Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 129 130 131 132 133 134 135 136 137 » #
    Mark Toner: “Kazan görüşündə imkanlar var”
    Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü münaqişə tərəflərinə fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə imkan verir. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner bildirib. Qarşıdan gələn görüşü şərh edən Toner bildirib ki, «bu görüşdə imkanlar var və tərəflər münaqişənin sülh ilə həlli üçün bu imkandan istifadə etməlidirlər».
    23.06.11 Məqaləni oxumaq
     
    Levon Ter-Petrosyan: “Azərbaycan bizdən 5 dəfə yüksəyə qalxıb”
    Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Rusiyanın «Moskovski komsomolets» qəzetinə verdiyi müsahibədə bir sıra maraqlı etiraflar edib. Müsahibəsini Dağlıq Qarabağ münaqişənin başlandığı dövrdə baş verən hadisələrlə başlayan eks-prezident bildirib ki, SSRİ-nin dağılmasından sonra yaradılan MDB Ermənistan üçün həyati əhəmiyyət kəsb edib. Onun sözlərinə görə, bu qurumsuz Ermənistan özünü rahat hiss edə bilməzdi: «Ermənistanın təhlükəli qonşuları var». Sonra isə Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatının fəaliyyətinə toxunan Petrosyan bildirib ki, bu qurumun onun üçün heç bir əhəmiyyəti yoxdur. Onun qənaətincə, Ermənistan üçün təhlükəsizlik təminatı MDB-dir.
    23.06.11 Məqaləni oxumaq
     
    ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 23-də Azərbaycanın Füzuli rayonu Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy keçirəcəklər.
    23.06.11 Məqaləni oxumaq
     
    Prezident Belçikada işgüzar səfərdədir
    AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, prezident İlham Əliyev iyunun 21-də Belçika Krallığına işgüzar səfərə gəlib.
    22.06.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Dmitri Medvedyevə başsağlığı verib
    Prezident İlham Əliyev Rusiyalı həmkarı Dmitri Medvedyevə başsağlığı verib. “KƏLAMİNFO” xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli Dmitri Anatoliyeviç! Petrozavodsk yaxınlığında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən sarsıdıb. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.
    22.06.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: “Daxildən və xaricdən bizə qarşı mübarizə aparanlar var”
    Azərbaycanda müxtəlif dini qurumlar arasında normal münasibətlər yaranıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaranmasının 10 illiyinə həsr olunmuş dəyirmi masada çıxışında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. "Bu gün dindarlar Allaha və ölkənin qanunlarına arxalanırlar. Qanunların icrasını həyata keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 10 illik fəaliyyəti müxtəlif dini qurumlar arasında xoş münasibətlərin qurulmasına səbəb olub" – deyə A.Paşazadə bildirib. Onun sözlərinə görə, Azərbaycanda din-dövlət münasibətlərinin möhkəmlənməsinin, inkişaf etməsinin təməlini ümummilli lider Heydər Əliyev qoyub.
    22.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri arasında telefon danışığı olub
    Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub. “KƏLAMİNFO” xəbər verir ki, telefon danışığı zamanı tərəflər Rusiya-Azərbaycan münasibətlərinə dair aktual məsələləri müzakirə ediblər. Diplomatlar, həmçinin qarşılıqlı əməkdaşlığın inkişafı üçün birgə tədbirlər görülməsinin zəruriliyini vurğulayıblar.
    22.06.11 Məqaləni oxumaq
     
    Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Hərbi Akademiyasının komandanı Azərbaycandadır
    Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Hərbi Akademiyasının (Kara Harp Akademisi) komandanı, general-leytenant Mətin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. General M.Gürakın, həmçinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, hərbi məktəblər, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlarda da görüşlər keçirəcəyi gözlənilir.
    21.06.11 Məqaləni oxumaq
     
    Ramil Həsənov Astanaya səfər edəcək
    İyunun 27-dən iyulun 1-ə qədər Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TürkPA-dan veriblər. Səfər çərçivəsində TürkPA Baş Katibinin İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirakı nəzərdə tutulub. 56 ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi sessiyada R.Həsənovun TürkPA-nın fəaliyyəti, həmçinin TürkPA-nın İKT və İKT PA arasında əməkdaşlığı mövzusunda çıxışı planlaşdırılır. TürkPA baş katibinin eyni zamanda Qazaxıstan xarici işlər naziri Yerjan Kazıxanov və Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulur.
    21.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti Koreyada səfərdə olub
    Prezident Administrasiyasının nümayəndəsi Tağı Tağıyev və respublikanın Ağcabədi, Bərdə, Tərtər, Culfa rayonları, eləcə də Bakının Xəzər, Nəsimi, Binəqədi, Yasamal rayonlarının icra hakimiyyəti başçılarından ibarət nümayəndə heyəti Koreyada səfərdə olub. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı nümayəndə heyəti Koreyanın Çunqçeonq əyalətində yerləşən Asan və Boryeonq şəhərləri, eləcə də paytaxt Seulun ətrafında yerləşən Seonqnam, Suvon, Kvaçeon, Anyanq şəhərlərinin rəhbərləri ilə görüşlər keçirərək iki ölkənin yerli icra hakimiyyətləri arasında əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.
    21.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 129 130 131 132 133 134 135 136 137 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30