Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 131 132 133 134 135 136 137 138 139 » #
    YAP Silahlı Qüvvələrə Yardım Fonduna 25 min manat köçürüb
    Yeni Azərbaycan Partiyası Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyar adına saray) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə və “Silahlı Qüvvələrə Yardım Fondu”na dəstək məqsədilə xeyriyyə konserti keçirib. “KƏLAMİNFO” xəbər verir ki, konsertdə YAP üzvü olan tanınmış sənətçilərdən Xalq artisti Faiq Ağayev, Elza Seyidcahan, Ədalət Şükürov, Nadir Qafarzadə, Aygün Bəylər, Nura Suri, Maestro Ceyhun, Elnur Hüseynov, Sevda Yəhyayeva, Samir Dərgah və digərləri tamaşaçılar qarşısında çıxış ediblər. YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov partiyanın təşkil etdiyi xeyriyyə konsertinin məqsədi barədə məlumat verib. Tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak ediblər. Qeyd edək ki, xeyriyyə konsertindən toplanan 25 min manat vəsait «Silahlı Qüvvələrə Yardım Fondu»na keçirilib.
    18.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan BMT arenasında: risklər az deyil
    Son illər Azərbaycanın regional sferada siyasi və iqtisadi nüfuzunun artması ölkəni dünya miqyasında da cəlbedici edib. Bu, Bakıya iri beynəlxalq təşkilatlarda söz demək imkanı yaradır ki, bundan da istifadə etmək demək olar ki, tarixi missiyaya çevrilib. Məhz bu amildən irəli gələrək Azərbaycan 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 15 qeyri-daimi üzvündən birinə çevrilmək layihəsini irəli sürüb. Xarici işlər naziri Elmar Məmmədyarovun bu yaxınlarda ABŞ-a səfərinin və Birləşmiş Ştatlarda keçirdiyi görüşlərinin əsas qayələrindən birini məhz bu mövzu təşkil edib. Bakının bu bəyanatından sonra xarici mətbuatda bu mövzu əsas müzakirə obyektlərindən birinə çevrilib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov “KƏLAMİNFO”ya bildirib ki, səfər zamanı nazir E.Məmmədyarov Azərbaycanın yeni istəyi ilə bağlı artıq BMT baş katibi ilə müzakirə aparıb. Onun sözlərinə görə, hətta nazir bununla bağlı İslam Konfransı Təşkilatına üzv ölkələrin BMT-dəki təmsilçiləri ilə bir araya gəlib.
    18.06.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Azərbaycan torpaqlarını nüvə dövləti olan Rusiya işğal edib”
    “Birdəfəlik əmin olmaq lazımdır ki, Azərbaycan torpaqlarını ermənilər yox, nüvə dövləti olan Rusiya işğal edib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyib ki, hər gün bu məsələyə toxunulmalıdır ki, ermənilərin ağlı başına gəlsin. “Çünki rusların çoxunu inandırıblar ki, guya ermənilər gəlib buranı işğal edib. Heç nəyi olmayan ermənilər kimdir ki, bizə təcavüz etsin? Rus qüvvələri bizim kəndlərə, rayonlara gələrək deyiblər ki, çıxın burdan ermənilər gəlir. Bizimkilər də nə etsinlər, şələ-şülələrini yığışdırıb çıxırdılar. Ondan sonra ruslar ermənilərə deyiblər “indi girə bilərsiniz”. Bax, Azərbaycan torpaqları belə işğal olunub”,-deyə V.Quluzadə vurğulayıb.
    17.06.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov İspaniyalı sahibkarlarla görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Sahibkarlar Konfederasiyaları Təşkilatında (İSKT) aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-nin mətbuat xidmətindən veriblər. Tədbirdə Konfederasiyanın Beynəlxalq Əlaqələr Komissiyasının prezidenti J.Banegas və İspaniya Xarici İşlər Nazirliyinin Qafqaz ölkələri üzrə xüsusi səfiri M.V.Scola iştirak edib. J.Banegas Azərbaycanın surətlə inkişaf etdiyini, İspan şirkətlərinin bu yeni bazara çıxmasının vacibliyini, İSKT-nın bu sahədə lazımı köməkliyin göstərilməsinə hazır olduğunu bildirib və E.Məmmədyarovun səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni sahələrin tapılmasına töhfə verəcəyini qeyd edib.
    17.06.11 Məqaləni oxumaq
     
    Donor təşkilatlar qarşısında şərt qoyulub
    “Ermənistanın Azərbaycana təcavüzündən əziyyət çəkən qaçqın və məcburi köçkünlərlə bağlı layihə həyata keçirən beynəlxalq təşkilatlar, yaxud donorlar diqqətli olmalıdırlar. Onlar Azərbaycanda həyata keçirdikləri layihələrdə mütləq qeyd etməlidirlər ki, bu, Ermənistanın Azərbaycana təcavüzündən əziyyət çəkən insanlar üçün keçirilir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
    17.06.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Rusiyanın Cənubi Qafqazla bağlı arzuları ilə imkanları üst-üstə düşmür”
    “Qaz bazarında Azərbaycan özünü bir az rahat hiss edir, çünki özünün potensial qaz alıcısı kimi yenə də Avropanı nəzərdə tutur. Amma Avropanın Azərbaycandan gözləntiləri, artıq deyildiyi kimi, təkcə bu deyil”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib. Onun sözlərinə görə, Azərbaycanın siyasi və iqtisadi potensialı gücləndikcə regionda marağı olan dünyəvi güclərin ölkəmizlə bağlı planları da dəyişir. “Təbii ki, bunların arasında Azərbaycanın seçiminə təsir edən geosiyasi amillərə nəzər salanda, gərək birinci Rusiyanı yada salasan. Sözsüz ki, Rusiya indiki halda ən azı bütün Azərbaycan qazını Mərkəzi Asiya qazı kimi də öz ərazisindən nəql etmək istərdi. Elə bu səbəbdən Rusiyanın maraqları bu sahədə müəyyən mənada Azərbaycanın seçiminə də təsir edəcək. Bəli, Rusiyanın müəyyən təzyiqləri ola bilər. Amma bu təzyiqi şişirtmək də düzgün olmazdı, çünki son vaxtlar onun Cənubi Qafqazla bağlı arzuları ilə imkanları üst-üstə düşmür. Moskvanın real imkanları xeyli daralıb”,-deyə M.Qasımlı vurğulayıb.
    17.06.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Sərhədlər açılsa, azərbaycanlılar İrəvanda yaşaya bilər”
    İrəvanın Azərbaycan torpağı olduğunu iddia etməsək də, vətəndaşlarımızın orada yaşadığını iddia edirik. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin 2005-ci ildə verdiyi Fərmana əsasən 1988-ci ildə Ermənistandan Azərbaycana gələn qaçqınlara Azərbaycan vətəndaşlığı verilsə də, onların üzərində qaçqın statusu saxlanılır. “Əgər sülh prosesi bərpa olunsa, yəni sərhədlər açılacağı təqdirdə azərbaycanlılar İrəvanda yaşaya bilər”,-deyə Ə.Həsənov vurğulayıb. O, əlavə edib ki, həmin şəxslər Azərbaycan vətəndaşlığı hüququ alsalar da, Ermənistan qaçqınları hesab olunurlar.
    16.06.11 Məqaləni oxumaq
     
    İran İslam Şurası Məclisinin sədri Azərbaycana gəlir
    İran İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani iyunun 30-da Azərbaycana rəsmi səfər edəcək. Azərbaycanın Tehrandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər Milli Məclisin sədri Oqtay Əsədovun dəvəti əsasında həyata keçiriləcək. Səfər iki gün davam edəcək. Səfər zamanı Əli Laricani Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
    16.06.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Ermənistan rəhbərliyi xalqına hörmət etsəydi, xalq belə acınacaqlı vəziyyətdə yaşamazdı”
    “Mən Ermənistan rəhbərliyinə yox, Ermənistan xalqına müraciət edirəm ki, öz rəhbərliklərini düzgün yola çəksinlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, müharibədə Ermənistan tərəfi çox uduzdu: “Əgər Ermənistan rəhbərliyi xalqına hörmət etsəydi, xalq belə acınacaqlı vəziyyətdə yaşamazdı”. Ə.Həsənov bildirib ki, müharibə şəraitində olmasaydıq, Bakı-Tbilisi-Ceyhan kəməri Ermənistan ərazisindən keçərdi. Buna görə də Ermənistan öz günahından çoxlu vəsait itirib. O, Ermənistanda qaçqınların çox əziyyət çəkdiyini də əlavə edib. “Düzdür bizdə də qaçqınlar var, ancaq ölkə rəhbərliyi onlar üçün istənilən şəraiti yaradıb” - deyə Ə. Həsənov vurğulayıb.
    16.06.11 Məqaləni oxumaq
     
    Haqqa həsr olunmuş gənclik
    Qafqaz Müsəlmanları İdarəsində tanınmış yazar Osman Nuri topbaşın yeni çapdan çıxan kitabı təqdim olundu

    Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Türkiyədə yaşayan tanınmış yazar və xeyriyyəçi Osman Nuri topbaşın Bakıda yenicə çapdan çıxan “Haqqa həsr olunmuş gənclik” kitabının təqdimat mərasimi keçirildi. Nüfuzlu elm xadimlərinin, Bakı İslam Universitetinin müəllim və tələbələrinin iştirak etdiyi mərasim Qurani-Kərimin oxunuşu ilə başladı.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə toplantı iştirakçılarını salamladı. “Haqqa həsr olunmuş gənclik” kitabının Azərbaycanda işıq üzü görməsini və müəllif Osman Nuri topbaşın təqdimat mərasimində iştirakını mühüm əlamətdar hadisə adlandırdı.
    15.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 131 132 133 134 135 136 137 138 139 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30