Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 130 131 132 133 134 135 136 137 138 » #
    Azərbaycanın Avropa İttifaqına üz qəbul olunması müzakirə mövzusu deyil
    Azərbaycanın Avropa İttifaqına üz qəbul olunması hələ müzakirə mövzusu deyil. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Valeh Ələsgərov bildirib. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, Dağlıq Qarabağ münaqişəsi ədalətli şəkildə həll olunmadan Azərbaycanın Avropa İttifaqına qəbul olunma məsələsi qaldırıla bilməz. Qurumun qarşı tərəfdən olan həmsədri Milan Kabrnox isə bildirib ki, bununla bağlı Azərbaycanın fəaliyyəti, yaşadığı stüasiya yaxından izlənilir. Onun sözlərinə görə, buna gələcəkdə baxıla bilər. O, həmçinin bildirib ki, Dağlıq Qarbağ problemi tezliklə həll olunmalıdır, çünki bu problemin həlli bütün regionun inkişafı üçün şərtdir. Eyni zamanda o qeyd edib ki, münaqişə Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində əməkdaşlığını genişləndirməyə sədd qoymur.
    21.06.11 Məqaləni oxumaq
     
    Milan Kabrnox: “Avropa Komissiyası Azərbaycanı özünə yaxın tərəfdaş kimi qəbul edir”
    Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasın yekunlarına həsr mətbuat konfransında Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Milan Kabrnox bildirib ki, 2009-cu ildə 10-cu iclasdan keçən vaxt ərzində Azərbaycanda bir çox mühüm hadisələr baş verib. O qeyd edib ki, ikigünlük müzakirələr zamanı insan haqları müzakirə olub. “Eynulla Fətullayevin həbsdən azad olunmasından məmnunuq.
    21.06.11 Məqaləni oxumaq
     
    Fəxrəddin Qədirov: “Azərbaycanda geodinamik vəziyyət bir o qədər də yaxşı deyil”
    Bakı-Tiflis-Ceyhan neft kəmərinin seysmik təhlükəsizliyi nəzarətdədir. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov deyib. Onun sözlərinə görə, monitorinq üçüncü ildir ki, BTC ilə birgə aparılır. F.Qədirov qeyd edib ki, BTC-nin seysmik təhlükəsizliyi ilə bağlı həmin ərazidə mikroseysmik rayonlaşdırma, geodinamik və deformasiya proseslərinin monitorinqi aparılır. F.Qədirov, həmçinin Azərbaycanda geodinamik vəziyyətin bir o qədər də yaxşı olmadığını və bəzi yerlərin çox təhlükəli olduğunu da vurğulayıb. “Bəzi yerlərdə baş verən zəlzələlərin təsiri görünür. Bəxtimiz gətirib ki, həmin ərazidə infrastruktur yoxdur” - deyə Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri sonda əlavə edib.
    21.06.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə Mərakeş Krallığına rəsmi səfərə gedir
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Mərakeş Krallığına rəsmi səfərə yola düşəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-nin mətbuat xidmətindən veriblər. Səfər Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Əbdülvahid ər-Radinin dəvəti əsasında həyata keçirilir. İki ölkə müsəlmanlarının müştərək mənafelərinə xidmət edən məsələlərin müzakirəsi və xalqlarımız arasında mövcud dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi məramına xidmət edən səfər zamanı A.Paşazadənin ölkə rəhbərliyi, Parlamentin hər iki palatasının sədrləri, Mərakeş Krallığı vəqflər və islam işləri naziri və digərləri ilə görüşləri nəzərdə tutulur. Səfər iyunun 24-dək davam edəcək.
    21.06.11 Məqaləni oxumaq
     
    AŞ PA-nın yay sessiyası işə başlayıb
    Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropa Şurasının 2012-2013-cü illər büdcəsi, Avropada sığınacaq axtaran şəxslərin və qaçqınların vəziyyəti, insan hüquqlarının durumu, AŞ PA-da islahatlar, gənclər arasında işsizliyin kəskin artımının qarşısının alınması, Tunisdə vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiyada Ukrayna, Fələstin və Ermənistan prezidentlərinin çıxışları dinləniləcək, onlara suallar veriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.
    21.06.11 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Hərbi paradda qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyini hər kəs anlayacaq”
    “Artıq Ermənistan kiminsə yedəyində də yer tapa bilmir. Yəni işğalçı dövlət arabanın beşinci təkəri də, ehtiyat təkəri də ola bilmir və olmayacaq.” “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri yap.org.az saytına müsahibəsində YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bu gün hərbi baxımdan da Azərbaycan işğalçı dövlətdən xeyli öndə gedir. “Ölkəmizin hərbi sənayesi formalaşıb, Azərbaycan hərbi təhlükəsizliyini, hərbi təminatını reallaşdırmaq üçün geniş proqram həyata keçirir. Avropa Parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələrdə fransalı həmsədr B.Fasye belə bir fikri səsləndirib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən artıqdır, Azərbaycan silahlanmaya diqqət yetirir və s. Yəni Fasye bunları Azərbaycanın xeyrinə olmayan nöqteyi-nəzərdən söyləyib.
    21.06.11 Məqaləni oxumaq
     
    Milli Məclisin son iclasında 20 məsələ müzakirə olunacaq
    Azərbaycan Milli Məclisinin bu mövsümdə son növbədənkənar iclası iyunun 24-də olacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu verib. Onun sözlərinə görə, iclasda ümumilikdə 20 məsələnin müzakirəsi nəzərdə tutulub. “Bunlar arasında Gömrük Məcəlləsinin təsdiq edilməsi barədə qanun layihəsi, “İcbari sığorta haqqında” qanun layihəsi, “Məhkəmələrin fəaliyyəti barədə informasiya əldə etmək haqqında” qanun layihəsi, “Prokurorluq haqqında” qanuna dəyişikliklərin edilməsi, “Nəqliyyat haqqında” qanuna dəyişikliklərin edilməsi, “İcra haqqında” qanuna dəyişikliklərin edilməsi, “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklərin edilməsi, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanuna dəyişikliklərin edilməsi və sair məsələlər var” - deyə A.Təvəkküloğlu vurğulayıb. O, həmçinin əlavə edib ki, müzakirə olunacaq məsələlər arasında Avropa Lantşaft Konvensiyasının təsdiq edilməsi və Azərbaycan- Marakeş Krallığı arasında bir sıra sənədlərin təsdiq edilməsi də var.
    20.06.11 Məqaləni oxumaq
     
    SAM-ın eksperti Bolqarıstanda seminarda iştirak edəcək
    Bu gündən iyunun 25-dək Bolqarıstanda “Effektiv üzvlük və Avropa İttifaqına müvəffəqiyyətli hazırlıq” mövzusunda XX ənənəvi seminar keçiriləcək. Varna şəhərində keçiriləcək tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Zaur Şiriyev təmsil edəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Şiriyev “Avropa İttifaqının Qara dəniz regionuna istiqamətlənmiş siyasətində problem və perspektivlər” başlığı altındakı müzakirələrdə Azərbaycanın bu sahədəki mövqeyi və gözləntiləri barədə çıxış edəcək.
    20.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan və İran prezidentləri regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər
    İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. “KƏLAMİNFO” xəbər verir ki, telefon söhbəti zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
    20.06.11 Məqaləni oxumaq
     
    Elxan Süleymanov Brüsseldə Avronest PA Bürosunun iclasında iştirak edəcək
    Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bürosunun iclasında iştirak etmək üçün iyunun 20-dən 21-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Tədbirdə Avronestin loqosunun təsdiqi, qurumun işçi qrupları və digər təsisatlarının fəaliyyəti, Varşavada keçiriləcək Sülh tərəfdaşlığı sammiti ilə bağlı təqvim planının hazırlanması, növbəti sessiyanın gündəliyinin tərtibi və digər məsələlər müzakirə olunacaq. Deputat Büroda müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək.
    20.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 130 131 132 133 134 135 136 137 138 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30