əbiyev həmin gün NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturayı qəbul edib.
    11.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 132 133 134 135 136 137 138 139 140 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30