Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 126 127 128 129 130 131 132 133 134 » #
    Minsk Qrupu həmsədrləri gələn həftə gələcək
    ATƏT-in Minsk Qrupu həmsədrləri gələn həftə Bakıda olacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib. O, həmsədrlərin səfər tarixi dəqiq deyil. Səfir eyni zamanda Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünə də münasibət bildirib: “Danışıqlarda irəliləyiş var. Ümid edirik ki, regiona səfər edəcək həmsədrlər bu irəliləyişi davam etdirilməsinə nail olacaq”.
    09.07.11 Məqaləni oxumaq
     
    Ekspert: “İranın müsəlman dünyasındakı rolu getdikcə sarsılmaqdadır”
    “Bu yaxınlarda adını dəyişən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan üçün çox önəmlidir və həmişə onun dəstəyinə ehtiyac duyulur”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu deyib. Ekpsertin sözlərinə görə, bəzən belə ehtimal irəli sürülür ki, İranla münasibətlər Azərbaycanın İƏT-lə əlaqələrinə də təsir edə bilər, amma orada Türkiyə, Pakistan kimi Azərbaycana dəstək verən və onu müdafiə edən dövlətlər də var. “Əslində, İranın müsəlman dünyasındakı rolu getdikcə sarsılmaqdadır. Onun “ərəb baharı” ilə bağlı ümidləri tamam fiaskoya uğradı. İran güman edirdi ki, ərəb dünyasında proseslər elə onun ssenarisi ilə inkişaf edəcək.
    07.07.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Məgər Vaşinqton ədalətli mövqe tutaraq, deyə bilməzmi ki, qurtarın bu işğalı?!”
    “Moskva bu gün də maraqlıdır ki, Qarabağ münaqişəsi nə hərb, nə sülh vəziyyətində qalsın, Azərbaycan və Ermənistan Qərbə, xüsusilə də NATO-ya heç vaxt inteqrasiya etməsin”. Bunları “KƏLAMİNFO”a müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Onun sözlərinə görə, Kazanda da Rusiya bu amillə iştirak etdi. “Lakin bizi ABŞ-ın və Fransanın da mövqeləri təəccübləndirir. Əgər ABŞ və Fransa təcavüzkarı barmaqla göstərməsə, belə olanda Azərbaycanda Amerikanın demokratiyasına şübhə ilə yanaşırlar. Məgər Vaşinqton ədalətli mövqe tutaraq, deyə bilməzmi ki, qurtarın bu işğalı?!”,-deyə V.Quluzadə vurğulayıb. Ekspert deyib ki, nə qədər bu belə gedəcək, Qərb də, Rusiya da deyəcək ki, bu iki ölkə özü danışsın bir razılığa gəlsin, heç bir şey əldə olunmayacaq.
    07.07.11 Məqaləni oxumaq
     
    Sergey Lavrov Azərbaycana səfərə gələcək
    Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfərə gələcək. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu söyləib. Səfər onu da bildirib ki, həmin səfərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Rusiyaya gedəcək. Onun sözlərinə görə, hər iki səfər çərçivəsində geniş müzakirələr aparılacaq. O, hər iki səfərin dəqiq tarixinin bu yaxınlarda bəlli olacağını qeyd edib.
    07.07.11 Məqaləni oxumaq
     
    Əbülfəz Qarayev diaspora çağırış etdi
    “Azərbaycana qarşı yönələn təxribatlara vaxtında cavab vermək xaricdə yaşayan diasporumuz üçün prioritet olmalıdır. Belə olan halda Azərbaycan dövlətinin, yaxud Diasporla İş üzrə Dövlət Komitəsinin münasibətini gözləmək lazım deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev söyləyib. Onun sözlərinə görə, Azərbaycan dəyərlərinin xaricdə qorunması diasporun başlıca məqsədlərindən biri olmalıdır. O, Azərbaycanda turizm imkanlarının genişlənməsi üçün diaspor tərəfindən göndərilən təkliflərə də baxmağa hazır olduqlarını açıqlayıb.
    06.07.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayının açılışında iştirak edib
    Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayının açılış mərasimində iştirak ediblər. “KƏLAMİNFO” xəbər verir ki, İlham Əliyev mərasimdə nitq söyləyib. Prezidentin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında” Sərəncamına uyğun olaraq keçirilən qurultayın işində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xaricdə yaşayan azərbaycanlı alimlər, ictimai və incəsənət xadimləri, iş adamları iştirak edirlər. Bundan başqa, qurultaya qonaq qismində Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına daim dəstək verən azərbaycanlı olmayan məşhur alimlər və ziyalılar da dəvət olunublar. Nümayəndələr II qurultaydan keçən dövr ərzində görülən işlər, müasir mərhələdə Azərbaycan diasporu qarşısında duran vəzifələri müzakirə edir, gələcək fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparırlar.
    06.07.11 Məqaləni oxumaq
     
    Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı öz işinə başlayıb
    Bu gün Bakıda – Heydər Əliyev adına Sarayda Dünya azərbaycanlılarının III Qurultayı öz işinə başlayıb. Diasporla iş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, qurultaya 1272 nümayəndə seçilib. Qurultayda dünyanın 42 ölkəsindən 579 nümayəndə və 211 qonaq iştirak edir. Ən çox nümayəndə və qonaqla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail dövləti 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunur. Qurultayda Azərbaycanı ölkənin bütün bölgələrini əhatə edən dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 bütün bölgələrindən olan nümayəndə və 405 qonaq təmsil edir.
    06.07.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Vatikanda protokol imzalayacaq
    Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Müqəddəs Taxt-Taca səfəri nəzərdə tutulub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Səfər çərçivəsində E.Məmmədyarov və Müqəddəs Taxt-Tacın Dövlətlərlə münasibətlər şöbəsinin katibi , arxiyepiskop Dominik Mamberti 29 aprel 2011-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Sazişâ€ťin Ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalayacaqlar. Həmçinin E.Məmmədyarovun Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Takisio Bertoni ilə görüşü planlaşdırılıb.
    05.07.11 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Diasporla səfirliklər arasındakı anlaşılmazlığa son qoyulmalıdır”
    Bütün diaspor təşkilatları fəaliyyyət göstərdikləri ölkələrdə bütün Azərbaycan icmalarını birləşdirməlidirlər. Xaricdə yaşayan hər bir azərbaycanlı həmin ölkədəki diasporun üzvü olmalıdır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə ölkə başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının İİİ Qurultayında söyləyib. Prezidentin sözlərinə görə, xaricdə fəaliyyət göstərən diasporların tərkibində birlik yoxdur. Dövlət başçısı bu sahədə problemlərin, anlaşılmazlıqların olduğunu qeyd edib. “Diasporla səfirliklər arasında fikir ayrılığı var. Mən hər iki tərəfi belə hallara son qoyulmasına çağırıram. Hesab edirəm ki, bu qurultaydan sonra bu hallara son qoyulacaq. Dünya azərbaycanlıları bir yerdə olmalıdır”- deyə prezident əlavə edib.
    05.07.11 Məqaləni oxumaq
     
    Elnur Aslanov: “Azərbaycan diasporu təşkilatlanma mərhələsini çox uğurla keçib”
    “Azərbaycan diasporu vahid bir mərkəzdən çıxış edə bilən, konkret əməllərlə bir çox ölkələrdə fəaliyyətini həyata keçirən bir quruma çevrilib”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib. O bildirib ki, prezident İlham Əliyevin qurultaydakı çıxışı diaspor fəaliyyətinin gələcək mərhələləri üçün strategiyanı müəyyən edə biləcək: “Cənab prezidentin çıxışından irəli gələn tezisləri xaricdə yaşayan azərbaycanlılar gələcək fəaliyyət strategiyası kimi qiymətləndirəcəklər.
    05.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 126 127 128 129 130 131 132 133 134 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30