Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 125 126 127 128 129 130 131 132 133 » #
    Şeyx vətəndaşları israfçılığa yol verməməyə çağırdı
    “Bir çox hallarda toy və yas mərasimlərinin guya milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər, öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının müraciətində bildirilib. QMİ sədrinin müavini Hacı Sabir Həsənlinin QMİ-də keçirilən Dəyirmi masada oxuduğu müraciətdə toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılması məsələlərinə də toxunulub: “Xüsusilə Ramazan ayında iftardan əvvəl məscidlərdə ehsan adı ilə yemək və çay süfrəsi verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas mərasimlərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaq”.
    14.07.11 Məqaləni oxumaq
     
    “Qarabağ danışıqları barədə yeganə təhlükə yaşayan Rusiyanın vasitəçilik missiyasıdır”
    “Kazan görüşünün ardınca Rusiyanın xarici işlər naziri Sergey Lavrovun əvvəlcə İrəvana və Bakıya, sonra da Vaşinqtona səfəri məqsədli idi. Məsələn, Qafqaz ölkələrinə səfərlərin məqsədi prezidentlərə Dmitri Medvedevin məktubunu çatdırmaq oldu”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert burada Rusiyanın xarici işlər nazirini Vaşinqtona hansı məqsədlərin aparmasının xüsusi diqqət çəkdiyi vurğulayır. “Uğursuz Kazan görüşündən sonra çox güman ki, Rusiya xarici işlər nazirinin Vaşinqtona səfər etməkdə məqsədi təkcə ABŞ-ı prosesin gedişi ilə bağlı məlumatlandırmaq deyil, həm də onun gələcəkdə də davam etməsi üçün mandat almaqdır.
    14.07.11 Məqaləni oxumaq
     
    “AB-nin Qarabağ probleminin həllində öz rolunu və iştirakını artırmaq niyyəti getdikcə artır”
    “Kazan görüşünün uğursuz alınmasından sonra Avropa Birliyinin (AB) Qarabağ probleminin həllində öz rolunu və iştirakını artırmaq niyyəti getdikcə artır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Onun sözlərinə görə, hazırda şübhəsiz ki, bu haqda AB daxilində müzakirələr aparılır və heç birlik özü də bunu gizlətmir. “Amma AB Minsk qrupuna əlavə olaraq qoşular, yoxsa Fransanı əvəzləyər, yoxsa başqa bir formada reallaşa bilər, bu hələ müzakirə mövzusudur. Çünki Fransa bu mövqeyini AB-yə vermək niyyətində deyil. Xüsusən son Kazan görüşündəki uğursuzluqdan sonra Fransa da təşəbbüsü ələ alıb, yeni təşəbbüs irəli sürmək haqda fikirləşir”,-deyə F.Sadıxov vurğulayıb. AB Minsk qrupuna üzv olarsa, bu, məsələnin həllinə ciddi təsir edib- etməyəcəyinə münasibət bildirən ekspert deyib ki, hazırkı iqtidarın Ermənistanda hakimiyyətdə olduğu müddətdə Qarabağla bağlı heç bir irəliləyiş gözlənilmir.
    13.07.11 Məqaləni oxumaq
     
    ABŞ və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
    Rusiya prezidenti Dimitri Medvedevlə ABŞ prezidenti Barak Obama arasında telefon söhbəti olub. “KƏLAMİNFO” Kremlin rəsmi saytına istinadən xəbər verir ki, iki ölkənin dövlət başçıları telefon danışıqları çərçivəsində regional və beynəlxalq problemlərin həllinə kömək məqsədi ilə ikitərəfli koordinasiya suallarını müzakirə ediblər. Məlumatda bildirilir ki, "ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərin başçıları olaraq, Dmitri Medvedev və Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırki vəziyyəti haqqında fikirləri mübadiləsi aparıblar." Rusiyalı həmkarın bu istiqamətdə atdığı addımları, həmçinin, bu yaxınlarda Kazanda Azərbaycan və Ermənistan liderləri ilə keçirmiş görüş ABŞ prezidenti tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, tərəflərin gələcəkdə də Bakı və Yerevanın problemin sülh yolu ilə həllinin axtarışlarında yardımçı olmaq məqsədi ilə birgə addımların atılmasına niyyətli olduqları qeyd olunub.
    13.07.11 Məqaləni oxumaq
     
    ATƏT PA Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır
    ATƏT PA Dağlıq Qarabağda gərginliyin artmasından narahatlığını ifadə edib. Qurumun iyunun 10-da Belqrada başa çatan illik iclasının yekun bəyannaməsində belə deyilir. “KƏLAMİNFO” “News.am”a istinadən xəbər verir ki, təşkilatın yaydığı sənəddə vurğulanır ki, Dağlıq Qarabağ, eləcə də Moldova və Gürcüstanda münaqişələrin nizamlanmasında daha aktiv səy göstərilməsinə çağırıb. ATƏT PA-nın yekun bəyannaməsində 23 qətnaməni qəbul edib. Qeyd edək ki, ATƏT PA-nın sessiyası Serbiya paytaxtında iyulun 6-dan başlayıb. Sessiyada təşkilata üzv ölkələrdən 56 parlamentari iştirak edib.
    12.07.11 Məqaləni oxumaq
     
    Prezident Qurbanqulu Berdiməhəmmədova başsağlığı verib
    Prezident İlham Əliyev Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədova başsağlığı məktuğu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, Abadan şəhərində baş vermiş partlayışlar nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.” Allah rəhmət eləsin!
    12.07.11 Məqaləni oxumaq
     
    Joao Soareş: Qafqaz üzrə aparılan mövcud danışıqları aktivləşdirmək gərəkdir
    Qafqaz üzrə aparılan mövcud danışıqları aktivləşdirmək gərəkdir. Bu sözləri ATƏT PA-nın Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsi Joao Soareş bildirib. “KƏLAMİNFO” “ArmTodey”ə istinadən xəbər verir ki, J.Soareş bildirib ki, Dağlıq Qarabağ üzrə Minsk prosesini mütləq dəstəkləmək gərəkdir. Onun sözlərinə görə, yeni postunda Cənubi Qafqaz regionu ölkələri ilə əlaqələrin möhkəmlənməsinə çalışacaq və bu missiyanı yerinə yetirmək, regionun parlamentariləri arasında daha sıx körpülər qurmaq onun üçün böyük şərəfdir. “Qafqaz üzrə indiyə qədər aparılan danışıqları aktivləşdirmək, eləcə də regionda sülh və daimi sülhün əldə olunması üçün Minsk qrupunun fəaliyyətini dəstəkləmək gərəkdir”.
    11.07.11 Məqaləni oxumaq
     
    Rumıniyanın hakim partiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
    Yeni Azərbaycan Partiyasının (YAR) dəvəti ilə Rumıniyanın hakim Demokrat Liberal Partiyasının (PDL) nümayəndə heyətinin bu gün Azərbaycana rəsmi səfəri başlayıb. YAP-dan KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi iki ölkənin hakim partiyaları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində rumın qonaqlar bir sıra görüşlər keçirəcəklər. Nümayəndə heyəti bu gün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Qeyd edək ki, Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə Rumıniyanın hakimiyyətdə olan Demokrat Liberal Partiyası (PDL) arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
    11.07.11 Məqaləni oxumaq
     
    Əli Hüseynov İndoneziyaya gedib
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İndoneziyanın Cakarta şəhərinə səfərə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Deputat Konstitusiya Məhkəməsinin 8-ci yubileyinə həsr olunmuş beynəlxalq simpoziumda iştirak edəcək. Səfər iyulun 15-də başa çatacaq.
    11.07.11 Məqaləni oxumaq
     
    NATO Azərbaycana yardım edir
    NATO Azərbaycan nümayəndə heyətinin Əfqanıstana getməsi üçün bütün yardımı göstərib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Daimi Nümayəndəliyinin rəhbəri Xəzər İbrahim jurnaslitlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Əfqanıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı araşdırma aparacaq heyətin həmin ölkəyə getməsi üçün NATO-ya edilən müraciətə müsbət cavab verilib.
    09.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 125 126 127 128 129 130 131 132 133 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30