Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 124 125 126 127 128 129 130 131 132 » #
    Davudoğlu Ermənistanla şərq sərhədlərinin açılacağını deyib
    «Türkiyənin Ermənistanla şərq sərhədləri transsərhəd daşınmaları üçün açılacaq». Erməni mətbuatının iddiasına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşdə bildirib. «KƏLAMİNFO»nun məlumatına görə, «ArmTodey» «Hurriyet Daily News»ə istinadən xəbər verir ki, Davudoğlu ilə görüşün yekunlarından sonra Ermənistan İstehsalçılar və Sabibkarlar İttifaqının rəhbəri Artur Kazaryan bildirib ki, «Türkiyə XİN rəhbəri ümidvar olduğunu bildirib ki, bizim Türkiyəyə gedib və orada tarixi yerlərə baxmağımız üçün gec-tezi sərhəd açılacaq». Qeyd edək ki, erməni QHT-ləri Ankaraya Türkiyə XİN rəhbəri ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını müzakirə etmək üçün gəliblər. «Avrasiya-Əməkdaşlıq» fondunun rəhbəri Mikael Ovvanisyan nazirdən Ermənistan-Türkiyə münasibətlərinin nə vaxt bərpa olunacağını soruşub. «Təəssüf ki, biz konkret cavab ala bilmədik. Dəqiq tarix ala bilmədik. Lakin bizi əmin etdilər ki, türk tərəfi bu istiqamətdə addımlar atacaq».
    20.07.11 Məqaləni oxumaq
     
    Araz Əzimov: «Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır»
    «Azərbaycan Ermənistanda Rusiya hərbçilərinin olmasından narahatdır». «KƏLAMİNFO»nun məlumatına görə, bu sözləri “Exo Moskvı” radiosuna müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə şəxsi nümayəndəsi Araz Əzimov deyib. Onun fikrincə, Rusiya Cənubi Qafqazda militarist yanaşmadan iqtisadi yanaşma konsepsiyasına keçməlidir: «Təəssüf ki, Rusiya Ermənistanda silahlı qüvvə saxlamağı önəmli sayır. Biz Cənubi Qafqazda bu cür militarist mövcudiyyətə getdikcə daha az əsas olduğunu görürük. Tankları tankerlərlə dəyişməyin, hərbi formanı iqtisadi mövcudiyyətlə əvəzləməyin vaxtı çatıb». XİN müavini bildirib ki, Ermənistanı danışıqlar prosesindəki konstruktiv təklifləri qəbul etməyə inandırmaq Rusiyanın öz marağındadır.
    19.07.11 Məqaləni oxumaq
     
    Moskvada Xəzərin statusuna dair növbəti iclas işə başlayıb
    Bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edir. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin iclasın açılışında bildirib ki, işçi qrupun Moskvada keçirilmiş son toplantısından 2 il ötüb: “Bu müddət Xəzər dialoqunun yüksək intensivliyi ilə müşayiət olunub: Xəzərin statusu ilə əlaqədar danışıqların 3 raundu keçirilib. Əlavə olaraq Xəzəryanı dövlətlərin təhlükəsizlik sahəsində əməkdaşlığına dair sazişin hazırlanması üzrə iş aparılıb”. O, iyulun sonunda Həştərxanda Xəzərin su bioresursları üzrə komissiyanın iclasının keçiriləcəyini də açıqlayıb.
    19.07.11 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Moskva bölgədə təsirini “dondurulmuşâ€ť münaqişə vasitəsilə saxlayır”
    “Bu gün Qarabağ münaqişəsinin həllində yaranan yeganə əngəl ondan ibarətdir ki, Kreml ermənilərə tapşırıb ki, Dağlıq Qarabağa yalnız müstəqillik tələb edin”. Bu barədə “KƏLAMİNFO”ya politoloq Vəfa Quluzadə bildirib. Politoloq bunu onunla əlaqələndirir ki, ruslara sülh lazım deyil. “Moskva yaxşı bilir ki, Azərbaycan Dağlıq Qarabağ müstəqilliyi ilə razılaşmayacaq. Onların əsas məqsədi odur ki, bölgədə sülh olmasın. Bölgədə sülh olması ruslar üçün Azərbaycan və Ermənistanın NATO-ya daxil olması təhlükəsini yaradır. Moskva bölgədə təsirini “dondurulmuşâ€ť münaqişə vasitəsilə saxlayır” - deyə V.Quluzadə vurğulayıb. Ekspert deyir ki, bu gün Rusiya Ermənistanın müstəqil dövlət olmasına imkan vermir. “Ona görə də Ermənistanla aparılan istənilən danışıq əbəsdir və vaxt itirməkdir. Çünki Ermənistan müstəqil dövlət deyil, Rusiyanın bir əyalətidir. Son diplomatik səylər də bir nəticə verməyəcək. İndiyə kimi görünən praktika bunu deyir. 1998-ci ildə ABŞ, Rusiya və Fransa prezidentləri Bill Klinton, Boris Yeltsin və Jak Şirak Dağlıq Qarabağ münaqişəsi haqda birgə bəyanat verdilər. Həmin bəyanatda deyilirdi ki, münaqişə gələn ilədək həll olunacaq. Hanı nəticə, niyə münaqişə həll olunmadı? Səfərlər, görüşlər, telefon danışıqları, bəyanatlar boş şeylərdir. Bunlar nəsə deməlidirlər də. Bu onların işidir. Azərbaycan dövləti ölkənin, ordunun inkişafı ilə məşğul olmalıdır ki, vaxt çatanda hazır olaq” - deyə o, əlavə edib.
    19.07.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir
    Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada rəsmi səfərdədir. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu gün E.Məmmədyarov rusiyalı həmkarı Serqey Lavrovla görüşərək, bir sıra ikitərəfli və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaq. Azərbaycan XİN rəhbərinin səfəri zamanı eyni zamanda Rusiya prezidenti D.Medvedyevin Qarabağ tənzimlənməsinə dair Azərbaycan prezidentinə ünvanladığı şəxsi məktubuna rəsmi Bakının cavabı çatdırılacaq. E.Məmmədyarov və S.Lavrov, həmçinin Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 3 sentyabr 2010-cu ildə imzalanmış dövlət sərhədi haqqında sazişin ratifikasiyasına dair sənədlərin mübadiləsini həyata keçirəcək, 2011-2012-ci illər üçün Azərbaycan və Rusiya XİN-ləri arasında məsləhətləşmələr planını imzalayacaqlar. E.Məmmədyarovun Rusiya baş nazirinin müavini A.Xloponin və Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşləri də planlaşdırılır.
    19.07.11 Məqaləni oxumaq
     
    Səfir Hulusi Kılıç Tovuzda 13 yaşlı qızın faciəli ölümünü qınayıb
    Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Tovuz rayonunda 13 yaşlı qızın faciəli ölümü ilə bağlı açıqlama yayıb. Səfirlikdən “KƏLAMİNFO”a verilən məlumatda bildirilir ki, səfir 13 yaşlı Aygün Şahmalıyevanın çaya atılan, içinə partlayıcı qurğu quraşdırılmış oyuncağın partlaması nəticəsində ölümündən böyük kədər hissi keçirdiyini bildirib, bu qeyri-insani davranışı hiddətlə qınayıb. Qeyd edək ki, partlayıcı qurğu quraşdırılmış “itəbənzər” uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq evə gətirib. Evdə oynayan zaman A.Şahmalıyeva oyuncağı masanın üstünə vurub, nəticədə partlayış baş verib. Partlayış nəticəsində A.Şahmalıyeva həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə bədəninin bud nahiyəsindən xəsarət alaraq yaralanıb.
    16.07.11 Məqaləni oxumaq
     
    Amerikalı həmsədr Robert Bradtke Azərbaycana gəlib
    ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke Azərbaycana gəlib. “KƏLAMİNFO” xəbər verir ki, digər vasitəçilər İqor Popov (Rusiya) və Bernar Fasie (Fransa) də bu gün Bakıya gələcəklər. Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirəcəkləri gözlənilir. Həmsədrlər Bakıdan İrəvana, oradan isə Xankəndinə gedəcəklər.
    15.07.11 Məqaləni oxumaq
     
    “Rus dilli məktəb məsələsi Qəbələ RLS-in yerləşdiyi ərazidə Rusiyanın nüfuzunun gücləndirilməsinə yönəlib”
    “İndi Rusiya çox cəhd edir ki, Qəbələ RLS-in ərzaq təminatı üçün məhsul öz daxilindən - Dağıstandan gətirilsin. Çünki, onun burada siyasi maraqları az deyil”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib. Ekspert deyib ki, onlar bunun üçün Azərbaycanda ərzaq qiymətlərinin baha olmasını səbəb gətirirlər. “Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərdə ərzaq təminatının yerli təsərrüfat hesabına həll edilməsinə dair təklifin də yer aldığı bildirilir. Eyni zamanda Bakının şərtlərində Qəbələ RLS-də çalışan hərbçilərin və onların ailələrinin məskunlaşdığı şəhərcikdəki əsas xidmət sahələrinin azərbaycanlılara verilməsi istəyi də var. Bura hərbi şəhərcikdə iaşə xidmətləri, ticarət işləri və s. aiddir. Rusiya tərəfinin isə bu təklifi qəbul etməməsi hiss olunur”,-deyə C.Sümərinli vurğulayıb. Onun sözlərinə görə, Rusiya hərbi elitası istəyir ki, RLS-də xidmət keçən hərbçi ailələrinin yaşadığı şəhərciyin abadlaşmasına Azərbaycan tərəfi maliyyə ayırsın.
    15.07.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə: “Əfqanıstanda vurulan Azərbaycan təyyarəsi ilə bağlı müraciət etməmişik”
    “Əfqanıstanda vurulan Azərbaycan təyyarəsinə görə “Taliban” Əfqanıstan hökumətində təmsil olunmadığından, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsi hələ ki müraciət etməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O, qeyd edib ki, QMİ təyyarədə həlak olanların meyitlərinin Azərbaycana gətirilməsinə şərait yaradılması üçün hələ bu ölkənin hökumətinə müraciət ünvanlamayıb və dövlət səviyyəsində bunun həllinin mümkün olduğu üçün buna ehtiyac da görmür. Qeyd edək ki, iyulun 6-na keçən gecə Azərbaycanın “Silk Way” aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarədə 9 ekipaj üzvündən 5-i Azərbaycan vətəndaşı, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar. Təyyarənin “Taliban” hərəkatı tərəfindən vurulması bildirilir.
    14.07.11 Məqaləni oxumaq
     
    ATƏT-in fəaliyyətdə olan sədri həmsədrlərlə görüşüb
    Litvanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis iyulun 12-də Vilnüsdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. “KƏLAMİNFO” Litva XİN-ə istinadən xəbər verir ki, görüşdə həmsədrlər iyunun 24-də keçirilmiş Kazan görüşü və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi haqqında məlumatlandırıblar. Görüşdə danışıqlar prosesinin perspektivi və ilin sonuna qədər nəzərdə tutulan plan müzakirə edilib. A.Ajubalis həmsədrlərin səylərinə dəstəyini ifadə edərək qarşılıqlı etimadın möhkəmləndirilməsi işinə vətəndaş cəmiyyətlərinin daha çox cəlb olunmasını istəyib.
    14.07.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 124 125 126 127 128 129 130 131 132 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30