Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 128 129 130 131 132 133 134 135 136 » #
    Azərbaycanlı deputatlar QİƏT-in Parlament Məclisinə yollanırlar
    Bu gün Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisində nümayəndə heyətimizin rəhbəri Asəf Hacıyev, millət vəkilləri Mübariz Qurbanlı, Musa Quliyev, Jalə Əliyeva, Ayaz Orucov qurumun Baş Assambleyasının 37-ci plenar sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyev şəhərinə yola düşürlər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Sessiyada siyasi, iqtisadi, sosial, ekoloji sahələrə aid “QDİƏT üzvü olan ölkələrdə geni dəyişdirilmiş orqanizmlərdən istifadə edilməsi: iqtisadi və ekoloji aspektlər”, “Elmi-texniki tərəqqinin sürətləndirilməsində parlamentlərin rolu”, “QDİƏT ölkələrində Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq sanitariya standartlarına riayət edilməsi” mövzularında məruzələr dinləniləcək, maliyyə və təşkilatı məsələlər müzakirə olunacaq. Müzakirələr zamanı deputatlarımız gündəlikdəki məsələlərə öz münasibətlərini bildirəcəklər. Səfər iyulun 3-də başa çatacaq.
    29.06.11 Məqaləni oxumaq
     
    Fələstin prezidenti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
    Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin prezidenti Mahmud Abbas bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. “KƏLAMİNFO” xəbər verir ki, sonra Mahmud Abbas Şəhidlər Xiyabanını ziyarət edib. Fələstin Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra prezident Mahmud Abbas Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib. Ali qonağa paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
    29.06.11 Məqaləni oxumaq
     
    Prezident Pakistanın səfirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Pakistanın ölkəmizdəki səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir Əbdul Həmid ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan xalqının Pakistana böyük hörmət və ehtiramın şahidi olduğunu deyib. Pakistanlı diplomat səfir kimi fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bu münasibətləri müttəfiq ölkələr arasında olan münasibətlər kimi qiymətləndirib və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Səfir Əbdul Həmidin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlət başçısı ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
    28.06.11 Məqaləni oxumaq
     
    Gələn həftə həmsədrlər regiona səfər edəcəklər
    ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) gələn həftə regiona səfər edəcəklər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Fransa Xarici İşlər Nazirliyi yayıb. Həmsədrlər öncə Bakıya gələcəklər. Vasitəçilər daha sonra Xankəndi və İrəvana səfər edəcəklər. Vasitəçilərin səfərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdirilməsini təmin etməkdir.
    28.06.11 Məqaləni oxumaq
     
    İslam Konfransı Təşkilatının adı dəyişdirilib
    İslam Konfransı Təşkilatının adı dəyişdirilib. Təşkilat bu gündən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Astanada keçirilən İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasının sədri Yerjan Kazıxanov bildirib. Bundan başqa, o, təşkilatın yeni emblemini də təqdim edib.
    28.06.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Azərbaycanın status məsələsi ilə bağlı mövqeyi çox səxavətli idi”
    “Prezidentlərin digər görüşündə olduğu kimi Kazan görüşündə də uğursuz nəticəni Azərbaycanın üstünə yıxmaq düzgün deyil. Çünki Azərbaycan prezidenti hər dəfə olduğu kimi bu dəfə də görüşqabağı Dağlıq Qarabağa ən yüksək statusun verilməsinin tərəfdarı olduğunu bildirmişdi”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyir ki, budəfəki görüşqabağı Azərbaycanın vəd verdiyi status məsələsi ermənilər üçün ən böyük status sayılır. “Bir vaxtlar mərhum prezident Heydər Əliyev də Dağlıq Qarabağdakı ermənilərə muxtariyyətlə bağlı çox böyük təklif verib. Yəni Dağlıq Qarabağa Tatarıstanın statusu kimi status. Şəxsən mən o vaxt bunun əleyhinə olmuşam.
    28.06.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Kazanda işgüzar səfərdədir
    Prezident İlham Əliyev Rusiya Federasiyasının Tatarıstan Respublikasınla işgüzar səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Kazanın Beynəlxalq aeroportunda Tatarıstan Respublikasının prezidenti Rustam Minnixanov və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli qızlar prezident İlham Əliyevə duz-çörək təqdim ediblər.
    25.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub
    Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. “KƏLAMİNFO” xəbər verir ki, telefon söhbətində ABŞ Prezidenti Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində münaqişə tərəfləri üçün həlledici addımın atılmasının önəmli olduğunu bildirib, münaqişənin Helsinki prinsipləri - güc işlətməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll edilməsinin vacibliyini qeyd edib. Söhbət zamanı ikitərəfli münasibətlər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
    25.06.11 Məqaləni oxumaq
     
    Rusiya XİN prezidentlərin Kazan görüşü ilə bağlı bəyanat yayıb
    Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşü ilə bağlı bəyanat yayıb. “KƏLAMİNFO” xəbər verir ki, bəyanatda bildirilir ki, sabah Kazanda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Dmitri Medvedyevin iştirakı ilə görüşü keçiriləcək: “Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində müəyyən mərhələnin keçilməsi xarakteri daşıyacağı gözlənilir. Gözləyirik ki, Bakı və İrəvan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının Dovil bəyanatına konstruktiv münasibət bildirəcəklər. Rusiya, ABŞ və Fransa prezidentləri bu bəyanatda Azərbaycan və Ermənistan liderlərini siyasi iradə nümayiş etdirməyə və Kazan sammitinin gedişində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin layihəsini müzakirə etdirməyi başa çatdırmağa çağırıblar. Kazanda müzakirə olunacaq sənəd tərəflərin və həmsədr ölkələrin birgə işinin mühüm dövrünün məhsuludur və irəliyə addım atmaq və hamı tərəfindən qəbul edilən Sülh Sazişi hazırlamaq üçün real əsas yaradır. Ümidvarıq ki, tərəflər sülh, regionun inkişafı və çiçəklənməsi naminə bu əsasa söykənərək razılığa gələcəklər”.
    24.06.11 Məqaləni oxumaq
     
    Zərdüşt Əlizadə: “Ermənistan Azərbaycandan təminat istəyir ki, müharibə olmasın”
    “İndiyə qədər Dağlıq Qarabağla bağlı danışıqların yeganə düyün nöqtəsi odur ki, Ermənistan işğal etdiyi bu bölgəyə status tələb edir. Azərbaycanın isə buna razılaşması Qarabağı itirmək deməkdir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Zərdüşt Əlizadə deyib. O qeyd edib ki, ermənilərin Qarabağa status tələbi indi də olmasa. beş il, on il sonra üçün də nəzərdə tutulub. “Amma Azərbaycanın istənilən vaxt buna razılıq verməsi Qarabağa əlvida deməyə bərabərdir” - deyə Z.Əlizadə vurğulayıb. Onun sözlərinə görə, indi ermənilərin də Kazan görüşü ərəfəsində dirənişi budur ki, statusla bağlı təminat alsınlar. “Ermənistan Azərbaycandan təminat istəyir ki, müharibə olmasın və beş, lap on ildən sonra referendum olacaq. Azərbaycanın isə buna razılaşması ağlabatan deyil” - deyə o, əlavə edib.
    24.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 128 129 130 131 132 133 134 135 136 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30